Icma.az
close
up
RU
Azərbaycanda mənzil almaq üçün 17 il işləmək lazımdır

Azərbaycanda mənzil almaq üçün 17 il işləmək lazımdır

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

“Azərbaycanda daşınmaz əmlak qiymətlərinin baha olmasından daha çox, Bakıda daşınmaz əmlak qiymətlərinin baha olması müzakirə olunmalıdır. Çünki regionlardan fərqli olaraq Bakı öncüllük təşkil edir. Bunun da səbəbi odur ki, bütün iqtisadi, siyasi, ictimai və sosial fürsətlər Bakıda cəmləşib”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, Bakıda əhali sıxlığının artması mənzil qiymətlərinin də yüksəlməsinə səbəb olur:

“Nəticə etibarilə, əhalinin regionlardan Bakıya axını nəinki azalmır, hətta artan templə davam edir. Son zamanlar biz bunu açıq şəkildə görürük, çünki regionların və kəndlərin boşalması faktiki olaraq davam edir. Bu nöqteyi-nəzərdən Bakıda əhali sıxlığının artması mənzil qiymətlərinin də yüksəlməsinə səbəb olur. Bu, birinci səbəbdir. İkinci səbəb isə ondan ibarətdir ki, torpaq almaq, mənzil tikmək, onun icazələrini almaq və dövlət qurumları ilə razılaşdırmaq həddindən artıq baha başa gəlir. Bu da, nəticədə, lüzumsuz şəkildə mənzil qiymətlərinin şişməsinə gətirib çıxarır”. Dördpendirli pizza

Ekspert əlavə edib ki, mənzil qiymətlərinin artımında tikinti şirkətlərinin ciddi təsiri var:

“Üçüncü səbəb isə odur ki, mənzil tikən şirkətlərin bəzilərinin — bəlkə də bir çoxunun (bunu araşdırmaq lazımdır) əsas gəlir mənbəyi mənzil tikintisindən deyil. Ona görə də düşünürlər ki, zatən qiymət qalxır və qalxacaq. Bu səbəbdən qiyməti endirmək əvəzinə yuxarı həddə saxlayırlar ki, nə vaxt satılarsa satılar; satılmazsa da pul şəklində yox, daşınmaz əmlak şəklində qalar. Çünki obrazlı desək, onların təcili pula ehtiyacları olmur.Bütün bu səbəblər nəticə etibarilə belə bir mənzərənin yaranmasına gətirib çıxarır. Dövlətin görə biləcəyi işlər var, bəzi addımlar da atılır — sosial mənzil və sosial ipoteka layihələri mövcuddur, amma bunların həcmi həddindən artıq azdır. Yəni bu proqramlar çərçivəsində il ərzində yalnız bir neçə yüz ailə mənzilə çıxış əldə edə bilir, tələbat isə minlərlədir. Ona görə də insanların mənzil almaq imkanlarının rahatlaşması üçün bu proqramların genişləndirilməsinə böyük ehtiyac var”.

Qeyd edək ki, "Numbeo" portalının hesabatına əsasən, Azərbaycanda orta gəlirli bir ailənin 90 kvadratmetrlik mənzil alması üçün 17,6 il lazımdır. Bu hesablama minimum deyil, orta aylıq əməkhaqqı əsasında aparılıb və ailənin aylıq gəliri 1,5 orta əməkhaqqı səviyyəsində götürülüb. Şərtə görə, ailənin gündəlik yaşayış xərcləri nəzərə alınmır və 17,6 il ərzində qazanılan bütün məbləğin yalnız mənzilə xərcləndiyi fərz edilir. Bu göstərici ilə Azərbaycan keçmiş SSRİ və region ölkələri arasında mənzil almağın ən çətin olduğu ölkədir.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 15 Sentyabr 2026 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see481

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see374

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see365

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see361

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see337

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see332

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see289

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see272

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see267

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see254

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see245

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see242

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see240

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see237

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see229

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see225

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see220

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see213

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see205

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri