Icma.az
close
up
RU
Bakıda mənzil almaq üçün 16 il işləmək lazımdır Digər ölkələrdə vəziyyət necədir?

Bakıda mənzil almaq üçün 16 il işləmək lazımdır Digər ölkələrdə vəziyyət necədir?

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

Azərbaycan Mərkəzi Bankının “Maliyyə Sabitliyi Hesabatı”na əsasən, Bakı şəhərində ortaaylıq maaşla orta qiymətə mənzil almaq üçün 189 ay, yəni təxminən 15,7 il fasiləsiz işləmək tələb olunur. Qeyd edək ki, Bakıda ortaaylıq əməkhaqqı 1300 manat səviyyəsindədir. Vergilər və digər icbari ödənişlər çıxıldıqda xalis orta maaş 1100-1150 manata düşür.  Bu qədər məbləğlə 189 ayda alına bilən mənzilin qiyməti isə 217 min manatdır. 


Bəs digər ölkələrdə vəziyyət necədir? Orta əməkhaqqı ilə nə qədər müddətə mənzil almaq mümkündür?


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Xalid Kərimli məsələ ilə bağlı açıqlamasında bildirib ki, bu tip hesablamalar mütləq şəkildə detallı və şəffaf şəkildə aparılmalıdır:


“Bu mövzu çox ciddi araşdırılmalıdır. Burada biz bilməliyik ki, Mərkəzi Bank bunu nə cür hesablayıb, hansı ölçüdə olan mənzili əsas götürüb, hansı ərazidə hesablayıb. Olduqca sual yaradan mövzudur”.


Ekspertin sözlərinə görə, beynəlxalq müqayisədə bəzi ölkələrdə mənzil daha əlçatan, bəzilərində isə kifayət qədər çətin əldə edilir:


“Ümumi şəkildə baxsaq, burada iki tip ölkə var – daha rahat əlçatan və gec əlçatılan. Məsələn, Amerikada 76 ay kifayət edir ki, 100 kvadratlıq mənzil alasan. Bu təqribi rəqəmdir və mənzilin orta qiymətindən söhbət gedir. Cənubi Afrikada bu göstərici 71 ay, Danimarkada 110 ay, İrlandiyada 123 ay, İsveçdə isə 129 aydır. Bunlar daha rahat əlçatan ölkələrdir”.


Amma daha çətin mənzil əldə edilən ölkələr də var. X.Kərimlinin qeyd etdiyinə görə, Nepalda mənzil almaq üçün 684 ay, Türkiyədə 631 ay, Slovakiyada isə 297 ay tələb olunur. 


Ekspert söylədi ki, bu hesablamalar şərtidir və hər biri ayrıca təhlil edilməlidir:

"Bu rəqəmlər ölkələrdəki ortaaylıq gəlir və mənzil qiymətləri əsasında təxmini hesablanıb. Bu tip statistikalar ölkənin iqtisadi sabitliyi, əmlak bazarının şəffaflığı və sosial siyasəti ilə sıx bağlıdır. Azərbaycanda mənzil əlçatanlığının artırılması üçün isə uzunmüddətli strategiyalara ehtiyac var".


Bəsti Rəfizadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:330
embedMənbə:https://sfera.az
archiveBu xəbər 16 Aprel 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri