Azərbaycanda ilk dəfə keçiriləcək sumo üzrə dünya çempionatının tarixi bəlli oldu Atil Ağamirov ə DANIŞDI
Icma.az bildirir, Idman.biz portalına istinadən.
Azərbaycanda ilk dəfə keçiriləcək sumo üzrə dünya çempionatının tarixi və yeri bəlli olub.
Bu barədə İdman.Biz-ə Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının prezidenti Atil Ağamirov məlumat verib.
Turnir gələn il oktyabrın 17-18-də Bakı İdman Sarayında təşkil olunacaq.
Qurum rəsmisi turnirin reqlamenti ilə bağlı da danışıb. Onun sözlərinə görə, yarışda 35 ölkənin iştirakı planlaşdırılır:
“Bu say daha da çox ola bilər. Çalışacağıq ki, Azərbaycandan hər çəki dərəcəsində idmançının iştirakını təmin edək. Həm yeniyetmələrdə, həm də böyüklərdə idmançılarımızın mübarizə aparmasını istəyirik. Qadınlar və kişilər arasında keçiriləcək çempionatda ən aktual çəki dərəcələri 85, 100, 115 və 115+ və mütləq çəki dərəcəsində. Eyni zamanda komanda yarışı da təşkil olunacaq. Biz çalışacağıq ki, çempionatda keçirilən hər bir çəki dərəcəsində öz idmançılarımız təmsil olunsunlar”.
Vüqar Vüqarlı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 16 Dekabr 2025 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















