Icma.az
close
up
RU
Azərbaycanda mədəniyyətlərarası dialoqun təşviqi qlobal sülhə töhfə verən humanitar missiyadır RƏY

Azərbaycanda mədəniyyətlərarası dialoqun təşviqi qlobal sülhə töhfə verən humanitar missiyadır RƏY

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 17 noyabr, Günel Türksoy, AZƏRTAC

Tarixən müxtəlif mədəniyyətlərin və dinlərin qovuşduğu məkan olan Azərbaycan bu gün də tolerantlıq və birgəyaşayış nümunəsi kimi dünya ictimaiyyətinin diqqətini cəlb edir. Azərbaycanda mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi uzun illərdir sistemli şəkildə həyata keçirilir. Ölkədə bu sahədə aparılan dövlət siyasəti həm hüquqi baza, həm institusional yanaşma, həm də praktiki layihələr üzərində qurulub.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri, fəlsəfə doktoru Rəşad İlyasov deyib.

O bildirib ki, dövlət səviyyəsində görülən tədbirlər sayəsində Azərbaycan həm ölkə daxilində, həm də beynəlxalq arenada mədəniyyətlərarası və dinlərarası dialoqun etibarlı tərəfdaşı kimi tanınır: “Bu siyasət ölkədə stabil tolerantlıq mühitinin qorunmasına, sosial həmrəyliyin möhkəmlənməsinə və müxtəlif xalqların, dinlərin nümayəndələrinin harmoniyalı şəkildə bir arada yaşamasına təminat yaradır. Azərbaycan Konstitusiyası bütün vətəndaşlara dinindən, dilindən, irqindən və etnik mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqlar verir. Bununla yanaşı, dövlət tərəfindən mədəni müxtəlifliyin qorunmasını və dini icmalar arasında dialoqu təşviq edən geniş mexanizmlər formalaşdırılıb”.

Azərbaycanda dini konfessiyaların azad və təhlükəsiz fəaliyyəti

Şöbə müdiri qeyd edib ki, Azərbaycanda yaşayan müxtəlif dini konfessiyaların azad və təhlükəsiz fəaliyyəti dövlət tərəfindən təmin olunur: “Son illər ölkədə bir sıra kilsə, sinaqoq və məscidlərin bərpası və yenidən qurulması həyata keçirilib. Dağ yəhudiləri, Alban-Udi dini icması, pravoslav, katolik və digər icmaların mədəni və dini fəaliyyətlərinə dövlət tərəfindən davamlı dəstək göstərilir. Bu addımlar müxtəlif dini icmalar arasında etimadı artırır, cəmiyyətdə birgəyaşayış mədəniyyətinin güclənməsinə xidmət edir”.

R.İlyasov bildirib ki, Azərbaycanda dini müxtəlifliyə verilən yüksək dəyərin daha bir mühüm nümunəsi ölkəmizdə Amerika Birləşmiş Ştatlarında mənzillənən İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin rəsmi qaydada qeydiyyata alınması və Bakı ofisinin fəaliyyətə başlamasıdır. Bu addım kilsənin ölkədə qanunvericilik çərçivəsində sərbəst fəaliyyət göstərməsini təmin edir və Azərbaycan dövlətinin dini azadlıqlara, müxtəlif konfessiyalara bərabər münasibətinə sadiqliyini göstərir, eyni zamanda, Azərbaycanın multikultural və tolerant cəmiyyət modelinin praktik təsdiqi kimi dəyərləndirilir. Müxtəlif konfessiyaların, o cümlədən, xristianlığın müxtəlif qollarının ölkədə sərbəst fəaliyyət göstərməsi Azərbaycan dövlətinin dini plüralizmi qorumaq və dini azadlıqları təmin etmək sahəsində ardıcıl və prinsipial siyasət apardığını bir daha sübut edir.

Multikultural dəyərlərin dövlət səviyyəsində dəstəklənməsi

Fəlsəfə doktoru vurğulayıb ki, Azərbaycanda tolerantlıq mühitinin qorunub saxlanılması müxtəlif etnik və dini icmalar arasında qarşılıqlı hörmətin və etimad münasibətlərinin möhkəmlənməsinə imkan yaradır: “Multikultural dəyərlərin dövlət səviyyəsində dəstəklənməsi radikalizmin, dini ekstremizmin və nifrətin qarşısının alınmasında əhəmiyyətli rol oynayır. Azərbaycanda mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi yalnız daxili sabitliyə deyil, həm də qlobal sülh və əməkdaşlıq proseslərinə töhfə verən mühüm humanitar missiyadır. Bu istiqamətdə aparılan ardıcıl siyasət nəticəsində bu gün Azərbaycan modeli dünyada nümunə kimi qəbul edilir”, - deyə R.İlyasov bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see283

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see156

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see151

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri