Icma.az
close
up
RU
Azərbaycanda mövcud olan rayonlar ləğv edilsin: Qüdrət Həsənquliyev

Azərbaycanda mövcud olan rayonlar ləğv edilsin: Qüdrət Həsənquliyev

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibə verib. Newscenter.az həmin müsahibəni təqdim edir:
- Qüdrət bəy, Prezidentin yerli televiziya kanallarına verdiyi müsahibəyə münasibətinizi bilmək istərdik...

- Münasibətim çox müsbətdir. Yeni ilin əvvəlində Prezident ölkə həyatı, görülən işlər, üzləşə biləcəyimiz problemlər ilə əlaqədar ictimaiyyətə geniş məlumat verdi. Ölkəmizin Çin və ABŞ ilə əlaqələrinin inkişaf perspektivləri, Zəngəzur dəhlizi, elm və təhsil sahəsində islahatların zəruriliyindən, prezidentin yerlərdə səlahiyyətli nümayəndələrinin təyin olunmasının gələcəkdə ölkə miqyasında tətbiqi perspektivləri barədə danışdı. Ölkə iqtisadiyyatının neft gəlirlərindən asılılığının azaldılmasının zəruriliyini qeyd etdi. Müsahibədə toxunulan məsələlərin əksəriyyəti ölkəmizin təhlükəsizliyi ilə birbaşa bağlı olan məsələlərdir. Daxili sabitlik və təhlükəsizliyimiz üçün güclü elmi potensiala əsaslanan iqtisadiyyatımız və güclü müttəfiqlərimiz olmalıdır.
Əlbəttə, istərdim ki, müsahibə çoxsaylı yerli və xarici jurnalistlərə verilsin. O zaman, bəlkə də ictimaiyyəti maraqlandıran başqa sahələr üzrə də suallar olardı. Prezidentin bağlı qapılar arxasında, ayrılıqda QHT və ən azından parlamentdə təmsil olunan siyasi partiyalarla da görüşünə ehtiyac var. İdarəetmədə islahatlarla bağlı onların da fikri öyrənilsə, bu ümumi işin xeyrinə olardı. Ölkəmişdə şişmiş bürokratik aparatın kiçildilməsinə, idarəetmə xərclərinin azaldılmasına ciddi ehtiyac yaranıb. İşğaldan azad olunmuş ərazilərdə Konstitusiyaya uyğun olaraq bələdiyyə seçkiləri keçirilməlidir. Həmin ərazilərdə vətəndaşların mənzil tikintisi, sahibkarların istehsal və xidmət sahələri yaratmaları üçün torpaq almaq imkanları olmalıdır.
Məsələn, biz təklif edirik ki, Azərbaycanda mövcud olan rayonlar ləğv edilsin, ən çoxu 15 inzibati ərazi vahidi yaradılsın, yerli hakimiyyət orqanları seçkilərlə formalaşdırılsın, seçicilər qarşısında hesabatlı olsun.15 regionun hər birinin 25-30 nəfərlik Məclisi olsun, regionda yerli icra hakimiyyətinin rəhbəri həmin məclisdə seçilsin. Regiondakı hər yaşayış məntəqəsinin öz bələdiyyəsi olsun. Prezidentin regionlar üzrə səlahiyyətli nümayəndələri Konstitusiya və qanunların icrasına nəzarət etsinlər. Qanunla yerli icra hakimiyyətlərinə geniş səlahiyyətlər verilməlidir. Yalnız bu halda Bakıya axının qarşısını ala, regionların sürətli inkişafına nail ola bilərik. Əgər siyasi partiyaların Prezidentlə görüşü olardısa, böyük məmnuniyyətlə dövlət əmlakının özəlləşdirilməsinin, məhkəmə-hüquq islahatlarının genişləndirilməsinin, iqtisadi islahatların dərinləşdirilməsinin zəruriliyindən danışardım.
- 2026-cı ildən gözləntiləriniz nədir?

- Dünyada böyük dəyişikliklər baş verir. Hadisələrin bizim üçün ən pis variantda inkişafına belə hazır olmalıyıq. İnanıram ki, iqtidar bunun fərqindədir. Azərbaycan Rusiya, Türkiyə, ABŞ və Çinlə intensiv danışıqlar içərisində olmalıdır. Türk Dövlətləri Təşkilatının fəaliyyəti gücləndirilməli və daha sıx inteqrasiya siyasəti həyata keçirilməlidir. Ceyhun Bayramov İranda baş verən hadisələri yuxarıda qeyd etdiyim ölkələrlə müzakirə etməlidir.
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 07 Yanvar 2026 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see350

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see321

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see314

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see305

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see282

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see275

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see273

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see271

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see249

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see241

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see236

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see230

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see224

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see218

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see217

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see212

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see209

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see207

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see203

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri