Icma.az
close
up
RU
Azərbaycanda məzhəbi ayrı seçkiliyi qadağan olunmalıdır TURAL İRFAN

Azərbaycanda məzhəbi ayrı seçkiliyi qadağan olunmalıdır TURAL İRFAN

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Hər bir vətəndaşın öz dini inancını qoruması, hətta inancına uyğun ayin və ibadətləri icra etməsi yaxşı haldır. Rəsmi qurumlarda çalışanların da bəziləri dini inanclarını qoruyur. Mümkün olduğu qədər namaz qılıb oruc tutanlar da çoxdur. Amma ictimai – siyasi fəaliyyətlə məşğul olan, mətbuatla əlaqəli məsul vəzifələrdə çalışan, hətta dövlət qulluğunda fəaliyyət göstərən şəxslərin məzhəbçilik prinsiplərini işinə, fəaliyyətinə sirayət etdirməsi qanunla qadağandır. Məzhəbçilik eyni zamanda Quranda haram və qəti qadağan edilib. Qurana görə məzhəblərə bölünmək birbaşa Allahın əmrinə müxalif olmaqdır.

Bu haqda çoxsaylı ayələr var. Bunlardan birində, Ali İmran surəsi, 105-ci ayədə deyilir: “Allah tərəfindən açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın. Onlar böyük bir əzaba düçar olacaqlar.”

Rəsmi qurumlarda çalışanlar məzhəb prinsiplərini rəhbər tutarsa vətəndaşlar arasında ayrı-seçkilik, tərəfkeşlik yaranar və hüquq pozuntuları meydana çıxar. Nəticə etibarı ilə isə daha böyük fəsad: milli həmrəyliyin pozulması, vəhdətin zədələnməsi, radikalizm ortaya çıxar.

Axır zamanlar araşdırmalarım göstərir ki, nəinki bəzi məsul şəxslər, hətta bəzi tarixçilər, həmişə obyektiv olmalı olan şəxslər də etnik məzhəbçilik mərəzinə düçar olublar. Kimin ata-babası hansı məzhəbdən olubsa tarixi, dini, ənənələri həmin məzhəbin gözü ilə, təriqət prizmasından şərh edib yozurlar.

Orta əsrlərə xas bu xəstəlik hələ də bəzilərinə yoluxmaqdadır. Kim ibadət edirsə etsin, nəyə inanırsa inansın. Amma hamını öz inancına çəkə, hər nə yolla olursa olsun dünyaya onun gözü ilə baxmağa məcbur edə, təhrik edə bilməz.

Biz dünyəvi, hüquqi dövlətik. Dini inanclara verilmiş azadlıq özbaşınalıq kimi qəbul edilməməlidir. Konstitusiyamızın imkan verdiyi bu hüquqdan, Allahın bəxş etdiyi bu dəyərdən sui-istifadə cinayət və xəyanətdir.

Hər kəs öz fəaliyyətində öncə dövlət qanunlarını rəhbər tutmalı, sonra inancına görə qanunun yol verdiyi ölçüdə öz inancının tələblərini icra etməlidir. Yoxsa dövlət qanunlarını dini mətnərlə üz-üzə qoymaq lazım deyil. Heç kəs unutmamalıdır ki, dövlət hər şeydən müqəddəsdir. Çünki dövlət olmasa heç bir inanclı öz inancının tələblərini icra etmək imkanına malik ola bilməz, xaos və katastrof yaranar. Odur ki, öncə dövlət qanunları ali tutulmalıdır.

Milli ayrı-seçkilik qanunla qadağan olunduğu kimi, dini, məzhəbi ayrı-seçkilik də qadağandır və buna riayət olunmalıdır. İslam dininə aid icmalar qeydə alınanda məzhəb adı ilə qeydiyyatdan keçmirlər. Din adı ilə, İslam dininə aid icma kimi keçirlər. Amma sonra başlayırlar məzhəb təbliğatı aparmağa. Bu da qanunla yolverilməzdir.

İctimaiyyət qarşısına çıxan, əhaliyə xitab edən məsul şəxslər ayrıseçkilik salan fikir və ifadələrə yol verməməlidirlər. Səfəvilərə qədər əhalinin əksəriyyəti sünni, ondan əvvəl xristian, ondan da əvvəl yarı atəşpərəst yarı da tanrıçı olub. İndi geri qayıdıb həmin din və təriqətlərimi dirçəltməliyik? Buna nə qədər ehtiyac var? Təbii ki, heç bir lüzum yoxdur. Amma seçim etməyə qalsa, bunların arasında xalqımız hansını zorla, qılıncla yox, könüllü qəbul edibsə o inancdan doğan tarixi, mədəni, mənəvi dəyərləri uca tuta bilərik. Tarix boyu mövcud olmuş imperiyaların siyasi ambissiyalarına uyğun olaraq zorla dinimiz, əqidəmiz dəyişdirilibsə bu həqiqətlərin ortaya çıxması üçün də mütəxəssislər gərək obyektiv, qərəzsiz, tərəfsiz tədqiqat aparıb doğru olanı aşılasınlar. Yoxsa hərə öz məzhəb arşını ilə ölçdüyünü xalqın üstündə biçməsi qəbuledilməzdir.

Kim hansı dinə, hansı ənənəvi məzhəbə inanırsa inana bilər. Amma hamını öz əqidəsinin prinsiplərinə təşviq və təhrik edə bilməz. Sən deyə bilərsən mənim inancım haqdır, amma deyə bilməzsən haqq ancaq mənim inancımdır…

Xalqın vəhdəti, həmrəyliyi göz bəbəyi kimi qorunmalı, bu yolda hər kəs öz töhfəsini verməli və sərhədlərini də bilməlidir.

Tural İrfan 

Dinşunas

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:54
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 Sentyabr 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see469

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see218

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see203

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see200

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see185

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see170

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see157

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see153

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see148

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see148

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see142

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see139

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see137

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see136

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri