Azərbaycanda manatla pul kütləsi 21 % dən çox artıb
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu ilin oktyabrın 1-nə Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 56 milyard 8,1 milyon manat təşkil edib.
Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 1,9 %, ilin əvvəlinə nisbətən 12,3 %, 2025-ci ilin oktyabrın 1-i ilə müqayisədə 16,7 % çoxdur.
O cümlədən, manatla pul kütləsi (M2 aqreqatı) 45 milyard 117,5 milyon manat olub ki, bu da aylıq müqayisədə 1,6 %, ilin əvvəlinə nisbətən 11,7 %, ötən ilin oktyabrın 1-i ilə müqayisədə 21,3 % çoxdur.
Hesabat tarixinə tələbli depozitlər (M1 pul aqreqatı) 34 milyard 483,8 milyon manat təşkil edib ki, bu da, aylıq müqayisədə 0,8 %, ilin əvvəlinə nisbətən 7,15 %, 2025-ci ilin oktyabrın 1-i ilə ilə müqayisədə 17 % çoxdur.
Oktyabrın 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) isə 19 milyard 126,5 milyon manat olub ki, bu da aylıq müqayisədə 0,2 % az, ilin əvvəlinə nisbətən 6,6 %, ötən ilin oktyabrın 1-i ilə müqayisədə 12,4 % çoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 28 Oktyabr 2026 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















