Azərbaycanda hotellərin gəlirləri 497 milyon manatı ötdü
Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın mehmanxana və mehmanxana tipli obyektlərinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq 497,3 milyon manat təşkil edib.
“Yeni Sabah” xəbər verir ki, gəlirlərin 63,7 faizi nömrələrin təqdim olunmasından, 25,9 faizi ictimai iaşə, 2,6 faizi müalicə və sağlamlıq, 7,8 faizi isə digər xidmətlərin göstərilməsindən formalaşıb.
Cari ilin ilk 9 ayında hotellərdə keçirilmiş gecələmələrin sayı 6,6 faiz azalaraq 3 milyon 239,3 min olub. Gecələmələrin yarıdan çoxu — 55,9 faizi Bakının payına düşüb. Bölgələr arasında isə ən yüksək göstəricilər Qusar (5,2%), Naftalan (5,1%), Xaçmaz (4,7%) və Qəbələdə (3,9%) qeydə alınıb. Sezar pizza
Yerli vətəndaşların keçirdiyi gecələmələrin sayı 1 milyon 393,7 min (ümumi göstəricinin 43 faizi) olub.
Hesabat dövründə əcnəbi qonaqların gecələmələri 4,7 faiz azalaraq 1 milyon 845,6 min (ümumi gecələmələrin 57 faizi) təşkil edib. Xarici turustlərin gecələmələrinin böyük hissəsi — 81,4 faizi paytaxt Bakıda baş tutub. Bölgələrdən Naftalan (5,4%) və Qusar (5,1%) əcnəbilərin ən çox üstünlük verdiyi istiqamətlər olub.
Ölkələr üzrə gecələmələrdə ən böyük pay Türkiyə (12,1%), Rusiya (11,3%), İsrail (9,2%), Səudiyyə Ərəbistanı (6,0%), Hindistan (5,8%) və Çin (5,4%) vətəndaşlarına məxsusdur.
İlin 9 ayında hotellərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə orta hesabla 23,0 faiz təşkil edib (ötən ilin eyni dövründə 25,0 faiz). Doluluq səviyyəsinə görə ən yüksek göstəricilər Naftalan (46,2%), Neftçala (42,8%), Şabran (40,7%) və Bakıda (33,2%) müşahidə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 28 Oktyabr 2026 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















