Icma.az
close
up
RU
Azərbaycanda kütləvi həbslər, ziyanlı partiyaların ləğvi…

Azərbaycanda kütləvi həbslər, ziyanlı partiyaların ləğvi…

Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

44 günlük müharibə təkcə Ermənistan və onun havadarlarının üzərində qazanılmış qələbə deyildi, bu həm də Azərbaycana qənim kəsilmiş daxili düşmənlər (bu sırada radikal müxalifət partiyaları da var) üzərində qazanılmış bir qələbə idi. 

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun düşmən üzərində qələbəsi bir tərəfdən də radikal müxalifətin kürəyinin yerə vurulması demək idi. Çünki ikinci Qarabağ müharibəsindən öncə AXCP sədri Əli Kərimli bildirmişdi ki, “Azərbaycan ordusu hərbi əməliyyat aparmağa qadir deyil”. Ancaq onun ordumuz haqqında bədnam fikir söyləməsinə baxmayaraq, Azərbaycan ordusu 44 günlük müharibə zamanı nəyə qadir olduğunu həm düşmənə, həm də sapı özümüzdən olan baltalara sübut etmiş oldu. Müharibədə qazandığımız qələbəyə kölgə salmaq istəyən AXCP sədri və onun dəstəsinin üzvləri yenə də xislətlərindən çıxış edərək bu dəfə Rusiya sülhməramlı qüvvələrinin Qarabağdan çıxmayacağını dəfələrlə dilə gətirdilər. Amma nə baş verdi? 
2023-cü sentyabrında Azərbaycan ordusu Qarabağda antiterror əməliyyatlarına başlayaraq, ərazi bütövlüyünü təmin etmiş oldu. Hər şeyi nə zaman edəcəyini hər kəsdən yaxşı bilən Azərbaycan dövlət başçısı antiterror əməliyyatı zamanı qazandığı qələbə ilə yanaşı həm də Rusiya sülhməramlı kontingentinin vaxtından əvvəl bölgədən çıxarılmasına nail oldu. Qarabağda qazanılan zəfərə kölgə salmaq və Prezidentin nailiyyətlərini kiçiltməyə can atan Əli Kərimli növbəti dəfə Zəngəzur dəhlizi ilə bağlı cəfəngiyyatlar uydurmağa başladı. Cənab Prezidentimiz isə diplomatiya masalarında bir-birinin ardınca nailiyyətlər əldə etməyə davam edirdi. Bunun nəticəsi olaraq da bu ilin avqustunda Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Ermənistanın Baş naziri Nikol Paşinyanla baş tutan üçtərəfli görüşdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflandı. Və beləliklə Azərbaycan Prezidenti bu məsələni də Azərbaycanın xeyrinə həll etməyi bacardı və adını həm xalqın yaddaşına həm də ölkə tarixinə qızıl hərflərlə yazdırmış oldu. 
İndi ortaya çıxan faktlardan aydın olur ki, Əli Kərimli və onun kimi daxildəki düşmənlər hakimiyyətin içindəki xəyanətkarlarla əlbir olub, milli maraqlarımızı xarici dairələrə satmaqla məşğul olublar. Bu gün Azərbaycan xalqı artıq ağı qaradan seçməyi bacarır və kimin kim olduğunu, kimin haradan maaliyyələşdiyini çox yaxşı bilir. Özgə qapılardan mədət umanların bu ölkədə iqtidara sahiblənməsinə xalq heç vaxt dəstək verməz. Dövlət isə öz növbəsində onun maraqlarını xarici dairələrə satan, ölkəiçi sabitliyi pozmağa çalışan, öz şəxsi çıxarları naminə müstəqilliyimizin əldən verilməsini gözə alanlara qarşı mümkün olan bütün sərt tədbirləri həyata keçirməli, ən ağır cəzalar tətbiq etməlidir. Gərəkərsə, kütləvi həbslərdən, milli maraqlara ziyan gətirən partiyaları siyasi səhnədən birdəfəlik silməkdən çəkinməməlidir. Fərqi yoxdur, bu, AXCP-dir, Müsavatdır. Dövlətə təhlükə mənbəyidirsə, deməli, ləğv olunmalıdır! Bütün ideoloji diversiya xarakterli təzahürlər beşiyindəcə boğulmalı, müstəqilliyimizin təminat altına alınması üçün bütün zəruri addımlar atılmalıdır. Bu istiqamətdə görüləcək bütün tədbirlərin xalq tərəfindən dəstək qazanacağına da şübhə etmirik. 
Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://missiya.az
archiveBu xəbər 31 Oktyabr 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri