Icma.az
close
up
RU
Azərbaycanda meyvə bağlarına aqrar sığorta ödənişləri 18 dəfə artıb

Azərbaycanda meyvə bağlarına aqrar sığorta ödənişləri 18 dəfə artıb

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmindən faydalanan fermerlərin sayı və onlara ödənişlər kəskin artıb. SİA xəbər verir ki, sığorta ödənişlərinin artımı özünü xüsusilə meyvə bağlarında göstərir. Belə ki, 2024-cü ildə meyvə bağlarında baş verən müxtəlif hadisələr nəticəsində dəyən zərərlər üzrə bağını sığorta etmiş fermerlərə ümumilikdə 721 min manat ödəniş edilib. Bu, əvvəlki ilin göstəricisinə nisbətən 18 dəfə artıqdır. Xatırladaq ki, 2023-cü ildə meyvə bağları üzrə ümumilikdə 39 min manat sığorta ödənişi edilmişdi.

2024-cü ildə fermerlərin aqrar sığorta barədə məlumatının daha da yüksəlməsi, sığortalanan meyvə bağlarının sahəsinin genişlənməsi və təbiət hadisələrinin tezliyinin artması nəticəsində sığorta ödənişlərinin kəskin artımına səbəb olub.

Meyvə bağları üzrə aqrar sığorta ödənişləri ölkənin bütün iqtisadi regionlarında həyata keçirilib. Ən çox sığorta ödənişləri üzüm, gilas, alma, badam, ərik, alça, armud, şaftalı, qoz, limon, naringi, nektarin, xurma və sair məhsullar üzrə olub.

Sığorta ödənişinə səbəb olan əsas hadisələr isə fırtına-qasırğa, dolu, şaxtavurma hallarıdır. Belə ki, 2024-cü ildə meyvə bağlarına edilmiş sığorta ödənişlərindən 130 min manatı şaxtavurma hadisəsi üzrə həyata keçirilib. Hazırda müxtəlif meyvə bağları və əkinlər üzrə sığortalanma prosesi davam edir.

Xatırladaq ki, 2024-cü ildə aqrar sığorta mexanizmindən istifadə edən fermer və təsərrüfatlara müxtəlif hadisələr üzrə ümumilikdə 6,4 milyon manat sığorta ödənişi edilib. Bu, 2023-cü illə müqayisədə 2 milyon manat artıqdır.

Aqrar sığorta məhsulları, əkinlərin və heyvanların sığortalanması şərtləri və sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindən (asf.gov.az), eləcə də 1651 Çağrı mərkəzinə müraciət etməklə almaq mümkündür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://sia.az
archiveBu xəbər 31 Mart 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see131

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see129

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri