Icma.az
close
up
RU
Azərbaycanda möhtəşəm Memarlıq və Dizayn Qala Gecəsi keçirildi

Azərbaycanda möhtəşəm Memarlıq və Dizayn Qala Gecəsi keçirildi

Icma.az, Marja.az portalına istinadən məlumat yayır.

6 noyabr 2025-ci il tarixində “Radisson” otelində Azərbaycanda memarlıq və dizayn sahəsinin ən möhtəşəm tədbirlərindən biri – Memarlıq və Dizayn Qala Gecəsi baş tutub.

Tədbir AZMİA  (Azərbaycan Mebel İstehsalçıları Assosiasiyası)  və AZMOB tərəfindən təşkil edilmişdi. Qala gecəsində ölkənin ən tanınmış memar və dizaynerləri, bu sahədə fəaliyyət göstərən şirkət və holdinqlərin rəhbərləri, mebel və tikinti şirkətləri iştirak ediblər.

Qalada həmçinin Azerbaijan Design Awards mükafatları da sahiblərinə təqdim olunub. Azərbaycanın ən tanınmış memar və dizaynerlərinin qatıldığı gecə möhtəşəm təqdimatlarla yadda qalıb.

Qeyd edək ki, Azerbaijan Design Awards bu ildən etibarən hər il keçiriləcək və memarlıq-dizayn sahəsində həm yerli, həm də beynəlxalq miqyasda uğur qazanmış, müasir trendləri təcəssüm etdirən layihə müəllifləri bu mükafata layiq görüləcəklər.

Layihə haqqında AZMİA-nın direktoru Fərman İslamlı Marja.az-a açıqlamasında bildirib:

“Bildiyiniz kimi, Azərbaycan Mebel İstehsalçıları Assosiasiyası və AZMOB tərəfindən böyük bir layihənin təməli qoyuldu. Məqsəd – Azərbaycan memar və dizaynerlərinin əməyinə dəyər verməkdir.

Qeyd edim ki, bu layihə çərçivəsində İtaliya, Türkiyə, Kanada və bir sıra Avropa ölkələrindən olan memar və dizaynerlər, həmçinin istehsalat şirkətlərinin mütəxəssisləri və yerli ekspertlərdən ibarət işçi qrup tərəfindən namizədlərin dəyərləndirilməsi həyata keçirilmişdir.

İki ay ərzində qeydiyyat prosesi davam etdi və 200-dən çox memar və dizayner layihədə iştirak üçün müraciət edib. Onların hamısı Qala gecəsinə dəvət olunublar və gecə ərzində namizədlərin adları səhnədə açıqlandı.Ölkəmizdə bu layihəyə maraq olduqca yüksək oldu. Layihəmiz memarlıq , dizayn , tikinti və mebel sektorunda qısa müddətdə böyük populyarlıq qazandı ”

Layihə təşkikatçılar tərəfindən hər il ənənəvi şəkildə həyata keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://marja.az
archiveBu xəbər 11 Noyabr 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri