Azərbaycanda mebel məhsullarının təhlükəsizliyinə dair reqlament hazırlanıb
Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Azərbaycanda "Mebel məhsullarının təhlükəsizliyi haqqında texniki reqlament" layihəsi ictimai müzakirəyə təqdim olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, ictimai müzakirə başa çatdıqdan sonra texniki reqlament layihəsinin təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunması nəzərdə tutulur.
Qeyd olunan texniki reqlament insanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlət maraqlarının qorunmasını, eləcə də istehlakçıları çaşdıran halların qarşısının alınmasını təmin etmək məqsədilə hazırlanıb. Layihə hazırlanarkən beynəlxalq təcrübədə mebel məhsullarına tətbiq olunan texniki reqlamentlər də nəzərə alınıb.
Sənədə əsasən, gələcəkdə mebel məhsullarının müxtəlif növləri üzrə təhlükəsizliklə bağlı digər texniki reqlamentlər qəbul edilərsə, həmin məhsullar mövcud olan bütün reqlamentlərin tələblərinə uyğun olmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 19 May 2025 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















