Icma.az
close
up
RU
Diaspor fəaliyyətimizdəki MÜHÜM NÜANSLAR Perspektivlər NƏLƏRDİR? Yeni Çağ Media

Diaspor fəaliyyətimizdəki MÜHÜM NÜANSLAR Perspektivlər NƏLƏRDİR? Yeni Çağ Media

Icma.az, Yenicag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan diaspor və lobbiçilik sahəsində uğurları ilə dünya miqyasında nüfuz qazanan ölkədir. Dövlətimizin apardığı strateji siyasət və güclü diplomatik təşəbbüslər sayəsində Azərbaycan diasporu ölkənin maraqlarını müxtəlif beynəlxalq platformalarda fəal şəkildə müdafiə edir. Bu, həmrəylik və birliyin yüksək səviyyədə qorunmasının göstəricisidir.

Azərbaycan diaspor təşkilatları həmrəyliyini və milli kimliyini gücləndirmək məqsədilə dünya miqyasında hər zaman mühüm layihələr həyata keçirir. Bu təşkilatlar Azərbaycan mədəniyyətini tanıtmaqla yanaşı, həm də digər ölkələrdəki cəmiyyətlərlə əlaqələrin inkişafına böyük töhfələr verir. Diasporumuz ölkəmizin xarici siyasətinin dəstəklənməsi və Azərbaycanın haqq səsini duyulması istiqamətində vacib rol oynayır.

Azərbaycan xalqı, həmrəylik və milli birliyin vacibliyini daim ön planda tutaraq, bütün dünyada öz tarixi və mədəni dəyərlərini qorumağa davam edir. Bu birliyə əsaslanaraq, Azərbaycan, diaspor təşkilatları və vətəndaşları ilə qlobal səviyyədə güclü mövqe sərgiləyir. Bu da ölkəmizin beynəlxalq arenada daha da tanınmasına və hörmət qazanmasına səbəb olur.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə bildirib ki, Azərbaycan müstəqilliyini qazandıqdan sonra diaspora quruculuğu ölkənin xarici siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib:

“Bu istiqamətdə Azərbaycan dövləti diaspora fəaliyyətinə dair genişmiqyaslı işlər həyata keçirib. Nəticədə dünya azərbaycanlıları arasında müxtəlif diaspora quruculuğu prosesləri formalaşmağa başlayıb. Nəzərə almaq lazımdır ki, bu prosesdə ən vacib məsələlərdən biri diaspora fəaliyyətlərinin əsasını təşkil edən ideoloji bazanın qurulmasıdır. Çünki həmrəylikdən danışırıqsa, onun ideoloji təməl üzərində qurulması mütləqdir”.

“Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu “Azərbaycançılıq” ideyası dünya azərbaycanlılarının həmrəyliyində mühüm rol oynayıb. Xaricdə yaşayan soydaşlarımızın əsas dayaq mənbəyi məhz bu ideologiyadır. Biz və bütün dünya 44 günlük müharibəsində “Azərbaycançılıq” ideologiyasının nəticəsini açıq-aşkar gördü. Bütün azərbaycanlılar Vətənin ağır günündə Prezident İlham Əliyevin “Dəmir Yumruğ”unun ətrafında bir oldu. Belə birliyin saxlanılması üçün davamlı fəaliyyət mütləqdir. Diaspor quruculuğu və lobbiçilik sahəsində köhnə standartlarla işləmək olmaz. Müasir dövr, yəni informasiya əsrindəyik. Yeni texnologiyaların bizə verdiyi imkanlardan istifadə edərək lobbiçilik və diaspora sahəsində mühüm nailiyyətlər əldə etmək olar. Fəaliyyət isə koordinasiyalı şəkildə təşkil edilməlidir. Çünki bizim birliyimiz və həmrəyliyimiz davamlı, güclü olmalıdır. Əgər biz güclü birliyi qoruya bilsək, sonrakı nəsil də bunu layiqincə davam etdirəcək”, – deyə o bildirib.

Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatının sədri Vüqar Qədirov isə qeyd edib ki, ölkəmiz müstəqillik qazandıqdan sonra məhz Ulu Öndər Heydər Əliyevin uğurlu siyasi təcrübəsi sayəsində diaspora, lobbicilik və həmrəylik sahəsində bir çox nailiyyət əldə etdik:

“Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması, diaspor təşkilatlarının bir araya toplanması üçün keçirilən layihələr bunu deməyə əsas verir. Xüsusilə Vətən müharibəsindəki qələbəmizdən sonra dünya azərbaycanlılarının həmrəyliyi ilə bağlı aktiv canlanma yarandı. Çünki hər bir azərbaycanlının tək hədəfi var idi, 30 illik işğala son qoymaq, dünyaya haqq səsini çatdırmaq. Birmənalı olaraq bu həmrəylik torpaqların işğaldan azad olunması ilə nəticələndi. Lakin diaspora fəaliyyəti ilə bağlı diqqətdənkənar saxlanmamalı bir neçə məqam var: Məsələn, bəzi təşkilatlar arasında münaqişə mövcuddur. Eyni amala xidmət etdiklərini desələr də, idarəçiliklərində müxtəlif problemlərin şahidiyik. Bəzən onların şəxsi maraqları ölkə maraqlarından daha öndə olur. Bu isə dünya azərbaycanlılarının bir vəhdət ətrafında birləşməsinə mane olur. Dövlətimiz bu sahədə üzərinə düşən işləri görür və diqqətdən kənar qoymur”.

“Ermənilər diaspora və lobbisi ilə yaşadıqları ölkənin xarici siyasətinə təsir göstərə bilir. Bu, onların həmin sahədə nə qədər ciddi fəaliyyət göstərdiklərini sübut edir. Hətta Ermənistanın dövlət büdcəsinin formalaşmasında onların xüsusi əməyi var. Qələbəmizdən sonra revanşistləri qızışdıran da məhz onlardır. Biz də eynisini bacarmalıyıq. Diaspora təşkilatlarımız qarşılıq olaraq adekvat addımlar atmalıdır. Qarşıya qoyulan strategiyanı mükəmməl formada gerçəkləşdirməlidirlər. Öz aralarındakı münaqişəyə son qoyub dövlət maraqları uğrunda fəaliyyət göstərməlidirlər. Bir sözlə, bu sahədə daha da güclənməli, lobbiçilik fəaliyyətini daha da inkişaf etdirməliyik”, – deyə o, bildirib.

Nəsimi Ələsgərli

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanıb.

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 06 Yanvar 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see222

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see149

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri