Icma.az
close
up
RU
Azərbaycanda məktəblər sürətlə bağlanır! Səbəb bəlli oldu...

Azərbaycanda məktəblər sürətlə bağlanır! Səbəb bəlli oldu...

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Son illərdə Azərbaycanda ümumi təhsil müəssisələrin  sayı sürətlə azalır.  Rəsmi statistikaya görə, 2023-cü ildə ölkədə 4422 məktəb fəaliyyət göstərdiyi halda, hazırda bu rəqəm 4194-ə enib. Başqa sözlə, son üç il ərzində 226 məktəb fəaliyyətini dayandırıb. Təkcə 2024–2025-ci tədris ili ərzində məktəblərin sayı 64 vahid azalıb”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında təhsil məsələləri üzrə ekspert İlham Əhmədov deyib. O bildirib ki, məktəblərin sayının azalmasının əsas səbəblərindən biri kənd yaşayış məntəqələrində əhalinin azalmasıdır:

“Məktəblərin sayının azalması ilk baxışdan narahatedici görünsə də, məsələyə diqqətlə  baxdıqda  bəzi  sosial, iqtisadi və demoqrafik amilin təsir göstərdiyi görünür. pizza mizza

Məktəblərin sayının azalmasının əsas səbəblərindən biri kənd yaşayış məntəqələrində əhalinin azalmasıdır. Son illərdə Azərbaycanda urbanizasiya prosesi sürətlənib. İnsanlar iş, təhsil və sosial xidmətlərə daha rahat çıxış əldə etmək üçün rayonlardan iri şəhərlərə, xüsusi ilə Bakı və Abşeron yarımadasına köçürlər.  Bu proses nəticəsində bir çox kəndlərdə məktəb yaşlı uşaqların sayı minimum həddə düşüb. Bəzi yaşayış məntəqələrində bir sinifdə cəmi 3-4 şagird  təhsil alır. Bu  şəraitdə az sayda  şagirdi  olan məktəbin saxlanılması iqtisadi baxımdan səmərəli  deyil və həmin məktəblər ya yaxın yaşayış məntəqələrindəki məktəblərlə birləşdirilir, ya da filial formasında fəaliyyət göstərir.

Məktəb sayının azalmasının əsas hissəsinin ibtidai məktəblərin payına düşməsi də bunu təsdiqləyir. Statistikaya görə, bir il ərzində ibtidai məktəblərin sayı 292-dən 245-ə düşüb. Bu isə daha çox kiçik kənd məktəblərinin fəaliyyətinin dayandırıldığını göstərir”.

Ekspert əlavə edib ki, məktəb sayında azalma əsasən dağlıq və ucqar rayonlarda qeydə alınır:

“Məktəblərin bağlanmasını yalnız doğum səviyyəsinin azalması ilə əlaqələndirmək doğru olmazdı. Bu düzdür ki, son illərdə Azərbaycanda doğum göstəricilərində azalma var.  Lakin məktəb şəbəkəsindəki dəyişikliklərin əsas səbəbi əhalinin ölkə daxilində qeyri-bərabər yerləşməsidir.  Bir tərəfdən bəzi rayonlarda şagird sayı azalır, digər tərəfdən Bakı, Sumqayıt və Abşeron ərazisində yeni məktəblərin tikilməsinə ehtiyac yaranır. Yəni problem  ümumi əhalinin  azalması ilə paralel, həm də əhalinin məkan üzrə yenidən bölgüsüdür.

Məlumatlar göstərir ki, məktəb sayında azalma əsasən dağlıq və ucqar rayonlarda qeydə alınır. Lerikdə 9, Ağsuda 8, Qubada 7, Füzuli, Qax, Yardımlı və Ağdaş rayonlarında 4 məktəbin bağlanıb.  Bu rayonların əksəriyyətində uzun illərdir miqrasiya prosesi davam edir. Gənclər ali təhsil almaq və ya iş tapmaq məqsədilə iri şəhərlərə üz tuturlar. Nəticədə kəndlərdə əhali yaşlanır, məktəb yaşlı uşaqların sayı azalır”.

İ. Əhmədov qeyd edib ki, səbəbdən inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da məktəblərin optimallaşdırılması ilə yanaşı, şagirdlərin nəqliyyat təminatı və distant təhsil imkanları da inkişaf etdirilməlidir:

“Burada iki fərqli yanaşma mövcuddur.  Birinci yanaşmaya görə, şagird sayı az olan məktəblərin saxlanılması təhsilin keyfiyyətinə mənfi təsir göstərir. Belə məktəblərdə müəllim çatışmazlığı yaranır, laboratoriya və digər tədris resurslarından səmərəli istifadə etmək çətinləşir.  Digər yanaşmaya görə isə kənd məktəblərinin bağlanması regionlarda sosial həyatın zəifləməsinə səbəb ola bilər. Çünki məktəb yalnız təhsil müəssisəsi deyil, həm də kəndin sosial və mədəni həyatının mərkəzidir.

Bu səbəbdən inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da məktəblərin optimallaşdırılması ilə yanaşı, şagirdlərin nəqliyyat təminatı və distant təhsil imkanları da inkişaf etdirilməlidir. Distant təhsilin yaradılması zərurəti barədə biz 25 ildir ki, yazırıq, təəssüf ki, aidiyyatı qurum, müasir təhsil trendlərini yaxşı bilmədiyi üçün hələ də ölkədə distant təhsil yoxdur. Amma 25 ildir, bir çox ölkələrin  azkomplektli məktəblərində distant təhsil vasitəsi  ilə belə məktəbləri yaşadırlar”.

Müsahibimiz sonda vurğulayıb ki, sinifdəki şagird sayına görə maaş hesablanmır:

“Azərbaycanda müəllimlərin əməkhaqqı əsasən həftəlik dərs yükünə, ixtisasına və sertifikatlaşdırma nəticələrinə görə müəyyən edilir. Birbaşa olaraq sinifdəki şagird sayına görə maaş hesablanmır.  Lakin şagird sayı az olan məktəblərdə dərs saatlarının məhdudluğu müəllimin ümumi gəlirinə dolayısı ilə  təsir göstərir.  Bu səbəbdən bəzi müəllimlər daha böyük məktəblərdə işləməyə üstünlük verirlər.

Mövcud tendensiyalar göstərir ki, yaxın illərdə məktəb şəbəkəsinin optimallaşdırılması davam edəcək. Lakin burada əsas məqsəd məktəb sayını azaltmaq deyil, resurslardan daha səmərəli istifadə etmək və təhsilin keyfiyyətini yüksəltmək olmalıdır.  Eyni zamanda regionların sosial-iqtisadi inkişafı, yeni iş yerlərinin yaradılması və kəndlərdə həyat şəraitinin yaxşılaşdırılması urbanizasiya təzyiqini azalda bilər. Əks halda məktəblərin bağlanması prosesi davam edəcək və bu, regionların inkişafına əlavə problemlər yarada bilər.

Məktəbin bağlanması sadəcə bir binanın fəaliyyətini dayandırması deyil. Bu, çox vaxt həmin yaşayış məntəqəsinin sosial gələcəyi ilə bağlı mühüm siqnaldır. Buna görə də məktəb şəbəkəsinin optimallaşdırılması təhsil keyfiyyəti, regional inkişaf və sosial ədalət prinsipləri arasında balans əsasında həyata keçirilməlidir”.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin sayında azalma müşahidə olunur. Son statistikaya əsasən, son 3 ildə 226 məktəb bağlanıb. Rəsmi açıqlamaya görə, hazırda ölkədə 4194 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir.

Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə bu rəqəm 4422 idi. Bu isə o deməkdir ki, son 3 il ərzində məktəblərin sayı 226 ədəd azalıb.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 17 İyun 2026 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see403

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see250

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see247

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL ın təyyarələrində səsləndiriləcək

18 Sentyabr 2026 17:49see230

Antibiotiklərin özbaşına qəbulu ciddi fəsadlara səbəb ola bilər PULMONOLOQ

18 Sentyabr 2026 12:46see230

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see230

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see229

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see227

Qıdıqlama hansı hallarda təhlükəlidir? Həkim AÇIQLADI

18 Sentyabr 2026 08:42see226

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see226

Payızda dəriyə qulluq necə edilməlidir?

18 Sentyabr 2026 11:25see225

Evdə ayaqyalın gəzmək faydalıdır? Həkimdən cavab

18 Sentyabr 2026 14:03see220

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see219

Türk dövlətləri ailəsi dünyada yeni güc mərkəzidir

18 Sentyabr 2026 17:19see208

Əhliman Əmiraslanovun sədrliyi ilə Səhiyyə komitəsinin ilk iclası keçirildi FOTOLAR

18 Sentyabr 2026 10:36see207

Paşinyan Almaniyaya biznes jetlə uçdu Təyyarə hakimiyyətə yaxın iş adamına bağlıdır

18 Sentyabr 2026 23:14see206

Ayağı sınan idmançı bir il sonra çempion oldu Reablitasiya möcüzəsi VİDEO

18 Sentyabr 2026 18:11see204

Əməkdar artist Sevda Məmmədzadə vəfat edib

18 Sentyabr 2026 21:00see204

Ürək xəstəliyi olanlara kartof makaron qadağandır Kardioloq

18 Sentyabr 2026 18:20see198

Alzheimer özünü belə göstərir: Yaddaş itkisindən əvvəl 4 siqnal

18 Sentyabr 2026 17:51see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri