Icma.az
close
up
RU
Azərbaycanda lift təhlükəsizliyində inqilab: “MyLift” fövqəladə halların qarşısını alacaq

Azərbaycanda lift təhlükəsizliyində inqilab: “MyLift” fövqəladə halların qarşısını alacaq

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

“Biz artıq bir ildir ki, “MyLift” elektron platforması üzərində çalışırıq və onu 2026-cı ildə istifadəyə verməyi planlaşdırırıq”. Bu sözləri Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının İdarə Heyətinin sədri Orxan Xəlilzadə III Sənaye Təhlükəsizliyi Zirvəsində çıxışı zamanı deyib. O bildirib ki, bu tətbiq vasitəsilə hər bir vətəndaş istifadə etdiyi liftin təhlükəsizliyi barədə məlumatı anında görə biləcək, liftlərin hansı texniki səviyyədə olduğuna dair göstəricilərlə tanış ola biləcək: "Real vaxt rejimində aparılan yoxlamalar da sistemdə əks olunacaq. Bu yeniliklə lift xidmətləri ilə bağlı şikayətlərin əhəmiyyətli dərəcədə azalacağı gözlənilir. Platforma 2026-cı ildə vətəndaşların istifadəsinə təqdim olunacaq”.  

Qeyd edək ki, Bakıda keçirilən III Sənaye Təhlükəsizliyi Zirvəsi Fövqəladə Hallar Nazirliyi, SOCAR və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının (AISA) birgə təşkilatçılığı ilə keçirilir.

İKT üzrə mütəxəssis Elvin Abbasov Sherg.az-a bildirib ki, “MyLift” elektron platforması Azərbaycanda lift təhlükəsizliyi sahəsində böyük yenilikdir və vətəndaşların gündəlik həyatına birbaşa təsir göstərəcək. Onun sözlərinə görə, platforma vasitəsilə hər bir vətəndaş istifadə etdiyi liftin texniki vəziyyəti, sertifikat göstəriciləri və real vaxt rejimində aparılan yoxlamalar barədə məlumat əldə edə biləcək:

“Bu isə həm insanların təhlükəsizliyini təmin edir, həm də lift xidmətləri ilə bağlı şikayətlərin azalmasına şərait yaradır. “MyLift” həm də sənaye standartlarının təkmilləşdirilməsi və idarəetmənin şəffaflaşdırılması baxımından əhəmiyyətlidir. Platforma lift təchizatçıları və xidmət göstərən şirkətlərin fəaliyyətinə nəzarəti asanlaşdırır, mümkün texniki qüsurları vaxtında aşkarlamağa imkan verir və fövqəladə halların qarşısını almaqda önəmli rol oynayır: “Bundan əlavə, rəqəmsal platformanın tətbiqi ölkədə smart texnologiyaların inkişafına və sənaye təhlükəsizliyinin rəqəmsal nəzarət sistemləri vasitəsilə gücləndirilməsinə töhfə verir. “MyLift” platforması həm vətəndaş, həm də dövlət və sənaye qurumları üçün şəffaf, səmərəli və etibarlı bir mexanizm rolunu oynayacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Dekabr 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see264

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see235

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see234

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see227

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see226

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see172

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see167

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see146

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see146

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see145

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see145

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see135

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see133

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see129

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see129

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see126

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri