Icma.az
close
up
RU
Azərbaycanda informatika təhsili: Problemlər və həll yolları/ ŞƏRH

Azərbaycanda informatika təhsili: Problemlər və həll yolları/ ŞƏRH

Icma.az bildirir, Gununsesi portalına istinadən.

“Azərbaycanda informatika fənninin tədrisində bir sıra problemlər var. Bu problemləri konkretləşdirmək, səbəblərini müəyyənləşdirmək, həll yollarını tapmaq lazımdır. Bunun üçün isə ciddi araşdırmalar, layihələr icra edilməlidir. Təəssüf ki, ETN çox vaxt təhsildə olan problemləri görmür, bəzən də gördüyü yüngül problemləri etiraf etsə də, onları həll etmir. Bu səbəblərdən də təhsildə inkişaf hiss edilmir”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında dosent İlham Əhmədov bildirib:

“İlk növbədə ölkədə informatikanın fasiləsiz tədrisi konsepsiyası hazırlanmalıdır (yeri gəlmişkən, eyni ilə riyaziyyatın tədrisi konsepsiyası da hazırlanmalıdır). Bu fənnlər üzrə beynəlxalq olimpiadalarda məktəblilərin və tələbələrin zəif nəticələri də heç ETN hərəkətə gətirmir. Menecerlər elə bilirlər ki, olimpiada komandalarının repetitorlarını dəyişməklə komanda olimpiada qalibi ola bilər. Quyuya su tökməklə quyu dolmadığı kimi, məktəbi məhv edib, repetirorluğa bel bağlamaqla, fasiləsiz kölgə təhsili sistemi qurmaqla, nə təhsili inkişaf etdirmək, nə olimpiada qazanmaq, nə də insan kapitalı yaratmaq mümkün deyil. Məktəbin funksionallığını bərpa etmək, normal tədris prosesini bərpa etmək, lazımsız layihələrə sərf edilən milyonları təhsilin keyfiyyətinin real yüksəldilməsinə yönəltmək lazımdır. Məmurlar 25 ildə bu sadə həqiqəti anlamalı idilər. Amma kölgə təhsilinə olan qrup və şəxsi maraqlar, ictimai marağı da kölgəyə atıb, normal təhsilin bərpasına imkanverməyib”.

Dosent vurğulayıb ki, ölkəmizdə təhsilə konseptual, strateji, elmi baxış yoxdur və son 25 il ərzində bu məsələlərə çox səthi yanaşmalar olub:

“Belə səthi yanaşmaların nəticəsində təhsilimizdə dərin fəsadlar yaranıb. Təhsilə məsuliyyətsiz və qeyri peşəkar münasibət özünü hər işdə göstərir.

İnformatika fənninin tədrisindəki bəzi problemləri qeyd edək:

1. İnformatika müəllimlərinin azlığı. Məktəb və universitetlərdə ixtisaslı müəllimlər çatışmır. Bir çox müəllimlər müasir proqramlaşdırma dillərini, süni intellekt, kibertəhlükəsizlik, data analitika kimi istiqamətləri bilmir.

2. Məktəblərdə informatika dərslərin keçirilməməsi və ya formal aparılması. Bəzi məktəblərdə informatika dərsləri ya ümumiyyətlə keçirilmir, ya da formal şəkildə keçirilir. Fənnin tədrisi üçün infrastruktur (kompüterlər, internet, proqram təminatı) zəifdir.

3. Məktəblərdə son illər tədris edilən “Rəqəmsal bacarıqlar” kursu üzrə dərslik və buna uyğun metodik gösrətişlər hazırlnmalı, pdf variantda şagidrlərin, müəllimlərin, tələbələrin istifadəsinə verilməli, İnternetdə yerləşdirilməlidir. Sistemli dərslik olmadan fənni necə tədris etmək olar?

4. İnformatika üzrə testlərin tərtibində də problemlər var. Testlər bəzən köhnəlmiş biliklər üzərində qurulur. Qlobal standartlara (PISA, ICILS və s.) uyğun deyil. Analitik düşüncə yox, sadəcə mexaniki əzbərləmə yoxlanılır”.

İlham Əhmədov informatika fənnindəki problemlərin həlli üçün bir sıra təkliflər də irəli sürüb:

“1. Müəllim hazırlığı və ixtisasartırma problemlərinin həlli üçün universitetlərdə informatika müəllimliyi ixtisasının tədrisi gücləndirilməlidir, kurikulum mütəmadi yenilənməlidir. Müəllimlər üçün fasiləsiz təlimlər təşkil olunmalı, yeni texnologiyalar (AI, data science, kiber təhlükəsizlik, robototexnika) öyrədilməlidir.

2. Məktəblərdə tədris mühitinin yaxşılaşdırılmalıdır. İnformatika kabinetləri yaradılmalı, kompüterlər mütəmadi yenilənməli, internet təminatı yaxşılaşdırılmalıdır. Onlayn dərs platformaları tətbiq olunmalıdır . Müəllim çatışmadığı olan məktəblərdə distant dərslər təşkil edilməlidir.

3. İnformatika fənni üzrə testlər mütəmadi təkmiləşdirilməlidir. Testlər analitik və tətbiqi bilikləri yoxlamalıdır, sadəcə “klaviatura düymələri” haqqında suallar verilməli deyil. Beynəlxalq standartlara (PISA, ICILS) uyğun test bazası hazırlanmalıdır. Praktiki tapşırıqlar (kod yazmaq, alqoritm qurmaq, real problemləri həll etmək) imtahanlara daxil edilməlidir.

4. Alternativ öyrənmə imkanları. Dövlət və özəl sektor əməkdaşlığı ilə kodlaşdırma kursları təşkil olunmalıdır. Məktəblilərə və tələbələrə startap yönümlü informatika layihələrinə dəstək verilməlidir. İT mütəxəssislərinin tədrisə cəlb edilməsi təmin edilməlidir”.

İlham Əhmədovun sözlərinə görə, bu addımlar və məmurların məsuliyyəti və peşəkarlığı artırılsa, gələcəkdə Azərbaycanda informatika müəllimi çatışmazlığı da azalacaq:

“Həmçinin şagird və tələbələr real proqramlaşdırma bacarıqları əldə edə biləcək. Eyni zamanda testlər beynəlxalq standartlara uyğunlaşacaq və ölkədə rəqəmsal savadlılıq artacaq və “rəqəmsal iqtisadiyyat” üçün kadr potensialı da güclənəcək”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 11 Sentyabr 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see388

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see384

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see359

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see247

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see242

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see227

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see222

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see207

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see202

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see201

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see199

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see191

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see185

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see183

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see178

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see176

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see175

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see174

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see167

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri