Icma.az
close
up
RU
Azərbaycanda nağdsız ödənişlərin həcmi 100 milyard manata yaxınlaşdı Statistika

Azərbaycanda nağdsız ödənişlərin həcmi 100 milyard manata yaxınlaşdı Statistika

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Media Təhlil Mərkəzinin (MTM) Azərbaycan Mərkəzi Bankının açıqladığı rəsmi statistik göstəricilər əsasında apardığı təhlilə görə, 2025-ci ildə ölkə daxilində nağdsız ödənişlərin həcmi 99,1 milyard manat təşkil edib. Bu göstərici 2024-cü illə müqayisədə 25,6 faiz və ya 20,22 milyard manat artım deməkdir.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Tehlil.az məlumat yayıb.

Bildirilib ki, 2024-cü ildə ölkədaxili nağdsız ödənişlərin həcmi 78,88 milyard manat olub. Həmin il 2023-cü illə müqayisədə 60,9 faiz və ya 29,84 milyard manatlıq artım qeydə alınıb.

Ümumilikdə, son 10 ilin dinamikasına nəzər saldıqda, Azərbaycanda nağdsız ödənişlərin həcminin ardıcıl və davamlı artım tendensiyası nümayiş etdirdiyini demək mümkündür. Belə ki, 2016-cı illə 2025-ci il arasında ölkədaxili nağdsız ödənişlərin ümumi həcmi 97,92 milyard manat artıb. Bu göstəricilər ölkədə rəqəmsal maliyyə alətlərinin genişlənməsi, nağdsız ödəniş vərdişlərinin möhkəmlənməsi və maliyyə infrastrukturunun inkişafı baxımından mühüm tendensiyanı əks etdirir.

2025-ci ilin sonuna olan rəsmi göstəricilərə əsasən, Azərbaycanda dövriyyədə olan plastik kartların sayı 21 milyon 979 min 775 ədədə çatıb. Bu göstərici 2024-cü illə müqayisədə 2 milyon 81 min 40 ədəd və ya 10,5 faiz artım deməkdir.

Qeyd edək ki, 2024-cü ildə plastik kartların sayı əvvəlki illə müqayisədə 2 milyon 973 min 578 ədəd və ya 17,6 faiz artmışdı.

Artım dinamikası baxımından ən yüksək göstərici isə 2023-cü ildə qeydə alınıb. Belə ki, 2022-ci illə müqayisədə 2023-cü ildə plastik kartların sayı 3 milyon 294 min 248 ədəd və ya 24,2 faiz artıb.

Ümumilikdə uzunmüddətli dinamika göstərir ki, ölkədə plastik kartlardan istifadə kəskin və davamlı yüksəliş mərhələsindədir. Belə ki, 2016-cı ildə 5 milyon 359 min 345 ədəd olan plastik kartların sayı 2025-ci ilin sonunadək 16 milyon 620 min 430 ədəd - demək olar ki, dörd dəfəyə yaxın artıb. Bu artım nağdsız ödənişlərin genişlənməsi, rəqəmsal bankçılığın inkişafı və əhalinin maliyyə xidmətlərinə çıxış imkanlarının artması ilə birbaşa bağlıdır.

Qeyd edildiyi kimi, 2025-ci ilin sonuna ölkə üzrə istifadədə olan plastik kartların ümumi sayı 21 milyon 979 min 775 ədəd təşkil edib. Bu kartların 19 milyon 903 min 163 ədədi debet, 2 milyon 76 min 612 ədədi isə kredit kartları olub.

Təhlillər göstərir ki, debet kartların sayı artım tendensiyasını qorumaqda davam edir. Belə ki, 2025-ci ildə debet kartların sayı 2024-cü illə müqayisədə 12,8 faiz və ya 2 milyon 260 min 787 ədəd artıb. Bu dinamika son 10 il ərzində debet kartlar üzrə fasiləsiz yüksəlişin müşahidə olunduğunu deməyə əsas verir.

Kredit kartları üzrə isə fərqli mənzərə ortaya çıxır. 2025-ci ildə kredit kartlarının sayı 8 faiz və ya 179 min 747 ədəd azalaraq geriləmə nümayiş etdirib. Ümumilikdə son on ilin göstəriciləri kredit kartları bazarında dalğavari dinamikanın mövcud olduğunu göstərir. Belə ki, bəzi illərdə artım qeydə alınsa da, 2017, 2019 və 2025-ci illərdə kredit kartlarının sayında azalma müşahidə olunub.

Bu tendensiya əhalinin əsasən debet kartlar vasitəsilə gündəlik nağdsız ödənişlərə üstünlük verməsi, kredit alətlərinə isə daha ehtiyatlı yanaşması ilə izah edilə bilər.

Son illərdə Azərbaycanda ölkədaxili nağdsız ödənişlərin strukturunda elektron ticarət vasitəsilə həyata keçirilən ödənişlər xüsusi çəkisi ilə diqqət çəkir. Aparılan təhlillər göstərir ki, bu kateqoriya üzrə artım son 10 il ərzində fasiləsiz xarakter daşıyır. Belə ki, 2025-ci ildə ölkə üzrə nağdsız ödənişlərin ümumi həcmi 99,1 milyard manat təşkil etdiyi halda, bunun 86,37 milyard manatı, yəni 87,2 faizi məhz elektron ticarət kanalları üzərindən həyata keçirilən ödənişlərin payına düşüb. Bu göstərici 2024-cü illə müqayisədə 29,8 faiz və ya 19,85 milyard manat artım deməkdir.

Maraqlıdır ki, 2018-ci ilədək nağdsız ödənişlərdə əsas pay POS-terminallar vasitəsilə edilən əməliyyatlara məxsus idi. Lakin son 8 il ərzində bu tendensiya dəyişib və elektron ticarət üzərindən aparılan ödənişlər üstün mövqeyə keçib. Bu dinamika ölkədə rəqəmsal ticarətin genişlənməsi, onlayn xidmətlərə tələbatın artması, eləcə də nağdsız ödəniş infrastrukturunun sürətli inkişafı ilə bağlı əsaslı struktur dəyişikliklərini əks etdirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 03 Fevral 2026 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see284

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see251

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see227

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see206

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see172

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see149

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see148

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see142

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see142

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri