Icma.az
close
up
RU
Rayonlar ləğv edilsin, 15 inzibati ərazi vahidi yaradılsın, yerli hakimiyyət orqanları seçkilərlə formalaşdırılsın QÜDRƏT HƏSƏNQULİYEV

Rayonlar ləğv edilsin, 15 inzibati ərazi vahidi yaradılsın, yerli hakimiyyət orqanları seçkilərlə formalaşdırılsın QÜDRƏT HƏSƏNQULİYEV

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

Gununsesi.info müsahibəni təqdim edir:

– Qüdrət bəy, Prezidentin yerli televiziya kanallarına verdiyi müsahibəyə münasibətinizi bilmək istərdik…

– Münasibətim çox müsbətdir. Yeni ilin əvvəlində Prezident ölkə həyatı, görülən işlər, üzləşə biləcəyimiz problemlər ilə əlaqədar ictimaiyyətə geniş məlumat verdi. Ölkəmizin Çin və ABŞ ilə əlaqələrinin inkişaf perspektivləri, Zəngəzur dəhlizi, elm və təhsil sahəsində islahatların zəruriliyindən, prezidentin yerlərdə səlahiyyətli nümayəndələrinin təyin olunmasının gələcəkdə ölkə miqyasında tətbiqi perspektivləri barədə danışdı. Ölkə iqtisadiyyatının neft gəlirlərindən asılılığının azaldılmasının zəruriliyini qeyd etdi. Müsahibədə toxunulan məsələlərin əksəriyyəti ölkəmizin təhlükəsizliyi ilə birbaşa bağlı olan məsələlərdir. Daxili sabitlik və təhlükəsizliyimiz üçün güclü elmi potensiala əsaslanan iqtisadiyyatımız və güclü müttəfiqlərimiz olmalıdır. Əlbəttə, istərdim ki, müsahibə çoxsaylı yerli və xarici jurnalistlərə verilsin. O zaman, bəlkə də ictimaiyyəti maraqlandıran başqa sahələr üzrə də suallar olardı. Prezidentin bağlı qapılar arxasında, ayrılıqda QHT və ən azından parlamentdə təmsil olunan siyasi partiyalarla da görüşünə ehtiyac var. İdarəetmədə islahatlarla bağlı onların da fikri öyrənilsə, bu ümumi işin xeyrinə olardı. Ölkəmişdə şişmiş bürokratik aparatın kiçildilməsinə, idarəetmə xərclərinin azaldılmasına ciddi ehtiyac yaranıb. İşğaldan azad olunmuş ərazilərdə Konstitusiyaya uyğun olaraq bələdiyyə seçkiləri keçirilməlidir. Həmin ərazilərdə vətəndaşların mənzil tikintisi, sahibkarların istehsal və xidmət sahələri yaratmaları üçün torpaq almaq imkanları olmalıdır.

Məsələn, biz təklif edirik ki, Azərbaycanda mövcud olan rayonlar ləğv edilsin, ən çoxu 15 inzibati ərazi vahidi yaradılsın, yerli hakimiyyət orqanları seçkilərlə formalaşdırılsın, seçicilər qarşısında hesabatlı olsun.15 regionun hər birinin 25-30 nəfərlik Məclisi olsun, regionda yerli icra hakimiyyətinin rəhbəri həmin məclisdə seçilsin. Regiondakı hər yaşayış məntəqəsinin öz bələdiyyəsi olsun. Prezidentin regionlar üzrə səlahiyyətli nümayəndələri Konstitusiya və qanunların icrasına nəzarət etsinlər. Qanunla yerli icra hakimiyyətlərinə geniş səlahiyyətlər verilməlidir. Yalnız bu halda Bakıya axının qarşısını ala, regionların sürətli inkişafına nail ola bilərik. Əgər siyasi partiyaların Prezidentlə görüşü olardısa, böyük məmnuniyyətlə dövlət əmlakının özəlləşdirilməsinin, məhkəmə-hüquq islahatlarının genişləndirilməsinin, iqtisadi islahatların dərinləşdirilməsinin zəruriliyindən danışardım.

– Qüdrət bəy, 2026-cı ildən gözləntiləriniz nədir?

– Dünyada böyük dəyişikliklər baş verir. Hadisələrin bizim üçün ən pis variantda inkişafına belə hazır olmalıyıq. İnanıram ki, iqtidar bunun fərqindədir. Azərbaycan Rusiya, Türkiyə, ABŞ və Çinlə intensiv danışıqlar içərisində olmalıdır. Türk Dövlətləri Təşkilatının fəaliyyəti gücləndirilməli və daha sıx inteqrasiya siyasəti həyata keçirilməlidir. Ceyhun Bayramov İranda baş verən hadisələri yuxarıda qeyd etdiyim ölkələrlə müzakirə etməlidir.

Xalqcəbhəsi.az

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 Yanvar 2026 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see646

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see230

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see188

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see182

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see173

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see170

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see159

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see157

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see157

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see139

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see135

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri