Icma.az
close
up
RU
Azərbaycanda kirayəçiyə bunları etmək qanunsuzdur AÇIQLAMA

Azərbaycanda kirayəçiyə bunları etmək qanunsuzdur AÇIQLAMA

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Azərbaycanın mülki qanunvericiliyi kirayə münasibətlərini tənzimləyərək həm ev sahiblərinin, həm də kirayəçilərin hüquqlarını qoruyur. Lakin bəzən bu münasibətlərdə mübahisələr yarana bilər.
Milli.Az xəbər verir ki, ev sahibinin kirayəçini evdən çıxarmaq istəməsi müəyyən hallarda baş verə bilər və bu, qanunla tənzimlənir. Kirayə müqaviləsinin pozulması, ödənişlərin edilməməsi və digər səbəblər ev sahibinə hüquqi yolla kirayəçini çıxarmağa imkan verir. 
Bəs ev sahibi kirayəçini hansı hallarda evdən çıxara bilər?
Məsələ ilə bağlı Milli.Az-a hüquqşünas Nurlan Səfərov bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən, ev sahibləri kirayəçiləri müəyyən şərtlər altında evdən çıxara bilərlər. Bu proses hüquqi çərçivədə tənzimlənir və həm kirayəçinin, həm də ev sahibinin hüquqları qorunur. Ev sahibinin kirayəçini evdən çıxarması üçün əsas olan hallardan biri kirayə müqaviləsinin vaxtının bitməsidir. Kirayə müqaviləsi müəyyən bir müddət üçün bağlanır. Əgər müqavilə müddəti başa çatıbsa və kirayəçi yeni müqavilə bağlamaq istəmirsə, ev sahibi onu evdən çıxarmaq hüququna malikdir. Lakin, bu zaman kirayəçinin qarşısına əlavə tələblər qoyulması qanunsuzdur.

"Kirayəçi müqaviləyə əsasən, ev sahiblərinə müəyyən vəsaitləri ödəməli, yaşayış yerini qorumağa məsuliyyət daşımalıdır. Əgər kirayəçi aylıq kirayə haqqını ödəmirsə, müqavilə şərtlərini pozursa, ev sahibi ona xəbərdarlıq edərək müqaviləni ləğv edə bilər. Bu halda, kirayəçi ədalətli müddət ərzində ödənişləri etmədikdə evdən çıxarılma hüququna malikdir. Ev sahibi kirayəçinin olduğu mənzilə şəxsi ehtiyac duyduğunda da onu çıxara bilər. Bu halda ev sahibi kirayəçini ən azı 3 ay əvvəl xəbərdar etməlidir. Məsələn, ev sahibi öz ailəsinin yaşaması üçün mənzilə ehtiyacı olarsa, bu əsasla kirayəçi evdən çıxarıla bilər.

Əgər kirayəçi evdə qanunsuz fəaliyyətlə məşğuldursa, məsələn, narkotik maddələrin saxlanması, cinayətkar fəaliyyət, qonşulara narahatlıq vermək və s., ev sahibi hüquq-mühafizə orqanlarına müraciət edərək kirayəçini evdən çıxara bilər.

Kirayəçinin yaşayış şəraitini təhlükəyə atan ciddi pozuntular (evin bərbad vəziyyətə düşməsi, elektrik və su təchizatının kəsilməsi və s.) halında ev sahibi kirayəçini çıxara bilər. Lakin, bu vəziyyət yalnız ev sahibinin məsuliyyətsizliyi və ya zəruri təmir işlərinin aparılmaması səbəbindən baş verərsə, ev sahibi bu məsuliyyəti daşıyır.

Ev sahibləri və kirayəçilər arasında münasibətlər qanunla tənzimlənir və hər iki tərəfin hüquqları qorunmalıdır. Hər hansı bir tərəf qarşısına qoyulan şərtləri yerinə yetirmədikdə, hüquqi yollarla məsələni həll etmək mümkündür. Müqavilə bağlanarkən hər iki tərəfin hüquqlarını dəqiq müəyyənləşdirməsi, potensial mübahisələrin qarşısını almağa kömək edə bilər".

Qeyd edək ki, ev sahibi və kirayəçi arasında baş verən hər hansı mübahisə zamanı hüquqi məsləhət almaq və problemə hüquqi çərçivədə yanaşmaq vacibdir.
Aysel Əkbər
Milli.Az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 18 Dekabr 2024 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see586

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see251

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri