Icma.az
close
up
RU
Azərbaycanda ən çox kim PUL qazanır? MARAQLI RƏQƏMLƏR

Azərbaycanda ən çox kim PUL qazanır? MARAQLI RƏQƏMLƏR

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə görə, son 25 il ərzində ölkə üzrə orta aylıq əməkhaqqı məbləği yüksək olan fəaliyyət sahəsi mədənçıxarma sənayesi olub.

Bu da o deməkdir ki, son 25 il ərzində daim mədənçıxarma sahəsində çalışanlar ən çox gəlir əldə edən şəxslər olublar.

“Yeni Sabah” rəsmi rəqəmlərə əsasən bildirir ki, 2000-ci ildə ölkə üzrə orta aylıq nominal əməkhaqqı məbləği 44,3 manat təşkil edib. Həmin il fəaliyyət sahələri üzrə ən yüksək əməkhaqqı məbləği 162,9 manat olaraq mədənçıxarma sənayesinə aid olub. İkinci sıranı 126,5 manat ilə maliyyə və sığorta fəaliyyəti tutub. pizza

Son sırada kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqla məşğul olan şəxslər yer alıb. Onların orta aylıq əməkhaqqı məbləği 13,6 manat təşkil edib.

2010-cu ildə ölkədə orta aylıq əməkhaqqı məbləği 331,5 manat təşkil edib. Həmin il də mədənçıxarma sənayesi ilk sıranı tutub. Bu sahə üzrə orta aylıq nominal əməkhaqqı məbləği 1004,7 manat təşkil edib. Son sırada əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi üzrə çalışan şəxslərin orta aylıq nominal əməkhaqqı məbləği yer alıb. Bu məbləğ isə 155,2 manat təşkil edib.

2020-ci ildə ölkə üzrə orta aylıq nominal əməkhaqqı məbləği 707,7 manat təşkil etsə də, mədənçıxarma sənayesi 3 278,6 manat ilə liderliyini qoruya bilib. Son sırada 426,2 manat ilə inzibati və yardımçı xidmətlərin göstərilməsi üzrə fəaliyyət sahəsi yer alıb.

Son hesabat ilində, yəni 2024-cü ildə ölkə üzrə orta aylıq nominal əməkhaqqı məbləği 1009,2 manat təşkil edib. İlk sırada yenə də mədənçıxarma sənayesində çalışan şəxslər yer alıb. Onların orta aylıq nominal əməkhaqqı məbləği 3 564,8 manat təşkil edib. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqla məşğul olan şəxslər 589,6 manat ilə son sırada yer alıblar.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 17 İyul 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see423

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see415

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see291

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see272

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see261

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see254

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see252

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see249

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see246

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see231

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see219

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see213

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see211

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see206

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see205

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see202

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri