Azərbaycanda muzey sahəsində yenilikçi layihə bp və tərəfdaşlarının dəstəyi ilə FOTOLAR
Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Milli İncəsənət Muzeyində “Altmışıncılar nəsli: konformizmdən uzaq Azərbaycan incəsənəti” adlı yeni daimi ekspozisiyanın açılışı baş tutub.
Bizim.Media xəbər verir ki, ekspozisiya XX əsrin ikinci yarısında Azərbaycan təsviri sənətində mühüm mərhələ təşkil edən nonkonformist sənət hərəkatının aparıcı nümayəndələrinin yaradıcılığına həsr olunub.
Layihə bp və onun Azəri–Çıraq–Günəşli, Bakı–Tbilisi–Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələri üzrə tərəfdaşlarının dəstəyi ilə “Greentech Solutions” MMC tərəfindən icra olunub.
Layihə çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində nonkonformist rəssamların əsərlərinin nümayişi üçün nəzərdə tutulmuş sərgi zallarında əsaslı təmir, dizayn və texniki modernləşmə işləri həyata keçirilib. Yenilənmə prosesi müasir muzey ekspozisiya prinsiplərinə uyğun şəkildə aparılaraq zalların həm estetik, həm də funksional imkanlarını əhəmiyyətli dərəcədə artırıb, sənət nümunələrinin beynəlxalq muzey standartlarına uyğun qorunmasına və nümayişinə əlverişli şərait yaradıb.
Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında nonkonformist istiqamətin əsasını qoymuş Cavad Mircavadov, Tofiq Cavadov, Əşrəf Murad, Rasim Babayev, Qorxmaz Əfəndiyev və Fazil Nəcəfov kimi görkəmli sənətkarların əsərləri xüsusi yer tutur. Uzun müddət bu rəssamların yaradıcılığı muzeydə məhdud xarakterli ekspozisiyada nümayiş etdirilib.
Yeni daimi ekspozisiya onların çoxşaxəli bədii irsinin sistemli şəkildə və müasir muzey standartlarına uyğun formada ictimaiyyətə təqdim olunmasını təmin edib.
Açılış mərasimində bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova və Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov çıxış ediblər. Çıxışlarda XX əsrin 60-cı illərində formalaşmış nonkonformizm hərəkatının Azərbaycan təsviri sənətində estetik düşüncənin yenilənməsində və fərdi yaradıcılıq azadlığının bərqərar olmasında oynadığı mühüm rol xüsusi vurğulanıb, bu irsin qorunub saxlanılmasının və geniş auditoriyaya təqdim edilməsinin əhəmiyyəti qeyd edilib.
Tədbirin bədii hissəsində Xalq artisti, vokalçı Fidan Hacıyeva və pianoçu Şahin Yəhyazadə dünya klassik musiqisinin seçmə nümunələrini ifa ediblər.
Sonra qonaqlar ekspozisiya ilə tanış olublar.
Qeyd edək ki, “Altmışıncılar nəsli: konformizmdən uzaq Azərbaycan incəsənəti” adlı daimi ekspozisiya hazırda Azərbaycan Milli İncəsənət Muzeyinin ziyarətçiləri üçün açıqdır.




























Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 26 Yanvar 2026 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















