Icma.az
close
up
RU
Azərbaycanda lizinq ləğv OLUNUR?

Azərbaycanda lizinq ləğv OLUNUR?

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda "Maliyyə icarəsi haqqında" yeni Qanun qəbul ediləcək.

Milli.Az xəbər verir ki, Milli Məclisin bugünkü plenar iclasında yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

Bildirilib ki, "Maliyyə icarəsi haqqında" qanun layihəsi bu sahədə hüquqi bazanın təkmilləşdirilməsi və bazarın inkişaf etdirilməsi, kiçik və orta sahibkarlığın maliyyəyə çıxışını asanlaşdırmaq məqsədilə hazırlanıb.

Layihənin əsas yeniliklərindən biri milli qanunvericilikdə istifadə olunan "lizinq" termininin "maliyyə icarəsi" termini ilə əvəz edilməsidir. Beynəlxalq praktikada "financial lease" kimi tanınan bu anlayış bir sıra ölkələrdə də milli dillərə uyğun tərcümə edilərək istifadə olunur. Azərbaycanda isə bu dəyişiklik terminoloji vahidliyin təmin olunmasına və xidmətin mahiyyətinin daha aydın başa düşülməsinə xidmət edəcək.

Hazırda Mülki Məcəllənin "Lizinq" adlanan fəsli əslində maliyyə icarəsi münasibətlərini tənzimləyir, "maliyyə lizinqi" termini isə əsasən Vergi Məcəlləsində istifadə olunur. Yeni qanunun qəbul edilməsi ilə terminlər eyniləşdiriləcək və bu sahədə hüquqi müəyyənlik gücləndiriləcək. Bu, həm də xidmətin kredit deyil, icarə münasibəti olduğunu daha dəqiq şəkildə ortaya qoyacaq.

Maliyyə icarəsi iqtisadi dövriyyənin genişlənməsində, xüsusilə sahibkarların maliyyəyə çıxış imkanlarının artırılmasında mühüm rol oynayır. Bununla belə, mövcud normativ baza bu sahənin inkişafını tam təmin etmir, əsas xüsusiyyətlər qanunvericilikdə kifayət qədər əks olunmur və prudensial nəzarət mexanizmləri mövcud deyil. Bu isə maliyyə icarəsi verənlərin əlavə maliyyə resursları cəlb etməsini çətinləşdirir.

Layihə maliyyə icarəsi fəaliyyətinin təşkilati, hüquqi və iqtisadi əsaslarını, subyektlər arasında münasibətlərin qurulması, dəyişdirilməsi və xitam verilməsi qaydalarını, eləcə də dövlət tənzimlənməsi və nəzarət mexanizmlərini müəyyən edir. Maliyyə icarəsi mexanizmi həm icarəçi, həm icarəyə verən, həm də satıcı üçün iqtisadi fayda yaradır və bazar dövriyyəsinin çevikliyini artırır.

Qanun layihəsinə əsasən, maliyyə icarəsi alanlar yalnız hüquqi şəxslər və fərdi sahibkarlar ola biləcəklər. Bu yanaşma fəaliyyətin sahibkarlıq xarakterinə uyğunlaşdırılıb. Eyni zamanda, maliyyə icarəsi fəaliyyəti ilə yalnız hüquqi şəxslərin məşğul olması və onların Mərkəzi Bankın reyestrinə daxil edilməsi tələb olunacaq.

Layihədə maliyyə icarəsi verənlər üçün minimum nizamnamə kapitalı və öz vəsaitlərinə dair tələblər müəyyən edilir, bu tələblərin konkret parametrləri isə Mərkəzi Bank tərəfindən müəyyənləşdiriləcək. Bununla yanaşı, tərəflər arasında müqavilə münasibətləri, hüquq və vəzifələr, eləcə də maliyyə icarəsi obyektinə yönələn tələblərin icrası mexanizmləri də tənzimlənir.

Yeni qanun layihəsində subicarə və geriyə maliyyə icarəsi kimi mexanizmlər də nəzərdə tutulur. Subicarə zamanı icarəçi obyektin başqa şəxsə verilməsini təşkil edə bilər, geriyə maliyyə icarəsində isə şəxs öz əmlakını sataraq eyni obyekti icarəyə götürür.

Layihəyə əsasən, maliyyə icarəsi verənlər kredit tarixçəsi məlumatlarını kredit bürolarına təqdim etməlidirlər. Bu, maliyyə bazarlarında şəffaflığın artırılmasına, borclanmanın düzgün qiymətləndirilməsinə və beynəlxalq reytinqlərdə mövqenin yaxşılaşmasına töhfə verəcək.

Həmçinin, maliyyə icarəsi verənlərin mühasibat uçotu və hesabatlılığı "Mühasibat uçotu haqqında" Qanuna uyğun aparılacaq, maliyyə hesabatları isə beynəlxalq standartlara uyğun şəkildə hazırlanaraq Mərkəzi Banka təqdim ediləcək.

Ümumilikdə, yeni qanun layihəsi maliyyə icarəsi bazarında hüquqi və institusional çərçivəni gücləndirməklə bu sahənin inkişafına və iqtisadi aktivliyin artmasına xidmət edəcək.

Qeyd edək ki, bu Qanun dərc olunduğu gündən 6 ay sonra qüvvəyə minəcək.

Qeyd edək ki, yeni Qanunda milli qanunvericilikdə istifadə olunan "lizinq" termini (anlayışı) "maliyyə icarəsi" termini (anlayışı) ilə əvəz ediləcək (adlandırılacaq).

Belə ki, maliyyə icarəsi maliyyə icarəsi verən tərəfindən maliyyə icarəsi obyektinin maliyyə icarəsi alanın sahibliyinə və istifadəsinə verilməsini nəzərdə tutan və aşağıdakı meyarlardan bir və ya bir neçəsinə cavab verən icarə hesab ediləcək:

maliyyə icarəsi müqaviləsində maliyyə icarəsi müddəti qurtardıqdan sonra maliyyə icarəsi obyektinin maliyyə icarəsi alanın mülkiyyətinə verilməsi, yaxud maliyyə icarəsi müddəti qurtardıqdan sonra maliyyə icarəsi alanın maliyyə icarəsi obyektini müəyyən edilmiş və ya əvvəlcədən güman edilən qiymətə almaq hüququ müəyyən edilib;
maliyyə icarəsi müddəti maliyyə icarəsi obyektinin istismar müddətinin 75 faizindən artıqdır;
maliyyə icarəsi müddəti qurtardıqdan sonra maliyyə icarəsi obyektinin qalıq dəyəri maliyyə icarəsinin əvvəlinə onun bazar qiymətinin 20 faizindən azdır;
maliyyə icarəsi müddəti ərzində ödəniləcək maliyyə icarəsi ödənişlərinin məbləği maliyyə icarəsi obyektinin maliyyə icarəsinin əvvəlinə olan bazar qiymətinin azı 90 faizinə bərabər və ya ondan artıqdır;

Geriyə maliyyə icarəsi maliyyə icarəsi müqaviləsinə görə maliyyə icarəsi obyektinin satıcısı qismində maliyyə icarəsi alanın özünün olduğu və maliyyə icarəsi müqaviləsinin müddəti bitdikdən sonra maliyyə icarəsi alanın maliyyə icarəsi obyekti üzərində mülkiyyət hüququnu əldə etmək öhdəliyini şərtləndirən maliyyə icarəsi hesab ediləcək.

Maliyyə icarəsi fəaliyyəti maliyyə icarəsi verənin öz vəsaiti və (və ya) cəlb edilmiş vəsait hesabına maliyyə icarəsi obyektinin maliyyə icarəsinə verilməsi ilə bağlı sahibkarlıq fəaliyyəti hesab ediləcək.

Maliyyə icarəsi alan (icarəçi) maliyyə icarəsi müqaviləsinə əsasən maliyyə icarəsi ödənişləri müqabilində, müəyyən müddətə və müvafiq şərtlərlə maliyyə icarəsi obyektini sahibliyə və istifadəyə qəbul edən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs hesab ediləcək.

Maliyyə icarəsi verən (icarəyə verən) maliyyə icarəsi müqaviləsinin şərtlərinə əsasən satıcıdan əldə etdiyi maliyyə icarəsi obyektini maliyyə icarəsi ödənişləri müqabilində icarəçinin sahibliyinə və istifadəsinə verən kommersiya hüquqi şəxsi və ya xarici kommersiya hüquqi şəxsinin yerli filialı hesab ediləcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib./Trend.Az

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 27 Aprel 2026 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see307

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see281

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see271

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see265

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see259

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see249

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see247

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see239

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see236

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see233

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see233

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see228

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see218

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see217

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see210

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see203

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see202

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see198

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see191

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri