Icma.az
close
up
RU
Bakıda mikromobillik infrastrukturunun İNKİŞAFI: Yeni addımlar və GƏLƏCƏK PERSPEKTİVLƏR

Bakıda mikromobillik infrastrukturunun İNKİŞAFI: Yeni addımlar və GƏLƏCƏK PERSPEKTİVLƏR

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müasir dövrün çağırışları şəhər mühitinin daha insanyönümlü, ekoloji təmiz və əlçatan olmasını tələb edir. Bu məqsədlə şəhərlərdə ictimai nəqliyyatın inkişafı, şəxsi nəqliyyat vasitələrindən imtina edilməsi və alternativ nəqliyyat növlərinə keçid ön plana çıxır. Gündəlik həyatın təbii bir hissəsi olan nəqliyyatın təkmilləşdirilməsi həm şəhər sakinlərinin rahatlığı üçün, həm də ətraf mühitin qorunması baxımından vacibdir.

Ekspertlərin fikrincə, əksər şəhərlərdə insanların gündəlik səyahətlərinin 60%-dən çoxu 3-5 km-lik məsafələrə edilir. Bu məsafələr avtomobilyönümlü şəhərlərdə çox vaxt şəxsi minik avtomobilləri ilə qət edilir. Bakı kimi iri şəhərlərdə bu, yollarda sıxlıq və tıxaclar yaratmaqla yanaşı, həm də infrastrukturun yüklənməsinə səbəb olur. Bu, nəqliyyat sisteminin funksionallığını zəiflədir.

Bu problemləri həll etmək üçün şəhər mobilliyinin inkişafı istiqamətində müxtəlif addımlar atılmalıdır. Ən vacib məsələlərdən biri ictimai nəqliyyat və piyada infrastrukturunun təkmilləşdirilməsi, həmçinin velosiped və digər alternativ nəqliyyat vasitələri üçün uyğun şəraitin yaradılmasıdır. Bu tədbirlər dayanıqlı şəhər mobilliyinin tətbiqinin əsasını təşkil edir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mikromobillik şöbəsinin müdiri Coşqun Məmmədovun Oxu.Az-a verdiyi məlumata görə, mikromobillik adətən 25 km/saatdan aşağı sürətlə işləyən və istifadəçilər tərəfindən idarə olunan yüngül nəqliyyat vasitələrini əhatə edir:

"Bu cür nəqliyyat növləri - velosipedlər, elektrik skuterləri və skeytbordlar şəhər mühitinə bir çox üstünlüklər gətirir. Bunlar arasında sıxlıq və tıxacların azalması, zərərli qazların emissiyasının endirilməsi, sağlam və ekoloji təmiz şəhər mühitinin formalaşması və sosial aktivliyin artması əsas yer tutur. Həmçinin, mikromobillik turizm sektorunun inkişafına da müsbət təsir göstərir", - deyə C.Məmmədov bildirib.

Şöbə müdiri qeyd edib ki, şəhərsalma praktikasında velosiped yollarının mövcudluğu və bu növ nəqliyyatın təşviqi önəmli rol oynayır:

"Məsələn, Amsterdam velosipedlər üzrə dünya lideri sayılır. 1970-ci illərdə Niderlandda motorlu nəqliyyatın artması səbəbindən ciddi yol-nəqliyyat hadisələri və uşaqların ölüm halları artdı. Yaranan vəziyyət şəhər əhalisinin velosipedlə hərəkət etməyə yönəlməsinə səbəb oldu. 1980-ci illərdə velosiped yollarının salınması və bu nəqliyyat növünün təşviqi üçün müxtəlif tədbirlər həyata keçirilməyə başlandı. Hazırda Amsterdamda bütün səyahətlərin 38%-i velosipedlə həyata keçirilir və şəhər 35 400 km-lik velosiped yoluna malikdir.

Fransanın paytaxtı Parisdə də oxşar bir inkişaf prosesi yaşandı. 1974-cü ildə Parisdə velosipedlə hərəkət etmək qadağan edilmişdi, amma 1990-cı illərdən sonra bu qərar ləğv edilərək velosipedçilərin sayında artım müşahidə olundu. Hazırda Parisdə ümumi velosiped yolu uzunluğu 1000 km-dən artıqdır və şəhərdəki səyahətlərin təxminən 15%-i velosipedlə edilir.

Bununla yanaşı, Hindistanın Dehli şəhəri avtomobilləşmənin səbəb olduğu ciddi problemlərlə üzləşmiş bir şəhərdir. 1963-cü ildə tramvay şəbəkəsinin ləğv edilməsi və yol genişləndirilməsi nəticəsində yaranan tıxaclar və sıxlıqlar indi şəhər rəhbərliyinin avtomobilləşməni məhdudlaşdırmaq üçün yeni tədbirlər görməsinə səbəb olub. Həyata keçirmək istədikləri ilk tədbir isə Dehli şəhərinə pik saatlarında girişi ödənişli etmək olub.

Amerika Birləşmiş Ştatları isə avtomobilləşmiş şəhərləri ilə tanınır. ABŞ şəhərlərinin avtomobil istifadəsini stimullaşdıran şəhərsalma siyasəti ona gətirib çıxarıb ki, bu şəhərlərin sahəsinin 30%-dən çoxunu yollar təşkil edir.

Bu şəhərlərdə parklanma üçün geniş sahələr tələb edilir və bu, şəhərin tıxanmasına səbəb olur. Avtomobilyönümlü şəhərlərdə ictimai nəqliyyatın inkişafı çətin olsa da, yenə də tıxacların azaldılması üçün müxtəlif təşəbbüslər mövcuddur.

Bütün bu misallar göstərir ki, şəhər mobilliyinin inkişafı ictimai nəqliyyatın təkmilləşdirilməsi ilə yanaşı, alternativ nəqliyyat növlərinin də təşviqi və şəhərsalma siyasətində innovativ yanaşmaların tətbiqi ilə mümkün ola bilər. Bu, şəhərlərin daha ekoloji təmiz, sağlam və yaşayış üçün əlverişli yerlər olmasına zəmin yaradacaq", - deyə C.Məmmədov vurğulayıb.

Bakıda mobilliyin transformasiyası proqramı çərçivəsində mikromobillik infrastrukturunun qurulması, inkişafı və təşviqi üzrə həyata keçirilən işlərə gəlincə isə C. Məmmədov qeyd edib ki, AYNA Bakı şəhərində mikromobillik zolaqlarının salınması istiqamətində araşdırmalara 2023-cü ilin ortalarından etibarən başlayıb, araşdırmalara bu sahədə ixtisaslaşmış beynəlxalq mütəxəssislər də cəlb ediliblər və təhlillər nəticəsində konseptual plan hazırlanıb:

"Üç mərhələdən ibarəti olan sözügedən plana əsasən, şəhərin mərkəzi hissəsini və mərkəz ətrafı əraziləri əhatə edən 100 km uzunluğunda mikromobillik zolaqları şəbəkəsinin formalaşdırılması hədəflənir. Planda əsas məqsəd mikromobillik zolaqlarının cəlbetmə məntəqələri dediyimiz, insanların gündəlik olaraq daha çox səfər etdiyi əraziləri (metro stansiyaları, avtobus dayanacaq məntəqələri, təhsil müəssisələri, ictimai iaşə obyekləri, iri ticarət mərkəzləri, iş yerləri, ofislər və.s) əlaqələndirməsi və davamlı olmasıdır. Artıq 2023-cü ilin sonlarından etibarən konseptual planın icrası istiqamətində işlərə başlanıldı. Hazırda birinci mərhələ və ikinci mərhələ üzrə 35 km uzunluğunda mikromobillik zolaqları təşkil edilib", - deyə C.Məmmədov bildirib.

Təhlükəsizliyin təmin edilməsi məsələsinə gəldikdə isə qurum rəsmisi vurğulayıb ki, Bakı şəhərində ilk dəfə olaraq nizamlanan yol kəsişmələrində mövcud işıqfor dirəklərinin üzərinə 25 ədəd velosiped bölmələri quraşdırılıb, digər nəqliyyat vasitələrinin mikromobillik zolaqlarına daxil olmasının qarşısını almaq və mikromobillik istifadəçilərinin təhlükəsizliyini təmin etmək məqsədilə "bufer zona"lara 2000-dən artıq təhlükəsizlik sədləri yerləşdirilib:

"Hazırda da bu istiqamətdə işlər davam etdirilir. Növbəti addımlarda planda əksini tapmış digər küçə və prospektlərdə də mikromobillik zolaqlarının salınması və həmin zolaqların bir-biri ilə əlaqələndirilmə prosesinin tamamlanması nəzərdə tutulur.

Ötən il ilk dəfə olaraq Bakı şəhərində "Bikesharing" dediyimiz velosipedlərin kirayəsi xidməti fəaliyyətə başlayıb. Bu sistemin əsas üstünlüklərindən biri odur ki, insanlar velosipedləri kirayə götürdükləri məntəqələrə deyil, səfər etdikləri əraziyə ən yaxın məsafədə yerləşən parklanma məntəqələrinə təhvil verə bilirlər. Bunun üçün, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən 70 məntəqədə velosiped konstruksiyaları quraşdırılıb, həmin parklanma məntəqələrinə velosipedlərin kirayə qaydalarını özündə əks etdirən məlumat lövhələri yerləşdirilib. Yaxın günlərdə bu tip parklanma məntəqələrinin sayı daha da artırılacaq.

AYNA tərəfindən təşkil edilmiş mikromobillik zolaqları "Pop up" tipli mikromobillik zolaqları adlandırılır ki, burada söhbət mövcud zolaqların ölçülərinin standartlara uyğunlaşdırılaraq, yolun kənarında ayrılmış mikromobillik zolaqlarının təşkilindən gedir. Bu təcrübə İspaniyanın Barselona, Portuqaliyanın Braqa, ABŞ-nin Nyu-York, Mayami kimi bir çox şəhərlərdə mövcuddur. Bakı şəhərində əksər küçə və prospektlərdə mikromobillik zolaqları digər zolaq sayları sabit saxlanılmaqla təşkil edilib", - deyə C.Məmmədov bildirib.

Əzizə İsmayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 Fevral 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see192

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see192

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see174

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see161

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see159

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see155

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see145

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see142

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see138

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see137

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see137

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see131

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see131

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see130

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see127

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see124

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see121

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri