Icma.az
close
up
RU
Azərbaycanda hər il 24 min insanı öldürən “SƏSSİZ QATİL” Qan təzyiqi ilə bağlı nəyi düz etmirik?

Azərbaycanda hər il 24 min insanı öldürən “SƏSSİZ QATİL” Qan təzyiqi ilə bağlı nəyi düz etmirik?

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Yüksək qan təzyiqi (hipertoniya) xəstələrinin Azərbaycanda qarşılaşdıqları çoxşaxəli problemlər var. Bu problemlər arasında səhiyyə sistemi amilləri də var. Amma təkcə bu deyil.

Lent.az-ın əməkdaşı Azərbaycanda hipertoniya xəstələrinin barəsində araşdırma aparıb.

Əvvəlcə onu qeyd edək ki, Azərbaycanın 30-79 yaş arasında təxminən 2,1 milyon insanda hipertoniya xəstəliyi mövcuddur. Və bu insanların çoxunu xilas etmək mümkün olmur. Hələ iki il əvvəl Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancının sözlərinə görə, Azərbaycanda hər il hipertoniyadan orta hesabla 24 min insan ölür. Bu səbəbdən də yüksək qan təzyiqinə eyni zamanda "səssiz qatil" adlanır. Məsələ də ondadır ki, bu xəstəlikdən əziyyət çəkənlərin çoxu probleminin olduğunun fərqində deyil. Çünki hipertoniya heç bir əlamət olmadan, simptomsuz da yarana bilər. Buna görə də, qan təzyiqini mütəmadi ölçmək vacibdir.

Dünya alimləri qeyd edir ki, arterial təzyiq ürək-damar sisteminin ən vacib göstəricilərindən biridir. Onun norması yaşa, cinsə, həyat tərzinə və ümumi sağlamlıq vəziyyətinə görə dəyişir. Təzyiqdəki hər hansı kəskin dəyişikliklər xəstəliklərin xəbərçisi ola bilər. Buna görə də hər yaş qrupu üçün normal göstəriciləri bilmək vacibdir.

Yaşa görə normal təzyiqin ölçüsü barədə məlumat verir.

Arterial təzyiq millimetr civə sütunu (mm c.s.) ilə ölçülür və iki göstəricidən ibarətdir:

Sistolik (yuxarı) – ürəyin yığılması zamanı damarlardakı təzyiq.

Diastolik (aşağı) – ürək boşaldığı zaman damarlardakı təzyiq.

Müxtəlif yaş qrupları üçün təxmini normativlər:

6 yaşadək uşaqlar: 95–110 / 60–75 mm c.s.

Yeniyetmələr (12–18 yaş): 110–135 / 65–85 mm c.s.

Gənclər və böyüklər (18–40 yaş): 120–130 / 70–80 mm c.s.

Orta yaşlılar (40–60 yaş): 125–135 / 75–85 mm c.s.

Yaşlılar (60+ yaş): 135–145 / 85–90 mm c.s.

Normadan kənar dəyərlər

Hipotoniya (aşağı təzyiq): 90/60 mm c.s.-dən aşağıdır. Əlamətlər – halsızlıq, başgicəllənmə, diqqətin azalması.

Hipertoniya (yüksək təzyiq): 140/90 mm c.s.-dən yuxarıdır. Risklər – infarkt, insult, damar xəstəlikləri.

Hətta normada olan, amma kəskin dəyişən təzyiq də ürək və damar problemlərinin əlaməti ola bilər və həkim məsləhəti tələb edir.

Təzyiqə təsir edən faktorlar

Yaş və fiziki aktivlik: Uşaqlarda təzyiq daha aşağı olur. Yaş artdıqca damarların elastikliyi azalır və təzyiq yüksəlir.

Həyat tərzi: Düzgün qidalanma, stress səviyyəsi, siqaret və spirtli içkilər təzyiqi birbaşa təsir edir.

Xəstəliklər: Diabet, böyrək və ürək problemləri təzyiqdə ciddi dəyişiklik yarada bilər.

Normal təzyiqi necə qorumaq olar

Təzyiqinizi mütəmadi ölçün, xüsusilə narahatlıq və risk faktorları varsa.

Düzgün qidalanın: duz və yağlı yeməkləri azaldın, tərəvəz, meyvə, kalium və maqneziumla zəngin qidaları artırın.

Aktiv həyat tərzi sürün, iş və istirahət balansını qoruyun, stressi minimuma endirin, gündə 6–8 saat yatın, təzyiq göstəriciləri tez-tez normadan kənara çıxarsa, həkimə müraciət edin.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://lent.az
archiveBu xəbər 07 Oktyabr 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Belə yüksək səviyyəli beynəlxalq tədbirə ev sahibliyi etmək, Azərbaycanın diplomatik çəkisini artırır

06 Oktyabr 2025 09:07see243

“xAI” bu dəfə yeni oyun təqdim edəcək Mask açıqladı

06 Oktyabr 2025 11:19see192

Tramp əmr verdi: Əsgərlər göndərilsin!

06 Oktyabr 2025 09:15see149

Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR

05 Oktyabr 2025 17:40see148

TDT baş katibi elan etdi: Qəbələdə bu format təsis ediləcək

07 Oktyabr 2025 01:20see139

Villasını bu qiymətə satır Foto

06 Oktyabr 2025 21:22see131

Qlobal çağırışlar müəllimin məsuliyyətini daha da artırır

05 Oktyabr 2025 21:48see131

Dambrauskas: “Üç xal qazandıq, amma Mikelsin zədəsi hamımızı üzdü”

05 Oktyabr 2025 18:12see128

“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayır

05 Oktyabr 2025 20:12see126

Ən narsist 4 BÜRC Onlardan uzaq durun

05 Oktyabr 2025 14:37see125

Yıxılaraq xəsarət alan yazıçı vəfat etdi

07 Oktyabr 2025 02:03see124

Yeni qlobal gücə doğru inamlı addımlar Şərh

06 Oktyabr 2025 16:52see123

Qəzzadakı müharibənin sonuna gəlməmişik Rubio

05 Oktyabr 2025 18:22see123

U 17 nin Avropa çempionatının seçmə mərhələsi üçün HEYƏTİ

05 Oktyabr 2025 14:40see123

Türkiyənin müdafiə sənayesində tarixi sıçrayış: NATO standartlarını geridə qoyan Altay

07 Oktyabr 2025 01:13see123

lll MDB Oyunlarının boks üzrə qalibi: Hər döyüş mənim üçün böyük sınaqdır

05 Oktyabr 2025 18:49see123

“Görünən odur ki, ölkəmizin futbol aləmində nüfuzu artıb”

06 Oktyabr 2025 00:29see122

Makron “dron divarı”na qarşı çıxdı

07 Oktyabr 2025 01:48see118

Keşiş olmaq istəyirdi, QOVULDU: məşhur rejissorun həyatı haqqında yeni film

06 Oktyabr 2025 17:42see118

Mütəxəssisdən xəbərdarlıq: Qrip peyvəndi ağır fəsadların qarşısını alır

06 Oktyabr 2025 17:46see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri