Azərbaycanda indiyədək 103 mindən çox yeni nəsil nəzarətkassa aparatları quraşdırılıb AZƏRTAC
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 9 dekabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən indiyədək ölkə ərazisində 103 min 419 ədəd yeni nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, belə NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
Qeyd olunub ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 19 milyard 808,3 milyon manat olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,2 milyard manatdan, yaxud 11,5 faizdən çoxdur.

Azərbaycanda 106 mindən çox yeni nəsil nəzarət kassa aparatları quraşdırılıb
11 İyun 2025 13:22
Yeni nəsil nəzarətkassa aparatlarının sayı 104 mini ötüb AZƏRTAC
14 Yanvar 2025 18:43
Ölkə ərazisində 107 mindən çox yeni nəsil NKA quraşdırılıb
06 Avqust 2025 17:54
Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 12 % dən çox artıb
05 Sentyabr 2025 16:25
On ay ərzində Azərbaycanda 86 mindən çox körpə doğulub AZƏRTAC
17 Dekabr 2024 15:26

