Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Röya tanınmaz obrazda (Foto/Video)

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Azərbaycanda nəsilvermə əmsalı ən aşağı səviyyəyə düşüb

Azərbaycanda nəsilvermə əmsalı ən aşağı səviyyəyə düşüb

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


1960-cı illərdə dünyada qadın başına düşən orta doğum sayı – nəsilvermə əmsalı 5 olduğu halda, 2024-cü ildə bu göstərici 2,2-yə qədər geriləyib.
Yeniavaz.com
“Visual Capitalist”in araşdırmasına istinadən xəbər verir ki, dünya əhalisinin təxminən 71%-i nəsilvermə əmsalının 2,1-dən aşağı olduğu ölkələrdə yaşayır. Ekspertlərin fikrincə, bu hədd “əvəzetmə səviyyəsi” hesab olunur və əhalinin sabit qalması üçün vacibdir. Uzun müddət bu göstəricidən aşağı səviyyədə qalmaq əhalinin qocalmasına, işçi qüvvəsinin azalmasına və iqtisadi inkişafın zəifləməsinə səbəb ola bilər.
Mütəxəssislər doğum səviyyəsinin azalmasını bir sıra sosial-iqtisadi amillərlə əlaqələndirirlər. Artan yaşayış xərcləri, mənzil və təhsil qiymətlərinin yüksəlməsi, karyera ilə şəxsi həyat arasında balansın çətinləşməsi, iqtisadi qeyri-müəyyənlik və dəyişən ailə modelləri əsas səbəblər sırasında göstərilir. Bu baxımdan, doğum qərarlarının yalnız şəxsi seçim deyil, həm də sosial mühitin təsiri altında formalaşdığı vurğulanır.
Bunun əksinə olaraq, Afrika və Asiyanın bəzi regionlarında yüksək doğum göstəriciləri müşahidə olunur. Erkən nikahlar, ailə planlaşdırma xidmətlərinə məhdud çıxış, aşağı təhsil səviyyəsi və böyük ailələrin sosial dəyər hesab edilməsi bu tendensiyanı şərtləndirən əsas amillər kimi qeyd olunur.
Qlobal demoqrafik dəyişikliklərin mərkəzində dünyanın ən çox əhalisi olan iki ölkəsi – Hindistan və Çin dayanır. Hindistanda nəsilvermə əmsalı 1,94, Çində isə 1,02 səviyyəsindədir. Çində doğum göstəricisinin aşağı düşməsi əsasən 1980–2015-ci illərdə tətbiq olunan “bir uşaq siyasəti” ilə əlaqələndirilir. Hökumətin sonrakı stimullaşdırıcı addımlarına baxmayaraq, əvvəlki doğum səviyyələrinin tam bərpası real görünmür.
Maraqlıdır ki, dünyanın ən çox əhalisi olan 10 ölkəsindən altısında nəslvermə əmsalı əvəzetmə həddindən aşağıdır. ABŞ, İndoneziya, Braziliya və Rusiyada da Çin və Hindistana bənzər tendensiya müşahidə olunur. Bununla belə, Pakistan (3,50), Nigeriya (4,30) və Efiopiya (3,81) kimi ölkələrdə yüksək doğum göstəriciləri qalmaqdadır. Ekspertlər hesab edirlər ki, 2100-cü ilə qədər dünya əhalisinin əsas artımı Saharaaltı Afrika və Cənubi Asiyanın müəyyən hissələrində cəmləşəcək. BMT proqnozlarına görə, Nigeriya 2050-ci ilə qədər əhali sayına görə ABŞ-ni geridə qoya bilər.
2025-ci il üzrə ən yüksək nəsilvermə əmsalına malik ölkə Çad olub. Bu ölkədə qadın başına orta doğum sayı 5,94 təşkil edir. Sonrakı yerlərdə Somali (5,91) və Konqo Demokratik Respublikası (5,90) qərarlaşıb.
Ən aşağı doğum göstəriciləri isə Makao (0,69), Honq Konq (0,74) və Cənubi Koreyada (0,75) qeydə alınıb.
Reytinqdə Azərbaycan da yer alıb. Ölkənin əhalisi 10,4 milyon, nəsilvermə əmsalının isə 1,66 olaraq göstərilir ki, bu da sabit əhali artımı üçün tələb olunan həddən aşağıdır.  
“Visual Capitalist”in reytinq siyahısında keçmiş SSRİ və region ölkələrində nəsilvermə əmsalı aşağıdakı kimi olub:
Özbəkistan – 3,5
Tacikistan –2,99
Qazaxıstan – 2,95
Qırğızıstan – 2,75
Türkmənistan – 2,63
Gürcüstan – 1,79
Moldova – 1,72
Ermənistan – 1,71
İran – 1,67
Azərbaycan – 1,66
Türkiyə – 1,62
Rusiya – 1,46
Estoniya – 1,37
Latviya – 1,35
Litva – 1,22
Belarus – 1,22
Ukrayna – 1,0
Onu da bildirək ki, Dövlət Statistika Komitəsinin 2024-cü ilə aid olan sonuncu statistik göstəricilərində Azərbaycanda nəsilvermə əmsalının 1,4 olduğu qeyd olunub. Bu rəsmi statistikanın aparıldığı dövr ərzində qeydə alınan ən aşağı göstərici hesab olunur. Ən yüksək nəsilvermə əmsalı 1959-cu ildə qeydə alınıb. Həmin ildə Azərbaycanda nəsilvermə əmsalı 5 olub. Sonrakı illərdə bu göstərici sürətlə azalmağa başlayıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə Azərbaycanda nəsilvermə əmsalı illər üzrə aşağıdakı kimi olub:
1959 – 5,0
1970 – 4,7
1980 – 3,3
1990 – 2,8
2000 – 2,0
2010 – 2,3
2020 – 1,7
2021 – 1,5
2022 – 1,7
2023 – 1,6
2024 – 1,4
Elnur Əli
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 19 May 2026 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see394

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see351

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see326

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see282

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see279

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see265

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see250

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see230

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see230

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see225

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see221

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see221

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see220

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see219

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see213

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see207

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see205

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see194

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see190

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri