Icma.az
close
up
RU
Azərbaycanda ətin qiyməti sürətlə artır Vətəndaşlar isə narazılıq EDİR

Azərbaycanda ətin qiyməti sürətlə artır Vətəndaşlar isə narazılıq EDİR

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Azərbaycanda son aylarda ətin qiymətləri sürətlə artmaqdadır. Xüsusilə mal və qoyun ətində müşahidə olunan bahalaşma həm satıcıların, həm də alıcıların narazılığına səbəb olur. Ətin qiymətinin artması gündəlik bazarlıq edən vətəndaşların ailə büdcəsinə ciddi təsir göstərir. Məsələn, son bir ayda hər həftə mal ətinin qiymətində 50 qəpik artım müşahidə olunub. Beləliklə bir ayda 2 manat bahalaşma baş verib. 

Redaktor.az keçirdiyi sorğuya əsasən xəbər verir ki, sakinlər də bu artımdan narahatdırlar.

Şəhər sakini Rauf Məmmədov deyir ki, əvvəllər həftədə iki-üç dəfə ət alırdılar, amma indi qiymətlər o qədər qalxıb ki, yalnız bayram və xüsusi günlərdə ət almağa məcburdurlar: "Bir kiloqram mal ətinin qiyməti demək olar ki, hər bazar günü dəyişir. Maaşımız isə eyni qalır. Ətin qiyməti bu tempdə qalxsa, biz ət yeməyi tamamilə unutmalı olacağıq".

Sevinc Quliyeva isə bildirir ki, artım təkcə ətə deyil, toyuq və digər məhsullara da təsir edir: "Ətin bahalaşması süfrəmizdə də dəyişiklik yaradıb. Uşaqlar ət istəyir, amma büdcəyə görə hər dəfə ala bilmirik. Məcbur qalıb daha çox makaron, kartof kimi ucuz yeməklərə üstünlük veririk".

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən iqtisadçı ekspert Akif Nəsirli bildirdi ki, ətin qiymətinin artmasının bir neçə paralel səbəbi var və bunlar həm qlobal, həm də yerli amillərlə bağlıdır:

"Yem xərcləri bahalaşıb. Mal-qaranın yediyi arpa, qarğıdalı, yonca və s. yem məhsulları həm idxaldan, həm də daxili bazardan asılıdır. Son illərdə bu məhsulların qiyməti artdığı üçün ətin maya dəyəri də yüksəlib. Heyvandarlıq təsərrüfatları azalıb. Bəzi kəndlilər və fermerlər gəlirlərin azlığına görə heyvandarlıqla məşğul olmaqdan çəkilirlər. Bu da bazarda təklifin azalmasına gətirib çıxarır. İdxaldan asılılıq var. Azərbaycanda heyvan yemlərinin, dərmanlarının, bəzi cins heyvanların idxalı mövcuddur. Valyuta kursundakı dəyişikliklər və xaricdəki bahalaşma daxili bazara da təsir edir. Əhali gəliri artdıqca, həmçinin toy, mərasim və bayram dövrlərində tələbat yüksəldikdə qiymətlər qalxır. İqlim dəyişiklikləri və quraqlıqlar səbəbindən dünyada otlaq və yem məhsullarının istehsalı azalır, bu da beynəlxalq bazarda yem qiymətlərini qaldırır".

Ekspertin sözlərinə görə, enerji daşıyıcılarının bahalaşması da ətin qiymətinə təsir göstərir.

"Neft və qazın qiyməti qalxdıqda daşınma və istehsal xərcləri artır. Qlobal ərzaq böhranı müşahidə olunur. Son illərdə taxıl və yem bazarındakı dalğalanmalar ət qiymətlərinə birbaşa təsir göstərir. Bəzən tacirlər və vasitəçilər “qiymət qalxır” gözləntisini bazara tez ötürürlər. Bu da real xərclər sabit qalsa belə qiymətlərin süni şəkildə artmasına səbəb ola bilir. Eyni zamanda Azərbaycan əhalisinin ətə olan tələbatının yarıdan çoxu idxal hesabına qarşılanır. Yəni bu seqment idxaldan aşırı asılıdır. Nəticə etibarilə, ətin bahalaşmasının əsas səbəbləri yem qiymətlərinin yüksəlməsi, örüşlərin azalması, təklifin daralması və idxal asılılığıdır", - deyə Akif Nəsirli bildirdi.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Sentyabr 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see194

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri