Icma.az
close
up
RU
Azərbaycanda müəllim olmaq daha da ÇƏTİNLƏŞƏCƏK

Azərbaycanda müəllim olmaq daha da ÇƏTİNLƏŞƏCƏK

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

"Müəllimlərin işə qəbulu və sertifikatlaşdırma imtahanlarında oxuyub-anlama bacarığına daha çox diqqət yetirilə bilər".

Bunu elm və təhsil naziri Emin Əmrullayev  bildirib. Nazir PISA nəticələrinin Azərbaycan təhsilində oxuyub-anlama bacarığının gücləndirilməsinə ehtiyac olduğunu göstərdiyini deyib. Onun sözlərinə görə, bu istiqamətdə işlər ibtidai təhsil səviyyəsindən başlanmalıdır:

“Oxu bacarıqlarına diqqətimiz artmalıdır və bu, ibtidai təhsildən başlamalıdır. Səkkizinci və doqquzuncu sinifdə oxuyan 13–15 yaşlı şagirdin oxu bacarığını inkişaf etdirmək ibtidai sinif şagirdi ilə müqayisədə daha çətindir”.

Nazir hesab edir ki, bu istiqamət təkcə şagirdlərin buraxılış və qəbul imtahanlarında deyil, müəllimlərin qiymətləndirilməsində də nəzərə alınmalıdır:

“Bizim üçün çox vacibdir ki, müəllimlərin işə qəbulu, sertifikatlaşdırma, eləcə də qəbul və buraxılış imtahanlarında vahid çərçivəyə gəlib oxuya daha çox diqqət yetirək. Bu, həm qiymətləndirmə, həm məzmun, həm də tədris baxımından həyata keçirilməlidir”.

E.Əmrullayev vurğulayıb ki, imtahanlarda hansı bacarıqlara daha çox yer verilirsə, müəllim və şagirdlərin hazırlığı da əsasən həmin istiqamətə yönəlir.

Qeyd edək ki, nazirin açıqlaması MİQ və sertifikatlaşdırma imtahanlarının formatının dəyişdirilməsi ilə bağlı qəbul edilmiş rəsmi qərar deyil. Söhbət oxuyub-anlama bacarığının gələcək qiymətləndirmələrdə payının artırılması istiqamətindən gedir.

Müəllimlərin işə qəbulu imtahanlarında oxuyub-anlama bacarığına daha çox yer verilməsi MİQ-in çətinləşməsinə və müəllimlərin işə qəbulunda rəqabətin daha da artmasına səbəb ola bilərmi?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, müəllimlərin işə qəbulu prosesində namizədlərin yalnız ixtisas biliklərinin deyil, ümumi bacarıqlarının da qiymətləndirilməsi müəllim seçiminin keyfiyyətinə təsir edən amillərdən biridir:

“Müəllimlərin işə qəbulu imtahanında oxuyub-anlama suallarına daha çox yer verilməsi imtahanın qiymətləndirmə istiqamətinə təsir edə bilər. Amma bunu MİQ-in çətinləşəcəyi, rəqabətin kəskin artacağı kimi qiymətləndirmək düzgün olmaz. 

Çünki söhbət hazırda müəllimlərin işə qəbulu imtahanının formatının dəyişdirilməsi ilə bağlı qəbul edilmiş qərardan deyil, müəllimlərin də oxuyub-anlama bacarığının daha çox qiymətləndirilməsi istiqamətindən gedir.

Gələcəkdə bu bacarığın imtahanda çəkisi artırılarsa, müəllim namizədlərindən yalnız öz fənnini bilməsi deyil, mətnlə işləmək, informasiyanı təhlil etmək, nəticə çıxarmaq kimi ümumi bacarıqlar da daha çox tələb oluna bilər. 

Təbii ki, müəyyən mənada bu, rəqabətə təsir göstərən amillərdəndir”.Ekspert qeyd edib ki, müəllimlərin işə qəbulu kifayət qədər rəqabətli prosesdir:

“Qiymətləndirməyə yeni bacarıqların əlavə olunması hazırlıq modelini dəyişəcək. Amma mən bunu mənfi hal kimi yox, müəllim seçiminin keyfiyyətinin artırılması baxımından müsbət yanaşma hesab edirəm. 

Müəllim öz oxuduğunu düzgün anlamırsa, şagirddə oxu savadlılığını necə formalaşdıra bilər ki? Burada ən vacib məqam odur ki, məqsəd müəllimlərin işə qəbulunu süni şəkildə çətinləşdirmək deyil. 

Əsas məqsəd məktəbə daha hazırlıqlı, analitik düşünə bilən, müasir tədris tələblərinə cavab verən müəllimlərin seçilməsidir. Əgər qiymətləndirmədə oxuyub-anlama bacarığına daha çox yer veriləcəksə, müəllimliyə namizədlər hazırlıq prosesini buna uyğun qurmalı  olacaqlar. 

Bu baxımdan, hesab edirəm ki, belə bir dəyişiklik həm müəllim seçiminin keyfiyyətinə, həm də uzunmüddətli perspektivdə şagirdlərin nəticələrinə müsbət təsir göstərə bilər”.

Gülər Həsənli
“Cebheinfo.az”

Açar sözlər: müəllim Əmrah Həsənli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Sentyabr 2026 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see430

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see336

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see330

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see298

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see246

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see245

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see234

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see214

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see214

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see205

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see201

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see200

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see198

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see197

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see193

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see190

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see181

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri