Azərbaycanda işsizlik artır: Səbəb Rusiya Ukrayna müharibəsidir?
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu il oktyabrın 1-nə Azərbaycanda 251,2 min nəfər işsiz kimi qeydiyyatda olub.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 9 aylıq "Pul Siyasəti İcmalı"nda bildirilir.
Sənədə əsasən, bu, 2025-ci il oktyabrın 1-nə nisbətən 1,1 % çoxdur.
Bəs işsizlərin sayının bu qədər artması normaldırmı?
İqtisadçı İlqar Hüseynli “Cebheinfo.az”-a bildirib ki, bir ölkədə işsizliyin artmasının konkret fundamental səbəbləri var:
“Birincisi, bəzi iş yerlərinin bağlanmasıdır. Yəni müəssisə fəaliyyət göstərə bilmir, gəlir gətirmir və daha çox ziyana düşməmək üçün fəaliyyətini dayandırmağa məcbur olur.
İkincisi, son vaxtlar dövlət qurumlarında kifayət qədər ixtisarlar baş verib. Yerli rayon icra hakimiyyətləri səviyyəsində genişmiqyaslı ixtisarlar həyata keçirilib və bu şəxslər də məşğul əhali sırasından çıxaraq işsiz kimi qeydiyyata düşməyə məcbur olublar.
Eyni zamanda, dünyada baş verən maliyyə böhranları və qlobal proseslər də işsizliyin artmasına gətirib çıxarır. Rusiya ilə Ukrayna arasında davam edən müharibə iki ölkənin sahibkarları arasında biznes imkanlarını məhdudlaşdırıb”.
O bildirib ki, Rusiya və Gürcüstan sərhədinin bağlı olması da insanların iqtisadi fəaliyyətinin azalmasına səbəb olur:
“Bu da nəticə etibarilə işsizliyə gətirib çıxarır. Əmək bazarında əsas problemlərdən biri kifayət qədər ixtisaslı kadrları təqdim etmək imkanını olmamasıdır. Bir tərəfdən iş yerlərinin bağlanması, digər tərəfdən ticarətdə yaranan ciddi problemlər və böhranlar təbii ki, əmək bazarına mənfi təsir göstərir”.
İqtisadçı qeyd edib ki, işsiz şəxslərin ixtisaslarına uyğun işlə və tələb olunan əməkhaqqı ilə təmin edilməməsi əmək bazarında müəyyən tıxaclar yaradır:
“İnsanlar normal işlə təmin oluna bilmir və bu da əmək bazarında mövcud ehtiyaclar fonunda ciddi problemlərə səbəb olur”.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 16 Noyabr 2026 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















