Azərbaycanda ilk dəfə səhmdarların elektron səsvermə sistemi yaradılıb
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Milli Depozit Mərkəzinin ölkədə ilk dəfə olaraq səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi və elektron səsvermə sistemi (E-vote) istifadəyə verilib.
“APA-Economics” xəbər verir ki, bunu Mərkəzi Bankda Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin "E-vote" sistemi ilə bağlı keçirilən brifinqində Mərkəzin İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyev deyib.
Bununla bağlı olaraq səhmdarların ümumi yığıncaqlarının təşkili çərçivəsində yığıncağın keçirilmə günü, yeri və gündəlikdəki materiallarla tanışlıq qaydası barədə bildiriş və məlumatlar MDM tərəfindən yaradılan İnvestor Portalı vasitəsilə elektron formada təqdim edilib (yerləşdirilib). Səhmdarların şəxsi kabinetlərinə daxil olaraq ümumi yığıncağın gündəliyi və gündəlikdəki məsələlərlə tanış olub elektron səsvermə imkanından istifadə etmələrinə şərait yaradılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 28 Dekabr 2024 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















