Azərbaycanda neçə ailə 5 dən çox uşaq böyüdür? Rəsmi açıqlama
Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanda 18 yaşadək altı uşağı olan 9 332 ev təsərrüfatı mövcuddur.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Qeyd edilib ki, 7 və daha çox uşaqlı ailələrin sayı isə 6837-dir.
Azərbaycanda 18 yaşadək uşaqları olan ev təsərrüfatlarının ümumi sayı 1 milyon 347 min 534 təşkil edir. Onlardan 422 min 989 ev təsərrüfatında bir, 557 min 814-də iki, 256 min 261-də isə üç uşaq var. Bundan başqa, 71 min 151 ev təsərrüfatında dörd, 23 min 150-də beş uşağın olduğu müəyyən edilib.
Beləliklə, statistikaya əsasən, Azərbaycanda azı altı uşağı olan ev təsərrüfatlarının sayı 16 min 169-dur.
Azərbaycan qanunvericiliyinə görə, 5-dən çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab olunur. Altı və daha çox uşağı olan qadınlara hər uşağa görə 140 manat məbləğində aylıq müavinət verilir. Bu müavinət beşdən çox uşaq dünyaya gətirib, tərbiyə edən qadınlara uşaqların sağ olması şərti ilə və altıncı uşaq bir yaşına çatdığı halda verilir.
Qeyd edək ki, ev təsərrüfatlarının uşaqların sayına görə bölgüsü cari uçot əsasında deyil, ölkə üzrə hər 10 ildən bir keçirilən əhalinin siyahıyaalınmasının yekunları əsasında əldə edilir. Təqdim olunan rəqəmlər 2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticələrini əks etdirir.
Günay Şahmar, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 03 Noyabr 2026 09:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















