Icma.az
close
up
RU
VISA və MasterCard arasındakı fərq nədədir? MÜQAYİSƏ

VISA və MasterCard arasındakı fərq nədədir? MÜQAYİSƏ

Icma.az, Saglamolun saytına istinadən bildirir.

İstifadəçilərin çoxu VISA və MasterCard arasındakı fərqin mahiyyətinə varmır. Adətən belə qiymətləndirirlər: “Visa – amerikan, MasterCard isə – avropa  ödəniş sistemləridir".

Halbu ki, bu kartların istifadəsi zamanı daha böyük fərqlər ortaya çıxır, xüsusən də xarici səyahətlər zamanı valyuta dəyişmələrində siz düzgün seçim etməsəniz, iki və ya üç mərhələli konvertasiya nəticəsində pulunuzun bir hissəsini itirə bilərsiniz.

Xatırladaq ki, hər iki ödəniş sistemi xeyli vaxtdır ki, bütün dünyada aktivdir. Bunu ən azı, ödəniş sistemlərinin tam adları da əks etdirir – Visa International Service Association və MasterCard Worldwide.

Visa üçün əsas valyuta ABŞ dollarıdır. Bu o deməkdir ki, valyuta konvertasiyası ilə bağlı hər hansı əməliyyat dollardan keçəcək. MasterCard üçün isə əsas valyuta həm dollar, həm də avro ola bilər. Bu çox vacib bir nüansdır. Beləliklə, əməliyyatlar həm Avro ilə, həm dollarla keçirilə bilər.

Azərbaycan bankı tərəfdən emissiya edilmiş kartlar misalında bəzi halları nəzərdən keçirək:

1. Sizin hesab manatladı. Siz Almaniyadasınız. Alış-veriş üçün ödəniş avrodadır.

Visa: AZN > USD > EUR
MasterCard: AZN > EUR
Beləliklə, MasterCard daha sərfəlidir.

2. Sizin hesab avrodadır. Siz Parisdəsiz. Alış üçün ödəniş avrodadır.

Visa: AZN > USD > EUR
MasterCard: EUR
MasterCard açıq-aydın daha sərfəlidir — konvertasiya edilmir. Amma gün kimi aydındır ki, Visa ilə uduzacaqsız, çünki ikitərəfli məzənnə çevrilmələri baş verir. Özdə ki, bir konvertasiya ödəniş sistemi tərəfindən, biri isə sizin bank tərəfindən keçiriləcək.

3. Sizin hesab dollardadı. Siz indi Amerika Birləşmiş Ştatlarındasınız. Alış üçün ödəniş ABŞ dolları üzərindən həyata keçirilir.

Visa: USD
MasterCard: USD > EUR > USD
Visa-da konvertasiya yoxdur, MasterCard-da isə siz pulunuzun bir hissəsini ikitərəfli məzənnə dəyişikliklərində itirəcəksiz.

4. Sizin hesab manatladır. Siz İsveçrədəsiz. Alış üçün ödəniş İsveçrə kronu üzərindən həyata keçirilir (İsveçrə avrozonaya daxil deyil).

Visa: AZN > USD > EUR > SEK və yaxud AZN> USD > SEK
MasterCard: AZN > EUR > SEK

MasterCard-la ikitərəfli konvertasiya baş verir. Visa ilə isə iki, hətta üç konvertasiya ola bilər. İş ondadır ki, Avropada əməliyyatların çoxusu avro üzərində keçirilir, ona görə də üçtərəfli konvertasiya belə mümkündür.

Nəticə:

Avropada MasterCard istifadə etmək daha sərfəlidir.
ABŞ-da isə ən düzgün seçim Visa kartdır. Azərbaycana gəldikdə bunun ciddi bir fərqi yoxdur.

Fins.az

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:394
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 18 Noyabr 2024 02:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see354

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see286

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see273

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see272

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see270

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see261

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see259

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see258

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see256

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see252

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see238

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see236

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see231

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see228

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see227

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see225

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see206

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see202

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see202

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri