Azərbaycanda ilk: ürək müalicəsində yeni texnologiya
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanda ilk dəfə Bakı Sağlamlıq Mərkəzində ürək ritm pozuntularının, xüsusilə aritmiyaların müalicəsində istifadə olunan müasir PFA (Pulsed Field Ablation) texnologiyası uğurla tətbiq edilib.
Modern.az-ın məlumatına görə, PFA ürəkdə aritmiyaya səbəb olan toxuma sahələrinin xüsusi elektrik impulsları vasitəsilə deaktivləşdirilməsinə imkan verən innovativ ablasiya üsuludur.
Texnologiyanın əsas üstünlüklərindən biri hədəf toxumalara yüksək dəqiqliklə təsir göstərməsi və ətrafdakı sağlam toxumaların qorunmasına imkan verməsidir.
Ənənəvi termal ablasiya üsullarından fərqli olaraq, PFA zamanı istilik və ya dondurma təsirindən istifadə edilmir. Xüsusi elektrik impulsları ilə aritmiyaya səbəb olan toxuma sahələri hədəfə alınır. Bu isə prosedurun dəqiqliyinin və təhlükəsizliyinin artırılmasına imkan yaradır.
Bakı Sağlamlıq Mərkəzində PFA texnologiyasının tətbiqi Azərbaycanda ürək ritm pozuntularının müalicəsində müasir tibbi yanaşmaların genişləndirilməsi baxımından mühüm addım hesab olunur.
Mərkəzdə müasir tibbi texnologiyaların tətbiqinin davam etdirilməsi və pasiyentlərə daha effektiv, təhlükəsiz və keyfiyyətli tibbi xidmətlərin göstərilməsi istiqamətində işlər aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:226
Bu xəbər 11 Sentyabr 2026 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















