Azərbaycanda maraqlı ilk: Ağaclar haqqında sayt yaradıldı FOTOLAR
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
"Qurumuş və qəzalı vəziyyətdə olan ağacların elektron şəkildə nömrələnməsi və nişanlanmasına ilk dəfə pilot layihə olaraq Gəncə şəhərindən başlanılıb".
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.
O qeyd edib ki, bu tədbir Rəqəmsal Ekologiya İnformasiya Sisteminin (REİS) tərkib hissəsi olaraq artıq həyata keçirilir, lakin quru ağacların nişanlanması sahəsində bu yanaşma ilk dəfə pilot layihə olaraq Gəncədə tətbiq olunur.
İ.İbrahimovanın sözlərinə görə, ağaclarda nişanlar üzərində QR kod yerləşdirilib və hər bir ağac haqqında məlumatı www.agac.az saytında ictimaiyyətə açıq şəkildə təqdim olunur."Bu prosesin məqsədi yaşıllıqları qorumaq, şəhərin ekoloji tarazlığını bərpa etmək və payız mövsümündə yeni ağacların əkilməsini təmin etməkdir. Bu mexanizm həm şəffaflığı, həm də ictimai nəzarəti təmin edir. Layihənin əsas məqsədi də şəhərdə və ümumilikdə ölkə ərazisində ağacların mühafizəsini təmin etmək, şəffaflıq və ictimai nəzarəti gücləndirməkdir."
İ.İbrahimova onu da qeyd edib ki, bu pilot layihə ağacların mühafizəsi baxımından böyük əhəmiyyətə malikdir və gələcəkdə digər şəhərlərdə də tətbiq olunması nəzərdə tutulur.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 15 Avqust 2025 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















