Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Azərbaycanda neçə qanuni oğru var və onlar KİMLƏRDİ...

Azərbaycanda neçə qanuni oğru var və onlar KİMLƏRDİ...

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Cinayətkar aləm və “oğru dünyası” cəmiyyətə ciddi zərər vuran bir fenomendir. Bəzi filmlər, seriallar, musiqi və sosial şəbəkələr cinayətkar aləmi “cəsur” və “ədalətli” kimi təqdim edir. Halbuki reallıq çox fərqlidir. Təəssüf ki, postsovet məkanının digər ölkələri kimi, Azərbaycanda da “oğru dünyası”na maraq olub və indi də var. "Oğru ideyaları", "qanuni oğru" anlayışları xüsusilə gənclərin bəzilərinin diqqətini çəkir.

“Oğru dünyası” anlayışı XX əsrin əvvəllərində, xüsusilə də Sovet həbsxana və düşərgə sistemində formalaşıb. Azadlıqdan məhrumetmə yerlərində yaranan bu qeyri-rəsmi struktur zamanla ciddi iyerarxiya və yazılmamış qanunlar sistemi yaradıb. Məqsəd həm dövlət sisteminə qarşı müqavimət göstərmək, həm də dustaqlar arasında guya “nizam” yaratmaq olub.
Zaman-zaman postsovet məkanında fəaliyyət göstərən "qanuni oğru"lar arasında azərbaycanlılar da tanınıb. Onlar xüsusilə Rusiyada yaşayıblar, indi də qonşu ölkədən belə şəxslərin səsi-sorağı gəlir.
Bəs Azərbaycanda necə, hazırda ölkəmizdə hansısa "qanuni oğru" fəaliyyət göstərirmi?

Bakı şəhər Prokurorluğunun sabiq böyük müstəntiqi, detektiv yazar Müşfiq Abbasov Modern.az-a açıqlamasında bildirib ki, hazırda Azərbaycanda "oğru aləmi" və “oğru” adı ilə fəaliyyət göstərən şəxslər mövcud deyil:

"Ümumiyyətlə, hüquq-mühafizə orqanları Rusiyada “qanuni oğru” kimi tanınan şəxslərin Bakıya girişinə icazə vermir və onların ölkə daxilində hər hansı qruplaşma yaratması qətiyyən mümkün deyil.

Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti xüsusilə fəal və prinsipial fəaliyyət göstərir. Bu isə təqdirəlayiq yanaşmadır".
Müsahibimizin sözlərinə görə, özlərini “oğru aləmi”ndə sayan şəxslər dövlət tərəfindən qəbul olunmuş qaydalara riayət etmirlər, guya öz “qanunları” var və bu “qanunlar” da istənilən istiqamətə əyilə bilir.

"Oğru aləmi"nə aid olan bəzi şəxsləri tanıyıram, müəyyən məclislərdə və təsadüfi görüşlərdə onlarla ünsiyyətim olub. Bu şəxslərin “ədalət” anlayışı altında səsləndirdikləri fikirlər əslində yalnız öz maraqlarının müdafiəsindən ibarətdir".
M.Abbasov ünsiyyətdə olduğu "oğrular"la bağlı "konkret adlar çəkmək etik olmaz", - deyə bildirib.

O əlavə edib ki, bu aləm artıq dünyada da tədricən sıradan çıxarılır:

"Hazırda bu şəxslərin bir qismi Rusiyada, bir qismi isə İstanbul və Dubayda yaşayır. Dövlətlər bu məsələni kökündən həll edib və həmin şəxslər faktiki olaraq avara, işsiz insanlar kimi mövcudluqlarını davam etdirirlər. Bu şəxslər müxtəlif söhbətlərə qarışaraq insanları səhv çıxarmağa, kimlərinsə üzərinə pul qoymağa çalışır, “brodyaqa” həyatı yaşadıqlarını düşünürlər.

Belə şəxslərin hərəkətləri hüquq-mühafizə orqanlarına məlum olduqda dərhal ciddi tədbirlər görülür və bu, birmənalı şəkildə həyata keçirilir".
Sabiq müstəntiq bildirib ki, Rusiyada yaşayan "oğru aləmi" nümayəndələrinə Azərbaycanda rəğbət göstərən işsiz-gücsüz insanlar da var və onlar hansısa mübahisəni “həll etmək” adı ilə zəng vurub bu şəxsləri prosesə cəlb etməyə çalışırlar.
"Həmin şəxslər də guya hansısa “böyük qardaş”ın tapşırığını yerinə yetirirmiş kimi davranırlar. Bütün bunlar cəmiyyət üçün artıq təhlükə yaratmır və zaman keçdikcə, bu məsələlər tam şəkildə aradanq alxacaq".
 

Son vaxtlar "cinayət dünyası" və "oğru mühiti" ilə bağlı çəkilişlər aparan Nail Kəmərli də bildirib ki, hazırda Azərbaycanda “qanuni oğru” adlandırılan şəxslər mövcud deyil:

“Uzun illərdir ölkədə "oğru aləmi" faktiki olaraq yoxdur və "cinayət mühiti" minimum səviyyəyə endirilib. Bu sahədə Daxili İşlər Nazirliyi və hüquq-mühafizə orqanları tərəfindən çox ciddi və ardıcıl tədbirlər həyata keçirilir, cinayətkar fəaliyyətlərin qarşısı yüksək səviyyədə alınır. Hazırda Azərbaycanda "cinayət aləmi"nin təsir gücü demək olar ki, sıfıra bərabərdir".


N.Kəmərli qeyd edib ki, xaricdə yaşayan azərbaycanlı “qanuni oğrular”ın Azərbaycanda tapşırıqlarını yetirən şəxslər olsa da, onların sayı olduqca azdır:

“Azərbaycanda açıq şəkildə görünməsələr belə, bu şəxslərə qarşı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən operativ tədbirlər görülür və onların fəaliyyəti dərhal nəzarətə götürülür".
Onun sözlərinə görə, belə şəxslər hüquqi qaydada məsuliyyətə cəlb olunur və bu kateqoriyaya aid olanlar cəmi 1-2 faiz təşkil edir.

“Türmə həyatı yaşamış şəxslərdən eşitdiklərimə əsasən, deyə bilərəm ki, onların əsas məşğuliyyəti “ölmüş pulların dirildilməsi” adlandırılan hallarla – yəni guya kimlərinsə 100–200 min manatlıq borc və ya faiz məsələlərini “həll etməklə” məhdudlaşır. Lakin bu hallar da çox nadir xarakter daşıyır.

Artıq cəmiyyət bu cür şəxslərə müraciət etmir, problemlərin həlli üçün hüquq-mühafizə orqanlarına və məhkəmələrə üz tutur. Azərbaycanda kriminal avtoritetlərin və "cinayət aləmi"nin elə bir gücü yoxdur ki, gedib kiminsə pul məsələsini həll etsin, onların fəaliyyəti yalnız cüzi və təsirsiz hallarla məhdudlaşır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:353
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Yanvar 2026 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see367

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see289

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see270

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see250

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see249

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see233

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see227

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see224

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see214

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see211

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see206

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see204

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see203

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see201

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see200

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see199

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see195

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see188

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see179

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri