Premyer Liqa: “Brentford” səfərdə “Aston Villa”ya minimal hesabla qalib gəldi VİDEO
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İngiltərə Premyer Liqasının 24-cü turun oyununda “Aston Villa” öz meydanında “Brentford”u qəbul edib. “Villa Park” stadionunda baş tutan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə nəticələnib.
İdman.Biz xəbər verir ki, Matçın 42-ci dəqiqəsində “Brentford”un futbolçusu Kevin Şade qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Buna baxmayaraq, qonaqlar hesabı qorumağı bacarıb. Qarşılaşmada yeganə qolu 45+1-ci dəqiqədə Danqo Uattara vurub.
Bu nəticədən sonra “Aston Villa” 46 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. “Brentford” isə 36 xalla yeddinci sırada yer alır.
Növbəti turda “Aston Villa” fevralın 7-də səfərdə “Bornmut”la qarşılaşacaq. “Brentford” isə həmin gün “Nyukasl”ın qonağı olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 01 Fevral 2026 20:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















