Azərbaycanda iqtisadi dinamika getdikcə zəifləyəcək? “Neft ixrac edənlər neft idxal edənlərə uduzur”
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İqtisadçı Samir Əliyev bildirib ki, Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən açıqlanan yeni proqnozlar neft ixrac edən ölkələr üçün nikbin mənzərə vəd etmir.
Onun sözlərinə görə, BVF-in Cənubi Qafqaz və Mərkəzi Asiya regionuna dair 2026 və 2030-cu illər üzrə ÜDM-nin real artımı barədə hesabatı göstərir ki, neft ixrac edən ölkələrdə iqtisadi artım tempi neft idxal edən ölkələrdən geri qalacaq və bu fərq getdikcə daha da dərinləşəcək.
Samir Əliyev qeyd edib ki, BVF-nin hesablamalarına əsasən, 2026-cı ildə Azərbaycan, Qazaxıstan və Türkmənistanda iqtisadi artım müvafiq olaraq 2,5%, 4,8% və 2,3% səviyyəsində proqnozlaşdırılır. Halbuki neft idxal edən ölkələrdə bu göstəricilər xeyli yüksək olacaq: Özbəkistanda – 6%, Tacikistanda – 5,5%, Gürcüstan və Qırğızıstanda – 5,3%, Ermənistanda isə – 4,9%.
“2030-cu ilə qədər bəzi ölkələrdə bu göstəricilər sabit qalsa da, əksəriyyətində azalma müşahidə ediləcək. Məsələn, Qazaxıstanda iqtisadi artım 3,4%-ə, Ermənistanda 4,5%-ə, Gürcüstanda 5%-ə, Tacikistanda 4,5%-ə, Özbəkistanda isə 5,7%-ə düşəcək,” – deyə iqtisadçı vurğulayıb.
Onun fikrincə, bu tendensiya neft gəlirlərinə arxalanan ölkələrin iqtisadi dayanıqlıq baxımından daha zəif vəziyyətdə olduqlarını bir daha ortaya qoyur: “Qısası, artıq neft idxal edən ölkələr ÜDM-in artım tempinə görə neft ixrac edənləri üstələməyə başlayıb. Bu da onu göstərir ki, diversifikasiya siyasətini həyata keçirməyən neft ölkələri üçün gələcəkdə iqtisadi dinamika getdikcə zəifləyəcək".
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 05 Noyabr 2025 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















