Icma.az
close
up
RU
Azərbaycanda insanları hər gün evdə və yolda öldürən iki “qatil” Çıxış yolu nədir?

Azərbaycanda insanları hər gün evdə və yolda öldürən iki “qatil” Çıxış yolu nədir?

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlər dəm qazından zəhərlənmə və yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayında kəskin artım müşahidə olunur. Qazdan ehtiyatlı olmaqla bağlı mütəmadi çağırışlar edilir, nəzarət və yoxlamalar aparılır, həmçinin yollarda radarlar quraşdırılır, cərimələr artırılır, sürət hədləri azaldılır. Buna baxmayaraq, faciələrin qarşısını tam almaq mümkün olmur.

Bu problemlər necə həll edilməlidir?

Avtosfer.az-ın məlumatına görə, "Globalinfo"ya danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, yol-nəqliyyat hadisələri ilə bağlı əsas narahatlıq doğuran məqam piyadaların iştirakı ilə baş verən qəzaların çoxluğudur.

“Rayon yollarında da yol-nəqliyyat hadisələrinin sayında artım müşahidə olunur və bunun əsas səbəbi sürət həddinin aşılmasıdır. Sürət nə qədər yüksək olarsa, qəzanın nəticələri də bir o qədər ağır olur. Dünyanın istənilən yerində qəza baş verə bilər. Lakin aşağı sürət zamanı bu qəzalar adətən yüngül xəsarətlərlə və ya maddi zərərlə nəticələnir. Təəssüf ki, ölkəmizdə sürücülər arasında sürətə maraq həddindən artıq yüksəkdir. Ona görə hətta kiçik qəzalar belə ölüm və ya ağır xəsarətlərə yol açır. Düşünürəm ki, sürət məsələsi ilə bağlı ciddi və qəti addımlar atılmalıdır”.

Elməddin Muradlı

Ekspertin fikrincə, sürətə nəzarət daha effektiv mexanizmlərlə həyata keçirilməlidir:

“Stasionar texniki vasitələrlə yanaşı, mobil radar və kameraların tətbiqi genişləndirilməlidir. Çünki sürücülər eyni yoldan bir neçə dəfə istifadə etdikdə stasionar radarların yerini əzbərləyir, ora yaxınlaşanda sürəti azaldır, keçdikdən sonra isə yenidən sürət həddini aşırlar. Bu isə real təhlükəsizliyi təmin etmir. Radarlar mobil olmalı və tez-tez yerləri dəyişdirilməlidir. Eyni zamanda, dronlar vasitəsilə ötmə və manevr qaydalarını pozan, eləcə də sürət həddini aşan sürücülərə nəzarət mümkündür. Bir çox ölkələrdə bu təcrübə artıq uğurla tətbiq olunur”.

Elməddin Muradlı vurğulayıb ki, sürətlə yanaşı, ötmə manevr qaydalarının pozulması da ciddi təhlükə yaradır:

“Qarşı zolağa çıxmaq, təhlükəli döngələrdə riskli manevrlər etmək yol-nəqliyyat hadisələrinin əsas səbəblərindəndir. Bu baxımdan qəza riski yüksək olan nöqtələr xüsusi nəzarət altında saxlanılmalıdır. Bəzi hallarda radar və kameralar təhlükəli ərazilərdən kənarda quraşdırılır, bu da real təhlükənin nəzarətsiz qalmasına səbəb olur. Texniki nəzarət vasitələri məhz riskli məntəqələrdə yerləşdirilməlidir. Ümumilikdə yol hərəkəti təhlükəsizliyi sahəsi ciddi və peşəkar yanaşma tələb edir. Burada savadsız və təcrübəsiz insanların fəaliyyəti gözlənilən nəticəni vermir.

Digər mühüm məsələ yolların işıqlandırılmasıdır. Statistikaya görə, ölümlə və ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin təxminən 50 faizi sutkanın toranlıq və qaranlıq vaxtlarında baş verir. Buna baxmayaraq, rayonlarda daxili yolların işıqlandırılması yarımçıq şəkildə həyata keçirilir, magistral yolların əksəriyyəti isə ümumiyyətlə işıqlandırılmır. Halbuki qəzalar məhz bu ərazilərdə baş verir. Şəhərdaxili yollarda isə gecə saat 12-dən sonra işıqların söndürülməsi praktikasına rast gəlinir. Amma həyat bu saatdan sonra dayanmır: insanlar işdən, restorandan və müxtəlif xidmət sahələrindən qayıdır, həmin saatlarında da yollardan istifadə edirlər”.

Müsahibimiz qeyd edib ki, bu məsələlərə bəzən insan amilinə deyil, yalnız maddiyyata önəm verilir:

“Az miqdarda büdcə qənaəti naminə işıqlar söndürülür, nəticədə isə insanlar həyatını itirir və ağır xəsarətlər alır. Halbuki insan itkisi dövlət üçün də ciddi iqtisadi zərər deməkdir. İşıqlandırmaya qənaət edərək cüzi maliyyə üstünlüyü əldə etmək, lakin bunun müqabilində insan həyatını riskə atmaq hansı məntiqə sığır? Yol təhlükəsizliyi sahəsində qəbul edilən qərarlar insan həyatını əsas prioritet kimi nəzərə almalıdır”.

Təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rzanın sözlərinə görə, dəm qazı ilə bağlı yaranan təhlükənin qarşısını almaq üçün maarifləndirmə işləri aparılmalıdır:

Rəşad Rza

“Həm mətbuatda, həm də aidiyyəti qurumlar tərəfindən ərazilərdə, evlərdə əyani maarifləndirmə işləri həyata keçirilməlidir. Bu proses birbaşa, canlı şəkildə aparılmalıdır. İkincisi, avadanlıqlar mütəmadi yoxlanılmalıdır. Xətlər və qurğuların vəziyyəti diqqətlə izlənilməli, istismar müddəti bitmiş avadanlıqlar dəyişdirilməlidir. Bu məsuliyyət həm dövlət, həm də vətəndaşların üzərinə düşür. Hər iki tərəf bu məsələyə diqqət yetirməlidir, çünki diqqətsizlik ölümlə nəticələnə bilər. Maarifləndirmənin gücləndirilməsi və avadanlıqların vaxtında yoxlanılması və dəyişdirilməsi  həll olunsa, problemlər əhəmiyyətli dərəcədə azala bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 22 Dekabr 2025 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see207

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see154

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see144

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see137

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see135

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see133

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see132

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see131

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see130

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri