Icma.az
close
up
RU
Azərbaycanda kazino oyunlarına icazə verilir Yeni layihə

Azərbaycanda kazino oyunlarına icazə verilir Yeni layihə

Icma.az, Tribuna portalına istinadən məlumat verir.

Azərbaycanda qanunvericiliyin tələbləri nəzərə alınmaqla yalnız süni torpaq sahələrində kazino oyunlarının təşkilinə və keçirilməsinə icazə veriləcək.

Bunu Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O qeyd edib ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin gündəliyinə Azərbaycan Respublikasının Mülki, Cinayət və İnzibati Xətalar Məcəllələrində və daha altı qanunvericilik aktında dəyişiklik layihəsi daxil edilib.

Layihəyə əsasən, Azərbaycan qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, yalnız süni torpaq sahələrində olmaqla kazino oyunlarının təşkili və keçirilməsi nəzərdə tutulur.

Həmin oyunların yalnız xüsusi ayrılan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilən tələblərə cavab verən yerlərdə təşkili və keçirilməsi nəzərdə tutulur.

Sənədə əsasən, kazino oyunlarının təşkili və keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilir. Oyunlar yalnız nəzarət orqanının rəyi nəzərə alınmaqla lisenziya əsasında hüquqi şəxs tərəfindən təşkil edilə bilər.

Vurğulanıb ki, Azərbaycanda kazino fəaliyyəti ölkə Prezidentinin “Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında” Sərəncamı ilə 27 yanvar 1998-ci il tarixində qadağan olunmuşdu. Sirr deyil ki, keçid dövründə effektiv nəzarət mexanizmlərinin olmaması və dünya təcrübəsinin öyrənilməməsi həm bu fəaliyyət növlərinin Azərbaycan iqtisadiyyatına ziyan vurmasına, həm də qeyri-qanuni yollarla əldə edilmiş pulların leqallaşdırılmasına və digər cinayətlərin törədilməsinə əlverişli şərait yaradırdı.

Deputat bildirib ki, dövlət aparatının güclənməsi, nəzarət mexanizmlərinin oturuşması bu gün artıq 28 il öncəki real səbəbləri aradan qaldırmaq üçün kifayət qədər effektiv formada fəaliyyətə imkan verir: “Aydındır ki, normal tənzimləmə olduğu halda kazinolar ölkəyə turist cəlb edir, yeni iş yerləri yaradır və verdiyi vergilərlə dövlət büdcəsinin gəlirinin artırılmasına şərait yarada bilir. Məsələn Böyük Britaniyada bu gəlir illik 20 milyard, İtaliyada 15 milyard, Niderlandda isə 4 milyard ABŞ dolları civarındadır. Kazinoların leqallaşdığı və etiraf edək ki, soydaşlarımızın məhz bu məqsədlə çox üz tutduğu qonşu Gürcüstan (2001-ci ildən) illik 100-150 milyon, Rusiya (2009-cu ildən) isə 20-30 milyon dollar civarında vergi gəlirləri əldə edib. Təbii ki, bu sahənin leqallaşdırılması və tənzimlənməsi sadə məsələ deyil və bir çox amillərin nəzərə alınmasını zərurətə çevirir. Bu mənada, nəzərə almalıyıq ki, kazinolar ölkənin bütün ərazisini yox, yalnız süni torpaq sahələrini əhatələyəcək və kifayət qədər sərt tələblər əsasında lisenziya ala və çoxsaylı amillər, o cümlədən sosial-mənəvi aspektlər gözlənilməklə ciddi nəzarət altında fəaliyyət göstərə biləcək”.

“Digər tərəfdən, etiraf etməliyik ki, hazırkı dövrdə bu sahədə fəaliyyətə qadağa tam mənada effektiv ola bilməz. Çünki, ötən dövrün təcrübəsi də göstərir ki, zaman-zaman Azərbaycanda gizli kazinolar yaradılıb və dəfələrlə hüquq-mühafizə orqanları bu cür fəaliyyətləri aşkar edib. Eyni zamanda bir qayda olaraq fırıldaqçılıqla məşğul olan onlayn-kazinoların fəaliyyəti kifayət qədər geniş vüsət alıb. Bu mənada, ölkədə cari qanun layihəsinin timsalında kazino fəaliyyətinin hüquqi bazası formalaşarsa, qeyri-leqal oyun biznesi və fırıldaqçılığa da ciddi zərbə olar, bu istiqamətdə vergidən yayındırılan vəsaiti dövlət büdcəsinə yönəldər, xaricə pul axınının və eyni zamanda çirkli pulların yuyulmasının qarşısının alınmasında önəmli rol oynayar” – deyə deputat əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 17 İyun 2025 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri