Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Azərbaycanda maşın qiymətləri ilə bağlı VACİB XƏBƏR

Azərbaycanda maşın qiymətləri ilə bağlı VACİB XƏBƏR

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2026-cı ilin iyul ayında Azərbaycan avtomobil bazarında elan qiymətlərinin medianı 17 min AZN təşkil edib.

Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) Bakıvaxtı.az-a daxil olan məlumata görə, iyun ayı ilə müqayisədə 900 AZN və ya 5 faiz azalma qeydə alınıb.

AQP-nin avtomobil qiymət indeksinin təhlili bu dəyişikliklərin əsasən bazarın təklif strukturunun yenilənməsi ilə bağlı olduğunu göstərir.

AQP-nin dəyişən struktur üzrə hesablanan indeksi iyulda 98.3, iyunda isə 103.5 səviyyəsində olub. Lakin marka və modellərin bazardakı çəkisi sabit saxlanıldıqda indeks 103.1, eyni model və buraxılış ili üzrə müqayisədə isə 103.3 təşkil edib.

Bu nəticə real qiymət dəyişməsinin cəmi 0.2-0.4 faiz intervalında olduğunu göstərir. Beləliklə, iyul ayında avtomobillərin kütləvi ucuzlaşması müşahidə edilməyib.

Təhlilə əsasən, iyulda ümumi təklifdə aşağı və orta qiymətli, nisbətən köhnə avtomobillərin payı artıb, bahalı və premium avtomobillərin payı isə azalıb. Məhz bu struktur dəyişikliyi xam median qiyməti aşağı çəkib. Sabit struktur üzrə hesablamalar isə bazarda qiymətlərin əsasən dəyişməz qaldığını göstərir.

AQP-nin iyul ayı üzrə hedonik qiymət modeli 25 mindən artıq müşahidə və bazarda ən aktiv 120 marka-model əsasında qurulub. Model avtomobilin yaşı, yürüşü, marka və modeli, mühərrik göstəriciləri, transmissiyası, ötürücü sistemi, ban növü və texniki vəziyyəti kimi amillərin qiymətə təsirini ayrıca qiymətləndirib. Modelin izahetmə qabiliyyəti 93.3 faiz təşkil edib.

Hesablamalara görə, avtomobilin qiymətinə ən güclü davamlı təsir edən amil istismar müddətidir. Əlavə hər bir istismar ili avtomobilin bazar qiymətini orta hesabla 6.1 faiz azaldır. Yürüşün ayrıca təsiri isə daha zəifdir: hər əlavə min kilometr qiyməti orta hesabla 0.0256 faiz aşağı salır. Bu göstərici 50 min kilometr üçün təxminən 1.27 faiz təşkil edir.

Transmissiya növü də qiymət fərqinin formalaşmasında rol oynayır. Digər xüsusiyyətləri eyni olan avtomobillərdə mexaniki transmissiya avtomat transmissiya ilə müqayisədə orta hesabla 6.3 faiz aşağı qiymətləndirilir.

Qəza tarixçəsi avtomobilin bazar dəyərinə əhəmiyyətli təsir göstərən digər amildir. İyul ayı üzrə hedonik hesablamalara əsasən, təmir edilmiş qəza tarixçəli avtomobildə qalıq əmtəə dəyəri itkisi təxminən 5.2 faizdir. Təmir olunmamış zədəli avtomobillərdə ümumi bazar zərəri isə təxminən 21 faiz qiymətləndirilir. Bunun 15.8 faizinin təmir xərci ekvivalenti, 5.2 faizinin isə təmirdən sonra qalan dəyər itkisi olduğu hesablanır.

Məsələn, qəzasız bazar dəyəri 25 min AZN olan avtomobildə təmir olunmamış zədənin bazar təsiri təxminən 5.2 min AZN ola bilər. Lakin bu rəqəm servis smetası deyil və konkret zərərin müəyyənləşdirilməsi üçün zədələnmiş detallar, ehtiyat hissələri, işçilik və ekspert qiymətləndirməsi nəzərə alınmalıdır.

Ümumilikdə, iyul ayında Azərbaycan avtomobil bazarında müşahidə olunan 5 faizlik median azalması real bazar ucuzlaşmasından daha çox təklif strukturunun dəyişməsi ilə izah olunur. Eyni model və buraxılış ili üzrə qiymətlərin cəmi 0.2 faiz, sabit model çəkiləri üzrə isə 0.4 faiz azalması bazarda kəskin qiymət enməsinin olmadığını təsdiqləyir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:325
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 Avqust 2026 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see647

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see320

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see305

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see294

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see290

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see288

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see270

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see269

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see264

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see261

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see249

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see247

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see225

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see215

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see215

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see214

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see209

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see204

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see201

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri