Bilbao küçələrində xaos 20 dən çox saxlanılan var
525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Barselonanın ardınca, İspaniyanın digər şəhəri Bilbaoda da küçələrdə xaos hökm sürür.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, küçəyə çıxan etirazçı gənclər nəqliyyat vasitələri və zibil qutularını yandırıblar, eləcə də mağazalar hədəfə alınıb.
Bask Muxtariyyəti hökumətinin daxili işlər naziri Bingen Zupiria ETB2 televiziyasına açıqlamasında 20-dən çox insanın saxlanıldığını bildirib. Onun sözlərinə görə, saxlanılanların əksəriyyəti yetkinlik yaşına çatmayanlardır.
Zupiria 24 oktyabrda Barselonada baş verənlərə bənzər hadisələrin – mağazalara hücumların olduğunu qeyd edərək, yaşananları qəbuledilməz adlandırıb.
Fransa və İtaliyada müşahidə olunan küçə zorakılığına toxunan nazir deyib:
"Görünür, kimsə Avropanın digər yerlərində gördüyümüz zorakılıq aktlarını təqlid etməyə çalışır".
İbrahim Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 28 Oktyabr 2026 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















