Icma.az
close
up
RU
Z nəsli smartfon və internet oyunları ilə böyüyür EKSPERTLƏRDƏN XƏBƏRDARLIQ

Z nəsli smartfon və internet oyunları ilə böyüyür EKSPERTLƏRDƏN XƏBƏRDARLIQ

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Valideynlər son dərəcə diqqəti olmalıdır, yoxsa sabah gec olacaq

Uşaqların hiperaktivliyi və diqqət əskikliyi mobil asılılıqdan yaranır

Rəqəmsal mühit uşaqlara bərabər imkanlar yaratmaqla yanaşı, onlar üçün müəyyən təhlükə də yaradır. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı rəqəmsal mühit hər nə qədər uşaqlar üçün faydalıdırsa, ziyansız da deyil. O bildirib ki, imkanların tam şəkildə faydaya çevrilməsi dövlət və valideynlərin birgə əməkdaşlığından asılıdır. "Rəqəmsal təhsilin verilməsi, normativ və hüquqi bazanın formalaşdırılması və kiberməkanın dövlət tərəfindən tənzimlənmə mexanizmlərinin müəyyən edilməsi əsas istiqamətlərdir. Rəqəmsal mühitdə uşaqlar texniki bacarıqlar əldə etmir, həmçinin düşüncə tərzini formalaşdırırlar", - nazir əlavə edib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə bildirib ki, komitə tərəfindən aparılan araşdırmanın nəticələrinə əsasən, uşaqların 72-faizi internetdən gündəlik istifadə edir. Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi yalnız milli səylərlə məhdudlaşdırıla bilməz: "Uşağın sosial mühiti ailədir və rəqəmsal təhlükəsizliyin təməli də ailədə qoyulur. Rəqəmsal transformasiya prosesində heç bir uşaq kənarda qalmamalıdır. Hər bir uşaq bərabər imkanlara əsaslanan rəqəmsal mühitə çıxış əldə etməlidir. Bu gün atılan addımlar sabah daha təhlükəsiz, humanist bir rəqəmsal həyatın formalaşmasına gətirib çıxaracaq". 

Rəqəmsal mühitin, texnoloji, kommunikativ yeniliklərin uşaqların savadlılığı, bilik və bacarıqlar əldə etməkdə faydasının böyük olduğu məlumdur. Lakin bu bir həqiqətdir ki, internet resursları, rəqəmsal mühitin həm də ziyanlı tərəfləri var. Müxtəlif rəqəmsal platformalarda yayımlanan məzmunlar arasında uşaqların psixologiyasına mənfi təsir edəcək, onlarda aqressivlik, şiddətə meyl yaradacaq, zərərli vərdişlərə yönəldə biləcək kontentlər olur. Belə bir şəraitdə uşaqları rəqəmsal mühitin, internetin zərərli təsirlərindən qorunması labüddür.  

Təhsil məsələləri üzrə mütəxəssis Elçin Süleymanov Sherg.az-a açıqlamasında qeyd etdi ki, hazırkı “Z” adlanan nəsil anadan olandan - 1-2 yaşından smart mobil telefonları və internet oyunlarla böyüyən uşaqlardır. Bu aludəlik körpənin böyüdülməsi, ona qulluq prosesində valideynin də müəyyən qədər işinə “yarayır” deyə, uşaqların əlinə telefon verir, beləliklə, onları mobil telefondan asılı vəziyyətə salırlar, istəyərək, yaxud istəmədən. Bu, uşaqların xarakterinə ciddi təsir edir, mənfi fəsadlar yaradır. Uşaq orta təhsilə başlayan zaman onda diqqət əskikliyi, bir yerdə sakit otura bilməmək (buna hiperaktivlik də deyirlər) xüsusiyyəti formalaşır. Hazırkı uşaqların əksəriyyəti belədir. Təhsil və təlimdə bunu nəzərə alacaq sistem yaranmalıdır. Müasir dövrün müəllimi dərsini 45 dəqiqə danışaraq keçirməməlidir. Müəllim dərsini interaktiv, əyləncəli formada keçməlidir. Dərsi hissələrə bölməlidir. Müəyyən hissəni ev tapşırıqlarını yoxlamağa həsr edirsə, sonra arada fasilə verib uşaqların faydalı şəkildə əylənməsinə çalışmalıdır. Uşaqların səbirsizliyini aradan qaldıracaq formada. Sonra yenə dərsə davam etməlidir. Valideynlər də uşaqlarını başqa məşğuliyyətlərə yönəltməli, onların bacarıqlarının inkişaf etməsinə çalışmalıdırlar. Rəsm dərnəyi, musiqi, idman... Uşaqların inkişafına müsbət təsir göstərir. Uşaqların aqressiyadan uzaqlaşması, smartfonlardan asılılığının azalması valideyn və müəllimlərin, məktəb psixoloqlarının öhdəsinə düşür. Çalışmalıdırlar ki, uşaqlar sosial çevrədən yararlana bilsin, sosial bağları möhkəmlənsin. Bəzən uşağın öz otağına çəkilməsi, dərsləri ilə məşğul olması valideyni arxayınlaşdırır. Sanır ki, sakit uşaqdır, dərsləri ilə məşğuldur. Uşağın uzun müddət tənha qalması da ziyandır. Valideyn hər zaman diqqətli olmalı, övladını kənardan izləməli və onunla birgə çox vaxt keçirməyə çalışmalıdır. Unutmaq olmaz ki, şəxsi otaqlar, internet və smartfonlar uşaqlar üçün dünyaya pəncərədir. Orada elm, bilik, intellektual oyunlar, məzmunlar da var, aqressiya, zorakılıq da, mənfi təzahürlər də. Bunların uşaqların xarakterinə mənfi təsir göstərməsinin qarşısını almaq üçün valideyn övladının nəylə maraqlandığına diqqət etməli, xəbərdar olmalıdır. Uşaq hansı internet resurslara maraq göstərir, nəyi daha çox izləyir, valideyn bunu bilməli və övladını doğru istiqamətə yönləndirməlidir. Uşağın öz yaş dövrünə uyğun olmayan məzmunlara girişi əngəllənməlidir. Bunun üçün xüsusi proqramlar var, hansı ki, qadağan olunmuş məzmunlara giriş mümkün olmur.      

İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov Sherg.az-a açıqlamasında uşaqlara müəyyən yaş həddində internetdən istifadəyə məhdudiyyət qoyulmalı olduğunu dedi:  

 - Texnologiyalarsız mümkün deyil. Amma ziyanları minimuma endirmək, faydaları artırmaq tamamilə mümkündür. Uşaqların yaş kateqoriyası isə mütləq nəzərə alınmalıdır. Ölkələrə görə bu qaydalar dəyişkəndir. Məsələn, Almaniyada, Niderlandda müxtəlif yaş kateqoriyalarını azyaşlı hesab edirlər. Bəzisində 13, bəzisində 14-15 və ya 16 yaş azyaşlı hesab olunur və limitlər tətbiq olunur. Müxtəlif ölkələrin qanunvericiliyində azyaşlıların internetdən istifadəsini tənzimləyən qaydalar mövcuddur. Türkiyədə, Avropa ölkələrində bu məsələ dəfələrlə gündəmə gəlib. Həm ümumi, həm də xüsusi şəbəkələrdə azyaşlıların fəaliyyəti beynəlxalq standartlarla tənzimlənir, müxtəlif şəbəkələr bu standartlara istinadla qaydalar tətbiq edir və bu qaydalara görə azyaşlıların hansı tip kontekt və məzmunlara baxıb izləyə biləcəkləri qeyd olunur. Problem nədədir, əgər uşaqlar öz valideynlərinin telefonlarından sosial şəbəkəyə daxil olurlarsa, orada məhdudiyyət tətbiq edilə bilmir, çünki sosial şəbəkə platforması öz istifadəçisinin məlumatlarını tanıyır. Məlumatlarda isə yetkin insanın datalarıdır. Sosial şəbəkə valideynin adından uşağın platformaya daxil olduğunu bilmir, ona görə də azyaşlılara qadağa qoyulan kontekt və məzmunlar açıq olur. Əgər valideyn övladının sosial şəbəkədən faydalı şəkildə istifadə etməsini istəyirsə, övladına öz telefonunu deyil, uşağın adına olan telefonlarda sosial şəbəkə açmalıdır ki, orada uşağın yaş kateqoriyası dəqiq göstərilsin. Bundan sonra həmin yaşa uyğun məzmun tənzimlənməsi mümkün olacaq. Uşaqlar valideynlərinin telefonlarından, böyüklərin adına alınmış telefonlardan və böyüklərin istifadə etdikləri sosial platformalara daxil olduqları üçün sosial şəbəkə istifadəçisinin həqiqi məlumatları ilə tanış ola bilmir, nəticədə manipulyasiya baş verir. Mən də bu fikirdəyəm ki, azyaşlılar sosial şəbəkələrdə olmamalıdırlar. Bu, onlar üçün uyğun deyil. Onlar üçün faydalı məzmunlar emal edən xüsusi platformalar var ki, uşaqların psixoloji durumlarına, püxtələşməsinə, inkişafına faydalı məlumatlar orada yerləşdirilir. Digər istiqamətlərdə isə ölkələrin fəaliyyətləri daxili qanunvericiliklə və digər asılı qanunvericiliklərlə birgə təhlil olunmalı və uşaqların sosial şəbəkələrdən istifadəsi istiqamətində maarifləndirmə işi sürətlənməli və keyfiyyətli aparılmalıdır.  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Dekabr 2025 04:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri