Azərbaycanda kişi və qadın milliləri birləşdirildi SƏBƏB
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın kişi və qadın taekvondoçulardan ibarət əsas yığmaları birləşdirilib.
Bu barədə Oxu.Az-a açıqlama verən Taekvondo Federasiyasının mətbuat katibi Aysel Sultanova bildirib ki, bu addım məşq prosesinin daha səmərəli keçirilməsi üçün atılıb.
"Kişi və qadın millilərinin birləşdirilməsi qərarı dünya təcrübəsinə əsaslanır və məşq prosesinin səmərəli, eləcə də daha effektiv təşkili məqsədini daşıyır".
Qeyd edək ki, milli komandaya Məmməd Abdullayev rəhbərlik edəcək. Elnur Amanov böyük məşqçi funksiyasını yerinə yetirəcək. Günay Zeynalova isə komandaya köməkçi məşqçi təyin olunub.
Xatırladaq ki, Məmməd Abdullayev bunadək kişi taekvondoçulardan ibarət millini çalışdırırdı.
Anar Həsənov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 12 Dekabr 2024 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















