Icma.az
close
up
RU
Bəhreyn Nümayəndələr Şurasının sədri: Azərbaycanla əlaqələrin inkişafına böyük maraq göstəririk

Bəhreyn Nümayəndələr Şurasının sədri: Azərbaycanla əlaqələrin inkişafına böyük maraq göstəririk

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

MiMilli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına rəsmi səfəri çərçivəsində Bəhreyn Nümayəndələr Şurasının sədri Əhməd bin Salman Al-Musalam ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə,

Bəhreyn Nümayəndələr Şurasının sədri Krallığın Azərbaycanla əlaqələrin inkişafına böyük maraq göstərdiyini bildirərək, ölkələrimiz arasında siyasi və iqtisadi sahələrdə, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində mövcud əməkdaşlığın bundan sonra da ardıcıl və məqsədyönlü şəkildə davam etdirilməsində maraqlı olduqlarını qeyd edib.

Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən S.Qafarova Bəhreyn Krallığına ikinci dəfə səfər etdiyini qeyd edərək, ötən dövrlərdə Bəhreyn Krallığının parlament sədrlərinin də Azərbaycana səfərlərini və keçirilmiş görüşləri məmnunluqla xatırladıb. Milli Məclisin sədri hazırkı səfərin onun spiker qismində Bəhreyn Krallığına ilk rəsmi səfəri olduğunu və bu səfərin Azərbaycan ilə Bəhreyn arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf etdiyini bildirib. O, Azərbaycanın ötən il Bəhreyndə səfirlik açmasının ikitərəfli münasibətlərimizi yeni mərhələyə daşıdığını deyib.

Qeyd olunub ki, səfər çərçivəsində Milli Məclisin sədri Asiya Parlament Assambleyasının 16-cı plenar iclasında da iştirak edəcək və bu platforma parlamentlərarası əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verir.

Siyasi təmasların, həyata keçirilən səfər və məsləhətləşmələrin əlaqələrin dərinləşməsində mühüm rol oynadığı vurğulanaraq, iqtisadiyyat, ticarət, investisiya, turizm, təhsil sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu qeyd edilib. Xüsusən, humanitar sahələrdə əlaqələri qeyd edən Milli Məclisin sədri, ötən il Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın Bəhreyn Krallığına səfəri və bu səfər çərçivəsində "MAMA – Ana təbiət" sərgisinin Manamada yüksək səviyyədə təşkil olunmasını bu istiqamətdə mövcud olan münasibətlərin yüksək səviyyəsinin göstəricisi olduğunu söyləyib.

Milli Məclisin sədri ölkələrimizin BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığını vurğulayaraq, bu platformalarda Bəhreyn Krallığının Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini yüksək qiymətləndirib.

Dövlətlərarası əlaqələrin inkişafında parlament diplomatiyasının əhəmiyyətini qeyd edən S.Qafarova, Azərbaycan və Bəhreyn parlamentləri arasında mövcud olan fəal əməkdaşlığı yüksək qiymətləndirib. Bildirilib ki, parlamentlər həm ikitərəfli əsasda, həm də Parlamentlərarası İttifaq, Asiya Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi (QHPŞ) kimi beynəlxalq platformalar çərçivəsində uğurla əməkdaşlıq edir. Qeyd olunub ki, Azərbaycan Asiya Parlament Assambleyasında Bəhreyn parlamentinin sədrliyə namizədliyini dəstəkləyib və Assambleyaya sədrliyin Bəhreyn tərəfinə təhvil veriləcəyindən məmnunluq ifadə olunub. Eyni zamanda, QHPŞ çərçivəsində sıx əməkdaşlıqdan məmnunluq bildirilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://baku.ws
archiveBu xəbər 25 Yanvar 2026 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see204

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see204

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see158

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri