Icma.az
close
up
RU
Azərbaycanda maklerlərin fəaliyyəti niyə hələ qanunla tənzimlənməyib? EKSPERT AÇIQLADI

Azərbaycanda maklerlərin fəaliyyəti niyə hələ qanunla tənzimlənməyib? EKSPERT AÇIQLADI

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Azərbaycanda əmlak bazarı sürətlə inkişaf edir, lakin “makler”lərin fəaliyyəti hələ qanunla tənzimlənməyib. Bu isə bazarda qeyri-peşəkar xidmətlərin artmasına və vətəndaşların haqsızlığa məruz qalmasına səbəb ola bilər. Dünyanın bir çox ölkəsində isə əmlak agentləri lisenziya, sığorta və etik qaydalarla qorunur. Bəs, Azərbaycanda makler fəaliyyəti nə zaman qanun çərçivəsində tənzimlənəcək? Azərbaycanda maklerlərin fəaliyyəti niyə hələ qanunla tənzimlənməyib?

Məsələ ilə bağlı əmlak eksperti Anar Nəsirov SİA-ya açıqlamasında bildirib ki, son illərdə Azərbaycanda, xüsusilə də Bakı şəhəri və onun ətraf qəsəbələrində əmlak bazarında əhəmiyyətli canlanma müşahidə olunur:

"Yeni tikililər, torpaq sahələri və köhnə mənzillərə olan tələbatın artması bazarın sürətlə inkişaf etməsinə səbəb olub. Bu artan tələbat fonunda əmlak alqı-satqısı və icarəsi ilə məşğul olan maklerlərin və əmlak ofislərinin də sayı xeyli artıb. Lakin bu sahədə mühüm bir problem qalmaqdadır: maklerlərin fəaliyyəti hələ də qanunvericilik çərçivəsində tənzimlənmir. Hazırda Azərbaycanda bu sahədə fəaliyyət göstərən şəxslərin təxminən 70%-i qeyri-peşəkar hesab olunur. Yəni bu şəxslərin əksəriyyəti heç bir rəsmi təlim keçmədən, hər hansı bir lisenziyaya və ya dövlət qeydiyyatına malik olmadan bu sahədə fəaliyyət göstərir.

Bu vəziyyət bir sıra ciddi fəsadlara yol açır. Qeyri-peşəkar maklerlər tərəfindən edilən yanlış yönləndirmələr nəticəsində vətəndaşlar maddi zərərə uğraya, saxta sənədlərlə qarşılaşa və ya mənzillə bağlı hüquqi problemlərlə üzləşə bilərlər. Qanunsuz fəaliyyət göstərən maklerlər əmlak bazarında real qiymətlərin müəyyən olunmasına da mənfi təsir göstərirlər. Süni qiymət artımı və ya azaldılması, qeyri-rəsmi ödənişlər və aldatma halları bazarın şəffaflığını azaldır. Rəsmi qeydiyyatdan keçməyən maklerlər dövlətə vergi ödəmir, bu isə dövlət büdcəsinə əlavə gəlirin qarşısını alır. Dünyanın bir çox ölkəsində bu problem illər öncə qanunvericilik vasitəsilə həll edilib. Məsələn, Avropa ölkələrinin əksəriyyətində və ABŞ-da əmlak agentləri yalnız müvafiq təhsil və lisenziyadan keçdikdən sonra fəaliyyət göstərə bilərlər. Onlar müəyyən etik normalara riayət etməli, müştərilərlə müqavilə bağlamalı və peşə məsuliyyətini əhatə edən sığortaya sahib olmalıdırlar. Bu isə vətəndaşları daha çox qoruyur və bazarın daha sağlam inkişafına zəmin yaradır. İllərdir müzakirə mövzusu olan bu məsələ ilə bağlı müəyyən təşəbbüslər olsa da, hələlik konkret bir qanun layihəsi qəbul edilməyib. Son dövrlərdə isə bu istiqamətdə fəaliyyətlərin artdığı, aidiyyəti dövlət qurumlarının məsələyə diqqət yetirdiyi müşahidə olunur. Əmlak bazarının davamlı inkişafı və cəmiyyətin bu sahəyə olan etimadının artırılması üçün artıq makler fəaliyyəti qanunvericilik çərçivəsinə salınmalı və peşəkarlaşdırılmalıdır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 Oktyabr 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri