Icma.az
close
up
RU
Azərbaycanda maaşlarla bağlı yeni mexanizmlər formalaşdırılacaq

Azərbaycanda maaşlarla bağlı yeni mexanizmlər formalaşdırılacaq

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2026-2028-ci illər üçün Baş Kollektiv Saziş imzalanıb.

Turkustan.az Trend-ə istinadən xəbər verir ki, sənəddə əməyin ödənilməsi, əhalinin gəlirləri və həyat səviyyəsinə dair müddəalar da öz əksini tapb.

Bildirilib ki, Tərəflər işçinin əmək hüququnu təmin edən kompleks tədbirlərin işlənilməsini və həyata keçirilməsini, real əməkhaqqının artırılmasını, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasını və gəlirlər siyasətinin təkmilləşdirilməsini zəruri hesab edirlər, bu məqsədlə əməyin təşkilinin təkmilləşdirilməsi, işçilərin ixtisas dərəcələrinin artırılması, əməyin məhsuldarlığının yüksəldilməsi məqsədilə aşağıdakı öhdəlikləri öz üzərlərinə götürürlər.

Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq çərçivəsində “2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın icrası istiqamətində tədbirlər görmək;

dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməkhaqlarının artırılması, xüsusilə əməkhaqları vahid tarif cədvəli üzrə ödənilən işçilərin aylıq tarif (vəzifə) maaşlarının artırılması və məhsuldar əməyin təşviqinə yönəldilmiş əməkhaqqı sisteminin inkişafı üzrə mexanizmlərin formalaşması istiqamətində tədbirlər görmək;

qeyri-formal əmək münasibətlərinin qarşısını almaq məqsədilə işçiləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə cəlb edən və onlara qeyri-rəsmi ödənişlər verən işəgötürənlər üzərində sosial tərəfdaşların birgə nəzarətini gücləndirmək;

müəssisə və təşkilatlarda əmək şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan işlərə diqqəti artırmaq;

təhsil sahəsində səriştə və nəticəəsaslı diferensiallaşdırılmış əməkhaqqı sisteminin yaradılması üzrə mexanizmləri təkmilləşdirmək;

istehsal olunan məhsulun maya dəyərində əməyin ödənilməsinin payına dair təhlillər aparmaq;

əməyinin ödəniş sistemini cinsindən asılı olmayaraq bərabər dəyərli əməyə görə bərabər haqq verilməsi prinsipi əsasında təkmilləşdirmək;

minimum istehlak səbətinin hesablanmasına dair məsləhətləşmələr aparmaq;

minimum əməkhaqqı məbləğinin mərhələlərlə artırılması istiqamətində işləri davam etdirmək və minimum əməkhaqqının ölkə üzrə orta əməkhaqqına nisbətini Avropa Sosial Xartiyasının tələblərinə uyğunlaşdırılması istiqamətində səylər göstərmək;

minimum saatlıq əməkhaqqının tətbiq edilməsi ilə bağlı qanunvericiliyə dəyişikliyin təsdiq edilməsinə nail olmaq;

dövlət adından yaradılan publik hüquqi şəxslərdə çalışan işçilərin əməyinin ödənilməsinin dövlət büdcəsinin və büdcədənkənar vəsaitlərin hesabına maliyyələşdirilməsinin optimal sistemini yaratmaq;

əmək qanunvericiliyi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində işləri davam etdirmək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 14 May 2026 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri