Aarsheym: “Bu, həqiqətən də tarixi qələbədir”
Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Norveç təmsilçisi "Vikinq"in futbolçuları adlarını klubun tarixinə qızıl həriflərlə yazıdırıblar. Sport24.az xəbər verir ki, bunu adıçəkilən klubun baş məşqçisi Byarte Lunde Aarsheym UEFA Çempionlar Liqasının əsas mərhələsində "Sabah"a qarşı keçirdikləri matçdan sonra mətbuat konfransında deyib.
Mütəxəssis qalib gəldikləri qarşılaşmanı şərh edib:
"Bu, həqiqətən də möhtəşəm və tarixi bir hadisədir. Matç bitdikdən sonra futbolçularıma dedim ki, siz adınızı klubun tarixinə qızıl həriflərlə yazdırdınız. Onların çıxışından çox qürurlandım. Qarşılaşmaya gəlincə, çox yaxşı çıxış etdik. Düşünürəm ki, qələbəyə layiq olan tərəf elə biz idik".
Qeyd edək ki, "Vikinq" - "Sabah" oyunu Norveç klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 05 Noyabr 2026 03:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















