Icma.az
close
up
RU
Azərbaycanda İKTnin İNKİŞAFI: İrəliləyişlər, çağırışlar və perspektivlər NƏLƏRDİR? Yeni Çağ Media

Azərbaycanda İKTnin İNKİŞAFI: İrəliləyişlər, çağırışlar və perspektivlər NƏLƏRDİR? Yeni Çağ Media

Yenicag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı son illərdə sürətlə artıb. Dövlətin bu sahəyə ayırdığı xüsusi diqqət, “Azərbaycan 2020: Gələcəyə Baxış” və “Rəqəmsal Azərbaycan” strategiyalarında öz əksini tapıb. Bu siyasət çərçivəsində internet infrastrukturunun inkişafı, genişzolaqlı internet xidmətlərinin əhaliyə təqdim edilməsi və məlumat təhlükəsizliyi sahəsində irəliləyişlər əldə edilib. Dövlət, həmçinin İKT sahəsində innovativ və rəqəmsal xidmətlərin artırılması məqsədilə müxtəlif layihələrə dəstək verir.

Əlavə olaraq, Azərbaycanda informasiya texnologiyaları sektorunun müasir standartlara uyğun olaraq inkişafı üçün yüksək ixtisaslı kadrların hazırlanması və təhsilin gücləndirilməsi ön planda tutulur. Bu sahədəki təhsil müəssisələrinin sayı artırılıb, təhsil proqramları beynəlxalq standartlara uyğunlaşdırılıb. Həmçinin startapların və texnoloji parkların yaradılması ilə İKT sahəsindəki innovasiyaların təşviqi və kommersiyalaşdırılması təşviq edilir. Bakı, Sumqayıt və Gəncə kimi şəhərlərdə İKT ilə bağlı böyük həcmli layihələr həyata keçirilir.

Azərbaycanda İKT sektorunun inkişafı, eyni zamanda, rəqəmsal hökumət xidmətlərinin genişləndirilməsi ilə də müşayiət olunur. Əhali və biznes strukturları üçün müxtəlif onlayn xidmətlər və elektron hökumət platformaları yaradılıb. Bu, dövlət xidmətlərinin sürətini və şəffaflığını artırmaqla yanaşı, vətəndaşların xidmətlərə çıxışını asanlaşdırmışdır. Azərbaycanda İKT sahəsinin davamlı inkişafı, regional və beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artırılmasına töhfə verir.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov bildirib ki, İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) bu gün qloballaşan dünyanın ayrılmaz bir parçasına çevrilib.

“Həm fərdi həyatımızda, həm də iş dünyasında İKT-nin rolu əvəzolunmazdır. Bir İT mütəxəssis kimi qeyd edə bilərəm ki, texnologiyanın inkişafı nəinki kommunikasiya vasitələrimizi dəyişib, eyni zamanda iqtisadiyyat, təhsil, səhiyyə və dövlət idarəçiliyi kimi sahələrdə inqilabi dəyişikliklər yaradıb.

İlk növbədə, İKT-nin inkişafı sürətli və fasiləsiz kommunikasiyanı təmin edir. Mobil texnologiyalar və internetin yayılması dünyanın istənilən nöqtəsindəki insanları bir-birinə bağlayır. Artıq sərhədlər aradan qalxıb və məlumat mübadiləsi saniyələr içində baş verir. Video konfrans tətbiqləri, mesajlaşma platformaları və sosial media vasitəsilə insanlar və şirkətlər məsafədən asılı olmayaraq effektiv şəkildə ünsiyyət qururlar”.

Onun sözlərinə görə, nümunələr üzərindən göstərmiş olsaq, İKT iqtisadiyyat baxımından böyük dəyişikliklərə səbəb olub:

“Elektron ticarətin sürətli inkişafı biznes dünyasında yeni imkanlar yaradıb. Şirkətlər artıq fiziki məkanlardan asılı qalmadan məhsul və xidmətlərini qlobal bazara təqdim edə bilirlər. Bulud texnologiyaları və böyük həcmli məlumatların (Big Data) analizi bizneslərin daha dəqiq qərarlar verməsinə və xərcləri azaltmasına kömək edir. Təhsil sahəsində də İKT-nin rolu əvəzsizdir. Onlayn təhsil platformaları, virtual siniflər və interaktiv öyrənmə vasitələri dünyanın istənilən yerindən bilik əldə etməyi mümkün edir. Süni intellekt də təhsildə fərdi yanaşmanı təmin edərək hər bir şagirdin ehtiyaclarına uyğun tədris planı hazırlamağa kömək edir”.

“Dövlət idarəçiliyində də İKT mühüm rol oynayır. Elektron hökumət (e-gov) sistemləri dövlət xidmətlərinin daha şəffaf və operativ şəkildə həyata keçirilməsinə imkan yaradır. Vətəndaşlar artıq uzun növbələrdə vaxt itirmədən elektron platformalar vasitəsilə sənədləri əldə edə və müxtəlif xidmətlərdən istifadə edə bilirlər.

Bu kimi nümunələrin sayı çoxluq təşkil etməkdədir. Ancaq İKT-nin inkişafı ilə yanaşı müəyyən çağırışlar da yaranır. Kibertəhlükəsizlik bu sahədə ən mühüm problemlərdən biridir. Məlumatların məxfiliyinin qorunması, kibercinayətkarlığın qarşısının alınması daim diqqətdə saxlanmalıdır. Yekun olaraq düşünürəm ki, texnologiyadan bərabər şəkildə istifadə etmək üçün rəqəmsal savadlılığın artırılması vacibdir”, – deyə o bildirib.

İnformasiya texnologiyaları üzrə mütəxəssis Emin Qasımov isə deyib ki, bu sahədə ölkəmizdə vəziyyət kifayət qədər yaxşıdır:

“Bu elə bir sahədir ki, bura gəlmək heç vaxt gec deyil. Əsas faktor insanların bu sahəyə meyl etməsi və nə qədər maraqlı olmasıdır. Bir neçə il ərzində informasiya texnologiyaları peşəsi üzrə müəyyən qədər peşəkarlaşmaq mümkündür. Artıq Azərbaycanda informasiya texnologiyaları üzrə yetəri qədər mütəxəssis və proqramçılar var. Paralel olaraq hər gün bu sahədə inkişaf görməkdəyik. Kursların açılması və tədris edilməsi sözügedən sahədə ölkəmizin bir çox uğurlara imza atmasına imkan yaradır. Eyni zamanda ötən illərlə müqayisədə həmin ixtisası seçənlərin də sayında artım müşahidə olunur”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanıb.

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 23 Dekabr 2024 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see213

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see210

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see158

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see153

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see151

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri