Icma.az
close
up
RU
Menu

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

Sarıkökün bu faydalarını çoxları bilmir

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

Mütəxəssislər xəbərdarlıq edir: 50 yaşdan sonra bu qidalar məhdudlaşdırılmalıdır

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

Sofiya Universitetində “Azərbaycan suveren dövlətçilik yolunda” sərgisinin açılışı

“AZƏRBAYCANDA İQTİSADİ DURĞUNLUQ MÜŞAHİDƏ OLUNUR ”Özəl sektorun əlində pul qalmayıb...”

“AZƏRBAYCANDA İQTİSADİ DURĞUNLUQ MÜŞAHİDƏ OLUNUR ”Özəl sektorun əlində pul qalmayıb...”

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Saleh Məmmədov: “Azərbaycanın resursları İsveçrə, Norveç və Sinqapurla, inkişaf səviyyəsi isə Zimbabve və Zambiya ilə müqayisə olunur”

"Resurslar dövriyyəyə daxil edilməlidir ki, real inkişaf baş versin”

Beynəlxalq Valyuta Fondu 2025-ci ilin ilk yeddi ayında Azərbaycanda iqtisadi artımın cəmi 0,9% olduğunu açıqlayıb. İqtisadiyyat Nazirliyi də reallıqlarla barışaraq illik iqtisadi artım proqnozunu 3,7%-dən 3%-ə endirib.

İlin səkkiz ayında Dövlət Vergi Xidməti 11 milyard 561 milyon manat vergi toplayıb ki, bu da proqnozdan 600 milyon manat çoxdur. Maraqlıdır, cüzi iqtisadi artımla belə yüksək vergi yığımına necə nail olunub?

Digər tərəfdən, Maliyyə Nazirliyi büdcə xərclərində 700 milyon manatlı azalma olacağını bildirib. Nazırliyin açıqlamalara görə, səkkiz ay ərzində icmal büdcədə 4,7 milyard manat profisit (artıq vəsait) yaranıb. Belə ki, 2025-ci ilin birinci yarısında icmal büdcənin gəlirləri 24 milyard 357,9 milyon manat, xərcləri isə 19 milyard 593,7 milyon manat təşkil edib. Bu da 4 milyard 764,2 milyon manat profisit deməkdir.

Bəs bu qədər profisit hansı mənbədən yaranıb?

Keçmiş maliyyə naziri, professor Saleh Məmmədov “AzPolitika”-ya şərhində büdcə xərclərinin 700 milyon manat ixtisar edilməsinin iqtisadi qənaət olduğunu bildirdi.

Onun fikrincə, bu, büdcənin daha səmərəli idarə olunmasına işarədir: Mən də hesab edirəm ki, bu istiqamət doğru yanaşmadır”.

Ancaq o, eyni zamanda vurğuladı ki, dövlətin əlində nə qədər çox maliyyə resursu cəmləşirsə, bu vəsaitlərin səmərəsiz istifadəsi riski bir o qədər artır. 

“Pulun ən mühüm üstünlüyü ondan ibarətdir ki, investorların və şəxslərin əlində olduqda bu vəsait daha effektiv istifadə olunur və iqtisadi inkişafa ciddi təkan verir”, – deyə S. Məmmədov qeyd edib.

Onun sözlərinə görə, dövlət vəsaitləri bir neçə məmurun idarəsində olduğundan, özəl sektorla müqayisədə daha az səmərə verir: "Bu, təkcə Azərbaycanın yox, dünyanın bir çox ölkəsinin problemidir. Buna görə də hazırda dünyada tendensiya dövlətin əlindəki maliyyə vəsaitlərinin mərkəzləşdirilməsini azaltmaq istiqamətindədir”.

Amma S. Məmmədov  qeyd edir ki, Azərbaycanda bu tendensiya müşahidə olunmur, əksinə, dövlət büdcəsi və qeyri-neft fondlarının həcmi artır. Bu isə iqtisadi inkişafa mənfi təsir göstərir. Onun fikrincə, resurslar dövlətə cəmləşdikcə səmərəsizlik artır, özəl sektor isə maliyyə çətinliyi ilə üzləşir.

“Özəl sektor daha ucuz tikir”

Saleh Məmmədov misal olaraq qeyd edib ki, dövlət bir kvadratmetr mənzilin tikintisinə təxminən 2 000 manat sərf edir, halbuki özəl sektor bunu 500 manata başa gətirə bilir: “Əgər bu vəsaitlər özəl sektora yönləndirilsəydi, tikilən mənzillərin sayı 3–4 dəfə çox olardı. Bu baxımdan dövlət xərclərinin azaldılması iqtisadiyyatın inkişafına müsbət təsir göstərir”.

O əlavə edib ki, inkişaf etmiş ölkələrdə dövlətin iqtisadiyyatda rolu aşağıdır: “Məsələn, Sovet İttifaqında dövlət xərcləri ÜDM-in 64–70%-ni təşkil edirdi. Amma İsveçrədə bu göstərici cəmi 10%-dir. Qalan resurslar isə özəl sektor vasitəsilə dövriyyəyə daxil olur”.

Yüksək mənfəət vergisi investisiya mühitinə mənfi təsir edir

Professor əlavə edib ki, 2025-ci ilin büdcəsində təxminən 3 milyard manat defisit planlaşdırılıb. Onun fikrincə, bu, normal və məqsədəuyğundur, çünki dövlətin maliyyə bazarında aktiv iştirakı üçün zəruridir.

Azərbaycanda 10 milyard manata yaxın ehtiyat vəsaitin olduğunu deyən Məmmədov, maliyyə bazarını formalaşdırmaq üçün dövlətin aktiv iştirakının vacib olduğunu qeyd edib. 

“İsveçrə də böyük iqtisadi imkanlara malikdir, amma orada da planlı büdcə kəsiri tətbiq olunur”, – deyə əlavə edib.

Saleh Məmmədov vurğulayıb ki, Azərbaycanda büdcə gəlirlərinin toplanması prosesi rəqəmsallaşıb və süni intellekt vasitəsilə həyata keçirilir: "Bu isə rüşvət və korrupsiyanın qarşısını alır, şəffaflıq və səmərəliliyi artırır. Artıq bütün əməliyyatlar onlayn şəkildə, sürətli və şəffaf icra olunur. Süni intellekt sayəsində vergi yığımı tam avtomatlaşdırılıb. Misal üçün, 2024-cü ilin yeddi ayında vergi gəlirləri 20% artmışdı, halbuki ÜDM-də cəmi 4–5% artım var idi. Bu fərq vergilərin daha effektiv toplandığını göstərir".

Lakin professor əlavə edib ki, dövlət büdcəsinə daxil olan bu vəsaitlər real iqtisadi dövriyyəyə daxil olmur, yəni “ölü pul” kimi qalır: “Büdcəyə yönələn vəsaitlər investisiyaları əvəz etmir və iqtisadi artıma kifayət qədər təsir göstərmir”.

Məmmədov vurğulayıb ki, Azərbaycanda uzun illərdir mənfəət vergisi dəyişməz qalır və bu da investorların əlində vəsaitin qalmamasına, investisiyaların azalmasına səbəb olur: “Estoniyada mənfəət vergisi yoxdur və müəssisələr gəlirlərini yenidən istehsalata yönəldirlər. Bu da vergi gəlirlərinin azalması yox, əksinə artması ilə nəticələnir”.

Onun fikrincə, Azərbaycanda da mənfəət vergisi azaldılarsa, iqtisadiyyata ciddi stimul verilə bilər:  “Səudiyyə Ərəbistanı, BƏƏ və Küveytdə mənfəət vergisi 9%-dir. Bu da yeni investisiyalara və iş yerlərinin yaradılmasına imkan verir”.

“Azərbaycanda investisiya qoyuluşları kəskin azalıb”

Saleh Məmmədov deyib ki, hazırda ölkədə investisiya qoyuluşları xeyli azalıb: "Əsrin əvvəllərində ÜDM-in 50%-i investisiyalara yönəlirdisə, bu göstərici indi 13%-ə enib. Əfqanıstanda bu göstərici 17%, Gürcüstan və Ermənistanda isə 25–30%-dir. Bizdə isə özəl sektorun əlində pul qalmayıb”.

Saleh Məmmədovun sözlərinə görə, bank faizləri yüksək olduğuna görə iqtisadi artım dayanıqlı ola bilməz: "İnvestisiya kreditlərinin faizləri 2–3% səviyyəsində olmalıdır. Bank faizləri yüksək olduğu üçün 2013-cü ildən bəri Azərbaycanda iqtisadi durğunluq müşahidə olunur. 2024-cü ildə ÜDM 75 milyard dollar olub, lakin bu səviyyədən irəli getmək çətin görünür”.

Sonda professor qeyd edib ki, işsizliyin aradan qaldırılması üçün 42 milyard dollar vəsait tələb olunur ki, bu da ÜDM-in 60%-nə bərabərdir: “Azərbaycanın resursları İsveçrə, Norveç və Sinqapur səviyyəsindədir, amma istifadə baxımından Zimbabve və Zambiya ilə müqayisə olunur. Resurslar dövriyyəyə daxil edilməlidir ki, real inkişaf baş versin”.

E. Rüstəmli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Sentyabr 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see280

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see185

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see179

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see142

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see136

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see134

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see133

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see132

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see130

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see130

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see129

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see129

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see128

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see128

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see125

Mütəxəssislər xəbərdarlıq edir: 50 yaşdan sonra bu qidalar məhdudlaşdırılmalıdır

19 Oktyabr 2025 07:08see123

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see122

Sofiya Universitetində “Azərbaycan suveren dövlətçilik yolunda” sərgisinin açılışı

19 Oktyabr 2025 06:45see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri