Minlərlə tarixi qala satışa çıxarıldı Qiymətlər 718 min avrodan başlayır
Icma.az bildirir, Bizim media portalına istinadən.
Avropada satışa çıxarılan minlərlə qəsr və orta əsr qalasının təqdim olunduğu ixtisaslaşmış internet saytı fəaliyyətə başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “The Olive Press” nəşri məlumat yayıb.
Bildirilib ki, castlecollector.com saytının bazasında artıq 3500-dən çox daşınmaz əmlak obyekti yer alır. Onların satışını isə 1000-dən çox daşınmaz əmlak agenti həyata keçirir.
Saytda təqdim olunan qəsrlərin qiymətləri əhəmiyyətli dərəcədə fərqlənir. Belə ki, parkı və yardımçı tikililəri olan İntibah dövrünə aid bir qəsri 718 min avroya almaq mümkündür. 15 milyon avroyadək büdcəsi olanlar isə Madriddən avtomobillə cəmi bir saatlıq məsafədə yerləşən orta əsr qəsrinə sahib ola bilərlər.
Platformada mədəni irs abidəsi kimi qorunan Oçaran qəsri, eləcə də Kosta-Bravada yerləşən və bərpa edilmiş orta əsr qalası da satışa çıxarılıb.
Sayt vasitəsilə potensial alıcı statusu əldə etmək üçün əvvəlcədən yoxlamadan keçmək tələb olunur. Platformanın sahibləri alıcının niyyətinin ciddiliyini qiymətləndirdikdən sonra müraciəti müvafiq daşınmaz əmlak agentliyinə və ya mülkiyyətçiyə yönləndirirlər.
Maraqlıdır ki, qəsr almaq istəyənlərdən əsil-nəcabətli nəslə mənsub olmaq və ya zadəgan mənşəyinə sahib olmaq tələb edilmir.
Bizim.Media
Baxış sayı:142
Bu xəbər 03 Noyabr 2026 21:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















